Məhkəmə qərarları › İş №2(102)-4367/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4367/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4367/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübut etmə yükü) 17.10.2022 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-281/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) ərarvad olublar.

2. Ağdam Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(013)-166/2019 saylı qətnaməsi ilə tərəflərin nikah qeydi pozulub.

3. Tərəflərin birgə nikahdan 3 övladı olub, onlar dan biri – X1 Qarabağ müharibəsi zamanı Şəhid olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6.500 manat məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, X2 olduqdan sonra verilən sığorta ödənişi və 13.000 manat məbləğində birdəfəlik ödəniş cavabdeh tərəfi ndən saxta arayışla alınıb, iddiaçının bundan xəbəri olmayıb. Sözügedən ödənişin alınmasında və notariat orqanında verilən arayışlardan ödənişin iddiaçının iştirakı olmadan alınması görsənir.

6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21 və 1096-cı maddələrinə istinad etmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(013)-667/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. (hakim Rafiq Məmmədov)

8. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən, iddia tələbini sübut edilməməsinə, iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçının məhkəməyə bu sübutları təqdim edə bilməməsinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-c i maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı məhkəməyə mötəbər dəlil və sübutlar təqdim etsə də, hakim qarşı tərəfin məhkəməyə gəlməsini təmin etməməklə, iddiaçının Şəhid atası olmasını nəzərə almadan, lazımi sorğular etmədən iddianı təmin etməmişdir.

12. Apellyasiya icraatı zamanı sorğular verilmiş və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli xx-xx-0175 nömrəli məktubda X6 zamanı Şəhid olmuş X4 aid sənədlərin şirkətə daxil olmaması və onun vərəsələrinə h eç bir sığorta ödənişi verilmədiyi bildirilmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2(104)-281/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov, F.Mehtiyev)

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, icraat zamanı cavabdehə X6 zamanı Şəhid olmuş X3 ölümü ilə bağlı dövlət orqanı tərəfindən sığorta ödənişi verilmədiyi müəyyən olunduğundan iddianın təmin edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv e dilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq, onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının vəkili tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdan Rayon Şöbəsinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, X3 Şəhid olması ilə əlaqədar dəfn mərasimi üçün təyin olunmuş 3.000 manat pul vəsaiti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı tərəfindən dəfn mərasimini həyata keçirən Şəhidin anası Cavabdeh ödənilmişdir. Halbuki yas mərasimin bütün xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Vəkil tərəfindən X10 10.000 manat məbləğdə ödənişin cavabdehə verilməsi ilə bağlı sorğu verilmiş, lakin cavab gecikdiyindən və kassasiya şikayəti vermə müddətinin başa çatmasına az zaman qaldığından sorğunun cavabını kassasiya şikayətinə əlavə etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şi kayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

23. İddia tələbi Şəhid ailəsi kimi cavabdeh tərəfindən alınan 13 min manat pulun yarıs ının iddiaçıya verilməsi barədədir.

24. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən hər hansı məbləğdə pul alınmasını sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkə mə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

26. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

27. Məhkəmə kollegiyası şəhid oğlunun dəfn mərasimi üçün təyin olunmuş 3.000 manat pul vəsaitinin cavabdeh tərəfindən alınması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdan Rayon Şöbəsinin arayış olması barədə i ddiaçının kassasiya şikayətinin dəlilini qəbul etmir. Belə ki, iş materiallarında iddiaçının istinad etdiyi həmin arayış yoxdur.

28. Vəkili tərəfindən X10 10.000 manat məbləğdə ödənişin cavabdehə verilməsi ilə bağlı sorğu verilməsi, lakin cavab gecikdiyindən həmin cavabın kassasiya şikayətinə əlavə etməyin mümkün olmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, sübutlar prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada işə mahiyyəti üzrə baxan məhkəmələrə verilir. Kassasiya instansiyası məhkəməsinə sübut təqdim edilmir və kassasiya məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Bu baxımdan, məhkəmə kolle giyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-281/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar