Məhkəmə qərarları › İş №2(102)-4368/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4368/2019

21.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4368/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, X15 vəkili Mahmudov Vidadi Cəmil oğlu, X2 iştirakları ilə, X15 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X15 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamən in ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, X5 qarşı “müqavilənin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə; qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X15 və Cavabdeh2-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilə dair istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə; qarşılıqlı iddia üzrə iddiaçı X15 cavabdehlər İddiaçı, Cavabdeh2, X7, X9, X10 və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətə qaytarılması və mənzildən çıxarılma, mənzilin təhvil verilməsi” tələbinı dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Səfərov, iş 2(004)-85/2018)X4 qarşılıqlı iddiası təmin edilmiş, Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayonu, Şeyx Xiyabani küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binanın 4-cü mərtəbəsində sahəsi 98,8 kv. m olan iki otaqlı 22 saylı mənzilə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanan 05.06.2011-ci tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və həmin mənzilə dair Cavabdeh2 ilə X15 arasında bağlanan 01.08.2007-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə X1 və istifadə hüququnun tanınması, İddiaçı cavabdehlər Cavabdeh2, X5 qarşı ilkin iddiasının və X15 cavabdehlər İddiaçı, Cavabdeh2, X7, X9, X10 və X3 qarşı qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə məsrəfi kimi 326,52 manat ekspertiza xərcinin 163,26 manat (yüz altmış üç manat 26 qəp) hissəsinin İddiaçı, 163,26 manat (yüz altmış üç manat 26 qəp) hissəsinin X15 tutulub dövlət nəfinə keçirilməsi, X4 ödədiyi 30 manat dövlət rüsumunun 15 manat hissəsinin İddiaçı, 15 manat hissəsinin X15 tutulub X5 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və V.Həsənov, iş № 2(103)-550/2019) X15 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi X15 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şika yətinin dəlilləri: X15 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X15 vəkili Mahmudov Vidadi Cəmil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki K ollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq X2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə mənzillə bağlıdır. Mənzil Yasamal rayonu, ünvan 1 ünvanında ünvanında yerləşir (bundan sonra – mənzil). Mənzil Cavabdeh2 tərəfindən inşa edilib, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. MTK mənzilə dair 6 müqavilə bağlayıb. 1-ci müqavilə 03.03.2007-ci ildə X2 ilə bağlanıb; 2-ci müqavilə 01.08.2007-ci ildə X15 ilə bağlanıb; 3-cü müqavilə 06.12.2010-cu ildə X9 ilə bağlanıb; 4-cü müqavilə 05.06.2011-ci ildə İddiaçı ilə bağlanıb; 5-ci müqavilə 06.12.2011-ci ildə X10 ilə bağlanıb; 6-cı müqavilə 06.12.2011-ci ildə X1 ilə bağlanıb. Müqavilələrin hər birində qeyd olunub ki, MTK mənzili müqaviləni bağlayan şəxsə verəcək. Müqavil ə bağlamış 6 şəxsdən 3-ü hazırda iddiaçıdır: 1) X15 (2-cı müqavilənin tərəfi)] 2) İddiaçı (4-cü müqavilənin tərəfi); 3) X1 (6-cı müqavilənin tərəfi). Müqavilə bağlamış 6 şəxsdən qalan 3-nün mənzilə dair iddiası yoxdur: 1) X2 (1-ci müqavilənin tərəfi); 2) X9 (3-cü müqavilənin tərəfi); 3) X10 (5-ci müqavilənin tərəfi). Həmin 3 şəxsin mövqeyi mənzilə iddia edən şəxslərdən birinin - iddiaçı X1 mövqeyi ilə eynidir. Belə ki, xronoloji ardıcıllığa görə mənzili hamıdan əvvəl əldə etmiş X2 (1-ci müqavilənin tərəfi) mənzilə dair hüquqlarını X10 (3-cü müqavilənin tərəfinə) vermiş, daha sonra X9 mənzil dair hüquqlarını X10 (5-ci müqavilənin tərəfinə) vermiş, X10 isə mənzilə dair hüquqlarını X1 (6-cı müqavilənin tərəfinə) vermişdir. Hazırda mənzilə X1 sahiblik edir, O, mənzildə təmir işləri həyata keçi rib. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.2-ci, 337.4-cü maddələrini tətbiq etmişdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə,etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. X15 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halları n sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, a pelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar