Məhkəmə qərarları › İş №2(102)-4369/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4369/2019

27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4369/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Gündüz Ağababa oğlundan və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(003)1758/2018 saylı qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçı x1nun cavabdehlər x2 və x3 qarşı kredit borcunun tutulmasına dair iddia tələbi rədd ed ilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-964/2019 saylı qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1758/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsi iddiaçı x1na münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın iddiaçı x1ndan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-964/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı kredit borcunun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən x2 ilə Bank arasında 11.06.2014-cü il tarixdə 171/014 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, ona 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə ödəmək şərtilə 9850 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq cavabdeh x3 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyəti tam üzərinə götürmüşdür. Hazırda cavabdehlərin banka ödənilməmiş 5207.56 manat əsas, 1666.40 manat faiz, 2617.20 manat dəbbə pulu olmaqla, cəmi 9491.17 manat borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya ş ikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-964/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh x2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh x3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hü quq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Qeyd olunanlara əsasən, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların tədqiq edilməsi əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyə n edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Beləliklə, məhkəmədə sübutetmə yalnız qanunda nəzərdə tutulmuş sübutlar vasitəsi ilə və müəyyən olunmuş qaydada həyata keçirilə bilər. Bu, məhkəmə tərəfindən işin halları barədə həqiqi və etibarlı məlumat alınmasına imkan yaradır və mülki işin düzgün həlli üçün önəmli olan faktlar barədə məhkəmənin gəldiyi nəticəni mahiyyəti üzrə düzgün və əsaslı edir. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarınd angörün ürki, x4 ilə cavabdeh x2 arasında bağlanmış 11.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 9850 manat məbləğində pul verilmişdir. Kredit öhdəliyinin icrasının təminatı kimi x3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə, iş üzrə tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1-ci maddələri). İddiaçı tərəf göstərmişdir ki, cavabdehlə bağlanmış müqavilə əsasında ona 9850 manat məbləğində kredit vermiş, lakin cavabdeh öhdəliyini icra etmədiyinə görə banka 9491,17 manat borcu yaranmışdır. Cavabdeh isə banka olan borcunu tam ödədiyini və heç bir məbləğdə borcunun olmadığını göstərərək sübut olaraq məhkəməyə bank hesabından çıxarış təqdim etmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 yanvar 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan maliyyə arayışının məlumatları, cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə x2nın 11 iyun 2017-ci il tarixə iddiaçı x5-yə borcu 6419,93 manat məbləğində müəyyən olunur. Əsas borc üzrə 5206,75 manat, faiz borcu üzrə 1213 manat, cavabdeh x2 tərəfindən 25 iyul 2017-ci il tarixdə 6536 manat ödəniş aparılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh tərəfindən 25 iyul 2017-ci il tarixdə 6536 manat məbləğində ödəniş aparılmağına baxm ayaraq iddiaçı x5 təqdim etdiyi 08.12.2017-ci il tarixli arayışında belə bir məlumatı nəzərə almamışdır. Belə olan halda, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 1171/014 saylı 11 iyun 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, habelə cavabdeh tərəfindən 25 iyul 2017-ci il tarixdə ödənilmiş 6536,0 manat da nəzərə alınmaqla x2nın iddiaçı x5-yə borcu müəyyən olunmur, əksinə 116,07 manat məbləğində artıq ödəniş etdiyi müəyyən olunur. Beləliklə, iddiaçının tələb etdiyi ödənişin edilməməsi və cavabdehin bank qarşısında icra edilməyən öhdəliyinin qalması işin araşdırılmış halları ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərin in öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-964/2019 saylı 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar