Məhkəmə qərarları › İş №2(102)-437/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-437/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-437/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5478/2019 nömrəli iş üzrə xx xxxx 2 019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı və ya Bank) Cavabdeh1 (bundan sonra – cavabdeh və ya Borcalan) kreditdən istifadəyə görə illik 28 faiz dərəcəsi ödəmək şərtilə 24 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqaviləyə xx.xx.2015-ci il tarixli, 01 Nömrəli “Əlavə saziş”lə kreditin qalıq məbləği 11441,29 ABŞ dolları müəyyən edilməklə, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli zaminlik müqavilələr inə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə zaminliyi öz öhdəsinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə yaranmış əsas borcun məbləğini təşkil edən 9369,01 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun məbləğini təşkil edən 4401,8 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin məbləğini təşkil edən 1489,61 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun la əsaslandırılmışdır ki, Bank tərəfindən cavabdehlərə dəfələrlə edilmiş şifahi və yazılıq xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit borcunu ödəməkdən yayınmışlar və borc ödənilməmiş qalmışdır. İşə baxılarkən Bank tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehlərin Banka 9369,01 ABŞ dolları məbləğində əsas, 4401,8 ABŞ dolları məbləğində faiz, 1489,61 ABŞ dolları məbləğində cərimə borcu vardır. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli, 23380 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixə Borcalanın Banka olan əsas borcu 9533,40 ABŞ dolları, faiz borcu 3477,15 ABŞ dolları təşkil edir. Təqdim edilən sənədlərdə borcun silinməsi haqqında məlumat olmadığı üçün 2017-ci ilin sentyabr ayına cavabdehə cərimə borcu hesabl anmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-196/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 9369,01 ABŞ dolları əsas, 3477,15 ABŞ dolları faiz, 189,61 ABŞ dolları cərimə, cəmi 13035,77 ABŞ dolları (ödəniş günü üçün müəyyən olunacaq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat məbləğində pulun alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 21 manat məbləğində pulun Bankdan, 124 manat məbləğində pulun isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab e tmişdir ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Borcalan və Zaminlər isə həmin müqavilələr ilə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişlər. Məhkəmə iş üzrə ekspert rəyini sübut kimi qəbul edib, iddia tələbinin həcmini əsas borca aid hissədə nəzərə alaraq iddianı əsas borc hissədə tam, faiz borcu hissədə qismən təmin etmişdir. Dəbbə pulu borcu hissədə isə məhkəmə borc verərəkən kreditorun dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutduğunu, bu səbəbdən dəbbə pulunun azaldılmasının kreditorun əmlak mənafelərinə əsaslı təsir etmədiyini nəzərə alaraq cərimə m əbləğini azaltmış, 189,61 ABŞ dolları həddində müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 470.1, 472.1, 472.2, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5478/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Bankla Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) əvəzi olaraq 936 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə, yəni “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borc məbləğinə hesablanmış faiz borcunun əvəzi olaraq 3.477 (üç min dörd yüz yetmiş yeddi) ABŞ dolları 15 (on beş) sent (ödəniş günü üçün mü əyyən olunacaq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş üzrə verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyində işdə olan cari hesabdan çıxarış sənədləri, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” və həmin müqavilə əsasında imzalanmış sazişin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixə iddiaçı Banka olan faiz borcu 3.477,15 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi, iş üzrə aparılmış ekspertiza ilə tərəflər arasında bağlanmış “ Kredit müqaviləsinin” şərtləri nəzərə alınmış və qalıq borcun məbləği buna əsasən müəyyən edilmişdir. İş materiallarında ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı bir sübut mövcud deyil. Ona görə də birinci instansiya məhkəməsi müqavilə üzrə ödənilməmiş qalan faiz borcunun əvəzi olaraq 3.477,15 ABŞ dolları məbləğində pulu cavabdeh tərəfdən tutmaqda haqlı olmuşdur. Cavabdehlərdən tutulmalı olan cərimə borcuna gəldikdə isə Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək tələb olunan cərimə məbləğini azaltsa da, kreditorun bütün əsaslı m ənafeləri nəzərə alınmamış, həmçinin cərimə borcu əsas və faiz borcuna adekvat müəyyən edilməmişdir. Ona görə də, qətnamə cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli, cərimənin məbləği 936 ABŞ dolları müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, ekspert rəyində kifayət qədər ziddiyyətli məqamların olmasını nəzərə almamışdır. Cava bdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün tətbiq etməmiş, cavabdehlərin iştirakını təmin etməmiş, faiz borcunun əsas borca adekvat olub-olmadığını ümumiyyətlə araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin, cavabdehin kassasiya şikayətinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə a raşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunmayan hissəsində və Cavabdeh1 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). MPM Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər iki kassator şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsələr də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ekspert rəyinin əsassız olması ilə bağlı dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Həmçinin Cavabdeh1 Başa oğlunun apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı barədə dəlil iş materiaları ilə təsdiq olunmur. Bununla belə, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə iddiaçı apellyasiya şikayəti vermiş, iddianın rədd edilmiş hissəsini mübahisələndirmişdir. Cavabdehlər apellyasiya şikayəti verməmişlər. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas borc məbləğinə hesablanmış faiz borcunun əvəzi olaraq 3.477,15 ABŞ dollarının cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması hissəsində mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə də yoxlamaqla, yəni faiz borcunun əvəzi olaraq 3.477,15 ABŞ dollarının cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya baxışının hədlərindən kənara çıxmış, MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Bu hal isə son nəticədə qanunsuz olaraq cavabdehlərin faiz borcunun təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin aktından şikayət vermək hüququndan məhrum olması ilə nəticələnə bilər. MPM-in 418.1-ci madd əsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx xxxxxxx 2020-ci il tarixli qərardadının 22-ci bəndində qeyd edilmişdir ki, apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasi ya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi istinad edilən prosessual normalar və bununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hesab etmişdir ki, mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 382.2.1 - 387.2.7-ci maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınma lıdır ki, qətnamənin mübahisələndirilməyən hissəsində yoxlanılması tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun təmin olunmuş hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda ləğv olunan hissə həmin apellyasiya baxışnın predmeti olmadığından işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi üçün də prosessual əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5478/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən - “qətnamə apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə, yəni “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borc məbləğinə hesablanmış faiz borcunun əvəzi olaraq 3.477 (üç min dörd yüz yetmiş yeddi) ABŞ dolları 15 (on beş) sent (ödəniş günü üçün müəyyən olunacaq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilsin. Qətnamə iddianın rədd edilmiş və Cavabdeh1 qarşı təmin edilmiş hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar