Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-437/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:zərərin əvəzinin ödənilməsi 21.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(104)-738/2022 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 44 saylı evin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 112.2 kv.metr olan 180 saylı mənzilini təmir etməsi üçün Cavabdeh ilə 8 iyul 2020-ci il tarixində razılığa gəlmiş və cavabdeh həmin mənzili 2020-ci ilin sentyabr ayında təhvil verəcəyini öhdəsinə götürmüş, buna görə iddiaçı cavabdehə 3.000 manat pul vermişdir. "xxxx" MMC-nin 03 fevral 2021-ci il tarixli mütəxəsəssis rəyinə əsasən, mənzilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə qiymətləndiricilər tərəfindən əmlaka vizual-texniki baxış keçirilmiş, aparılmış hesablar və təhlillərə əsasən müəyyən edilmişdir ki, həmin mənzildə keyfiyyətsiz və tikinti-təmir standartlarına uyğun olmayan təmir işləri aparılmış, ziyan məbləği nəticədə 10.865 manat təşkil edir. Rəyə əlav ə edilmiş fotoşəkillərə əsasən sözügedən məznilin tamamilə istismara yarasız olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu zərərə görə 15.312 manat, dəymiş ziyanın qiymətləndirilməsi üçün mütəxəssislərə ödənilmiş 200 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh anasının xəstə olması səbəbilə pulu əvvəlcədən almış, lakin şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, ucuz və keyfiyyətsiz ləvazimatlar alaraq, qalan pulu mənimsəmişdir. Mənzildə işləyən digər ustalarla söhbət zamanı iddiaçıya aydın olmuşdur ki, cavabdeh həmin ustalara ödənilməli olan məbləği tam formada ödəməmiş, evin təmirini səriştəsiz ustalara həvalə etmiş, ev tam yararsız təmir edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdeh söz verdiyi tarixdən sonra vaxtı uzatmış, işləri nizama salacağını bildirmişdir. Lakin iddiaçı evin yararsız vəziyyətini gördükdən sonra cavadehdən pulunu geri tələb etmiş, cavabdeh də nə qədər ziyan varsa, ödəyəcəyini bildirmişdir. Lakin sonralar verdiyi vədlərə əməl etməmişdir. Evdə baş verən mübahisələri digər ustalar da görmüşdür. Mütəxsəssislər tərəfindən mənzilə baxış keçirilmiş, evin yenidən təmir olunmalı olduğu müəyyən edilmişdir. Bu səbəbən iddiaçı yenidən kirayədə yaşamağa məcbur olmuşdur. Nəticədə iddiaçıya külli m iqdarda ziyan dəymişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddianı əsassız sayır. Ona görə ki, evin təmiri barədə razılığa gəldikdən sonra işlərə başlamışdır. İddiaçı ona 3000 manat pul versə də, o, 1800 manat məbləğində tikinti materialları almışdır. Bacardığı işləri səliqəli olaraq görmüşdür. Lakin iddiaçı evdə görülən işləri bəyənməmiş, yenidən görülməsini tələb etmişdir. Bu səbəbdən də evin müəyyən hissələri dağılmış vəziyyətdə olmuşdur. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2021-ci il tarixli, 2(061)-1305/2021 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini iş materiallarına və şahid ifadələrinə istinadən əsaslandırmış və göstərmişdir ki, tə rəflər arasında iddiaçıya məxsus mənzildə təmir işlərinin görülməsinə dair razılaşma olmuşdur. Lakin, cavabdeh razılaşmanı pozaraq öhdəliklərini yerinə yetirməmişdir. Bundan sonra, iddiaçı təmir işlərini başqa ustalara gördürmüşdür. Mütəxsəssislər tərəfindən mənzilə baxış keçirilmiş, evin yenidən təmir olunmalı olduğu müəyyən edilmişdir. Nəticədə cavabdehin təqsiri üzündən iddiaçıya 15.312 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Mülki Məcəllənin 5.3, 14.1, 16.1, 21.1, 21.2, 21.3, 157.2, 1096.1, 1096.2, 1097.1 və 1155-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edil məsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata uyğun əsaslandırılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə eyni məzmunlu etiraz ərizəsi ünvanlamış, etiraza mənzilin foto şəkillərini, tərəflər arasındaki yazışmaları, qaimə-fakturaları əlavə etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən, mənzilə baxış keçirilən zaman mənzilin təmirli vəziyyətdə olmaqla, istifadəyə tam yararlı vəziyyətdə olduğu və mənzilin təmirində hər hansı qüsurun olmadığı müəyən edilmişdir. Mənzilə baxış keçirilən zaman iddiaçı tərəfindən bildirilmişdir ki, cavabdeh tərəfindən mənzildə aparılan təmir işlərindən sonra əlavə təmir işlə ri aparılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 08 sentyabr 2022-ci il tarixli, 2(104)-738/2022 nömrəli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, A.H.Hüseynzadə və İ.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qisməncavabdehdən mənzilin təmiri ilə bağlı çəkilən xərcin əvəzi olaraq 10.865 manat və xidmət haqqı kimi ödənilən 3.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir və maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında podrat müqaviləsindən əmələ gələn münasibətlərin yarandığı müəyyən edilir. Tərəflər arasında gəlinən şifahi razılığa əsasən iddiaçı cavabdehə müəyyən xidmət müqabilində müəyyən əmək haqqı verməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini lazımi formada yerinə yetirsə də, cavabdeh bunu etməmiş, mənzili keyfiyyətsiz və yararsız təmir etmiş, iddiaçının evi yenidən təmir etmək tələbini yerinə yetirməmişdir. Belə olan halda iddiaçını əvvəlcədən xidmət haqqı müqabilində ödədiyi 3.500 manat pulu geri tələb etmək hüququ yaranır. Cavabdehin həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlardan məlum olur ki, o, evi bacardığı qədər səliqəli təmir etdiyini, lakin iddiaçının b unu bəyənmədiyini qeyd etmişdir. Halbuki, cavabdeh şifahi podrat müqaviləsi bağlayarkən qüsurlardan azad (qüsursuz) mənzil təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin, mülki iş materiallarına əlavə edilmiş foto şəkillərdən və mütəxəssis rəyindən görünür ki, mənzilin divarları və tavan, qapıların və pəncərələrin çərçivə hissəsi və sair hazır vəziyyətdə olmamış, sonradan sökülərək başqa ustalar tərəfindən təmir edilmişdir. Bundan başqa, iddiaçı evin yenidən təmiri müddətində yaşamağa başqa yeri olmadığından digər ustalarla razılaşaraq qüsurları özü aradan qaldırmış, bunun üçün 10.865 manat xərc çəkmişdir. Əlavə olaraq, iddiaçı cavabdehə mənzilin təmiri üçün əvvəlcədən 3.500 manat muzd ödəmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehə 3.000 manat və 1.447 manat olmaqla, cəmi 4.447 manat m uzd ödədiyini göstərsə də, bununla bağlı mötəbər sübut növlərini məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddiaçıdan 3.500 manat əvvəlcədən ödəniş qəbul etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386, 752.1, 762.1, 763.1, 764.1 və 765-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apell yasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış podrat müqaviləsinə istinad etsə də, tərəflər arasında belə bir müqavilə bağlanmamış və mülki iş materiallarında da mövcud deyildir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının evi yenidən tam təmir etməsi barədə mülki iş materiallarında heç bir sübut yoxdur. Eyni zamanda, iddiasının iş materiallarına əlavə etdiyi mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməzdi, çünki bu ekspert rəyi deyildir və mütəxəssis bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdar edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahat ları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticə si qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qismən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəmişdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 44 saylı evin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 112.2 kv.metr olan 180 saylı mənzil iddiaçıya məxsusdur və sonuncu həmin mənzildə təmir işləri aparmaq üçün 08 iyul 2020-ci il tarixdə cavabdehlə razılığa gəlmişdir. Cavabdeh həmin mənzildə təmir işlərini 2020-ci ilin sentyabr ayınadək başa çatdıracağını öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin 03 fevral 2021-ci il tarixli mütəxəsəssis rəyinə əsasən, mənzilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə qiymətləndiricilər tərəfindən əmlaka vizual-texniki baxış keçirilmiş, aparılmış hesablar və təhlillərə əsasən müəyyən edilmişdir ki, həmin mənzildə keyfiyyətsiz və tikinti-təmir standartlarına uyğun olmayan təmir işləri aparılmış, ziyan məbləği nəticədə 10.865 manat təşkil edir. Rəyə əlavə edilmiş fotoşəkillərə əsasən sözügedən məznilin tamamilə istismara yarasız olduğu müəyyən edilmişdir. Apellyasiya instaniyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddia çı öz öhdəliyini lazımi formada yerinə yetirsə də, cavabdeh bunu etməmiş, mənzili keyfiyyətsiz və yararsız təmir etmiş, iddiaçının evi yenidən təmir etmək tələbini yerinə yetirməmişdir. Belə olan halda iddiaçını əvvəlcədən xidmət haqqı müqabilində ödədiyi 3.500 manat pulu geri tələb etmək hüququ yaranır. Cavabdehin həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatından məlum olur ki, o, evi bacardığı qədər səliqəli təmir etdiyini, lakin iddiaçının bunu bəyənmədiyini qeyd etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etm əlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsində göstərilir ki, əəmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, si farişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, cavabdeh şifahi podrat müqaviləsi bağlayarkən qüsurlardan azad (qüsursuz) mənzil təhvil verməyi öz öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş foto şəkillərdən və mütəxəssis rəyindən görünür ki, mənzilin divarları və tavan, qapıların və pəncərələrin çərçivə hissəsi və sair hazır vəziyyətdə olmamış, sonradan sökülərək başqa ustalar tərəfindən təmir edilmişdir. Bundan başqa, iddiaçı evin yenidən təmiri müddətində yaşamağa başqa yeri olmadığından digər ustalarl a razılaşaraq qüsurları özü aradan qaldırmış, bunun üçün 10.865 manat xərc çəkmişdir. Əlavə olaraq, iddiaçı cavabdehə mənzilin təmiri üçün əvvəlcədən 3.500 manat muzd ödəmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edib və yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti tə min edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(104)-738/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.