Məhkəmə qərarları › İş №2(102)-4370/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4370/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4370/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim O.Məmmədli) Cavabdeh 9.000 ABŞ dolları məbləğində pul, 100 manat hüquqi yardım xərc inin və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-8802/2019 saylı mülki iş) hazırkı iş üzrə akı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissədə). İşin halları: İddiaçı Cavabdeh 9.000 ABŞ dolları əsas, 2.178 ABŞ dolları faiz borcunun, 1.000 manat mənəvi zərərin, 100 manat hüquqi yardım xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 11.178 ABŞ dolları və 1.130 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. X1 X-ın həyat yoldaşıdır, onlar ailəlikçə sələmçidirlər. X1-dan 5.000 manat faizlə borc pul götürmüş, 2015-ci ilin fevral ayından sonra məlum devalvasiyadan sonra X1 həmin pulu ABŞ dollarına çevirmiş və onu fakt qarşısında qoymuşdur. Cavabdehin X1a 9.000 ABŞ dolları və 5.000 manat borcu olub. Hər ay 680 ABŞ dolları faiz ödəyib. X2 adlı bir türk öz borcunu ödəməyib qaçdığından və onu X1 xanımla cavabdeh tanış etdiyindən X2ın da əvəzinə fazilər ödəyib. Faizləri 2016-cı ilin yanvar ayına kimi ödəyib, 2015-ci ilin dekabr ayının sonunda məlum ikinci devalvasiyadan sonra nəinki faizləri, əsas borcu belə ödəməkdə çəti nlik çəkib. Sonradan oğluna məxsus Biləcəri qəsəbəsindəki evi 10.000 ABŞ dollarına sataraq hamısını X1a ödəyib və dəfələrlə xahiş edib ki, faiz borclarının hesablanmasını dayandırsın, aralarında köhnədən qalığ qalmış 3.600 ABŞ dollarına heç olmasa faiz hesablanmasın. Hazırda X1un əri, iş üzrə İddiaçı tələb etdiyi 9.000 ABŞ dolları əslində onun arvadına qalmış 3.600 ABŞ dolları faiz borcunun üzərinə hesablanmış əlavə fazilərlə cəm şəkildə hesablanmış faiz məbləğidir. X1 və həyat yoldaşı cavabdehi və oğlunu daim hədələməklə müqaviləni bağlamağa məcbur ediblər. Həmin müqaviləni bağlayanda cavabdehə bəlli olub ki, İddiaçı həyat yoldaşı XXX özünü onlara X1 kimi təqdim edib. Cavabdeh məlum borc müqaviləsini də çətin vəziyyətdə, dərman preparatlarının təsiri altında, eyni zamanda iddiaçı və arvad ının təzyiqi ilə imzalamışdır. Həqiqətdə XXX xanımdan aylıq 5 %-lə kredit götürmüş, lakin ABŞ dollarının məzənnəsi qalxdıqda faizi ödəyə bilməmişdir. O, borc pulu aylıq 5 %-lə götürməsi barədə şifahi razılaşma olduğunu, ümumiyyətlə İddiaçı tanımadığını, onunla faktiki olaraq heç bir alışverişi olmadığını birinci insyansiya məhkəməsində bildirsə də, eyni zamanda X1 XXX adlı şəxslə bütün pul alınıb-verilməsi, faiz hesablanması barədə saysız-hesabsız whatsapp yazışmaları olmasına rəğmən məhkəmə bunları nəzərə almadan, işin bütün hallarını aydınlaşdırmadan ədalətsiz və qeyri-qanuni qətnamə qəbul etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ko llegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qə bul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı m əhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli “borcun etirafı” müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh 2016-cı ilin mart ayında İddiaçı aldığı 19.000 ABŞ dollar məbləğində borcu xx.xx.2017-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə Cavabdeh borcun 10.000 ABŞ dollarını İddiaçı qaytarmışdır. Bakı şəhəri 18 saylı notariat kontorunda 1S-14714 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsi və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, qeyd edilən b orcdan 10.000 ABŞ dollarının qaytarıldığını bildirərək, qalan 9.000 ABŞ dollarının cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə əslində iddiaçıya heç bir borcunun olmadığını, borcun etirafı müqaviləsini təzyiq altında bağladığını bildirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, iddiaçı, Mülki Məcəllənin 739.1-ci və 882.1-ci maddələrinə əsasən, 9.000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyn i növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılışəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bu baxımdan kollegiya hesab edir ki, baxılan işdə Cavabdeh borcun eti rafı müqaviləsində ödəyəcəyi pulu və müddəti təsdiq etməsi İddiaçı cavabdehlə aralarında etibarlı borc münasibətlərinin və cavabdehdən qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Tərəflər arasında borcun etirafına dair müqavilə bağlandığı üçün cavabdehin həmin borcun əslində olmamasına istinadı əsassızdır. Çünki, Mülki Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdehin müqaviləni çətin vəziyyətdə, dərman preparatlarının təsiri altında, eyni zamanda iddiaçının və arvadının təzyiq ilə imzalanması barədə apellyasiya şikayətindəki dəlilləri isə əssızdır. Ona görə ki, bu hallar cavabdeh tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmiş və müqavilənin etibarlı olması faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqlənmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4262/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında xx.xx.2017-ci il tarixdə 18 saylı notariat kontorunda rəsmiləşdirilmiş borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmad ığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar