Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4371/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 x qızına, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Ч nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18.03.2010-cu kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətə 60.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 18.03.2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində 05.07.2016-cı il tarixli kredit razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən bank, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26675 manat məbləğində kredit ayrılmışdır. 17.11.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
3. Cavabdeh2 18.03.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi, ½ saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzili ipoteka ilə yüklü edərə k bankın tələb hüququna təminat vermişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 22.492,40 (iyirmi iki min dörd yüz doxsan iki, qırx qəpik) manat məbləğində qiymətləndirilmişdir.
4. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmışdır.
5. Buna baxmayaraq, cavabdehlər borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişlər. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
6. Cavabdeh2 30 avqust 2017-ci il tarixdə Ürəyin işemik xəstəliyi” səbəbində n ölmüşdür.
7. Bank 25.10.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı QSC, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 18.03.2010-cu il tarixli kredit xətti müqaviləsinə və 05.07.2016-ci il tarixli kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1 oğu, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 24307,03 manat məbləğində kredit borcu, 4631,84 manat məbləğində faiz borcu və 5779,13 manat məbləğində cərimə olmaqla, cəmi 34718 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan və banka ipotekaya qoyulmuş Ч saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına İddiaçı QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin, dövlət rüsumun, bildirişin və xidmət haqqının ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
10. Cavabdeh1 birinci instansiya məhkəməsinin 27.02.2020-ci il tarixli iclasında, birdəfəlik borcunu ödəmək iqtidarında olmamasını nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2020-ci il tarixli, 16439 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 05.07.2016-cı il tarixli kredit razılaşması və ona və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 07.08.2018-ci il tarixə banka olan əsas borcu 23.642,06 manat, faiz borcu 2785,13 manat təşkil edir.
12. Qubadlı Rayon Məhkəməsinin (hakim V.Ruvinov) 27 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 mart 2010-cu il tarixli kredit xətti müqaviləsinə və 05 iyul 2016-cı il tarixli kredit razılaşmasına xitam verilmiş, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 x qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 23642,06 manat məbləğində kredit borcu, 2785,13 manat faiz borcu və 200 manat hesablanmış cərimə olmaqla, cəmi 26627,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 ma nat və 20 manat xidmət haqqı tutulmuş, iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsində mülki işin icraatına xitam verilmiş və qalan hissədə iddia rədd edilmişdir.
13. Məhkəmə Mülki Məcəllənin 739-cu mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli, X saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən iddiaçı banka ödənilmiş pul vasitələrinə dair hesabdan çıxarış, ödəniş qəbzi, “kreditin statusu” vərəqəsi məlumatları, 05 iyul 2016-cı il tarixli, 056R********** saylı kredit razılaşması, 17 noyabr 2016-cı il tarixli “Saziş”-in şərtləri əsas götürülməklə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarında qərarında qeyd olunanları rəhbər tutaraq Cavabdeh1 25 oktyabr 2018-ci il tarixə İddiaçı QSC-yə olan ümumi borcu ümumilkdə 26.683,31 manat məbləğində, o cümlədən əsas borc üzrə 23642,06 manat və faiz borcu üzrə 3041,25 manat təşkil edir. 15. "xxxx" MMC-nin 23 noyabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, 1/2 saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilin bazar dəyəri 48.000 manat, likvid dəyəri 42.000 manat təşkil edir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 17 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin nümayəndəsi A.Z.Əhmədovanın verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, X saylı qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 x qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteta predmetinə yönəldilməsi barədə iddia ərizəsinin qismən təmin edilməsi, qətnamə - «cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 x qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R* ********* saylı kredit razılaşması üzrə 2785,13 manat faiz borcu tutulsun» hissəsində dəyişdirilməsi, kredit razılaşması üzrə faiz borcu 3041,25 manat məbləğində müəyyən edilməsi, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 056R********** saylı kredit razılaşması üzrə ödənilmədən qalmış kredit borcu Cavabdeh2 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, 1/2 saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri 42.000 (qırx iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, qətnamə - «Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 mart 2010-cu il tarixli kredit xətt i müqaviləsinə və 05 iyul 2016-cı il tarixli kredit razılaşmasına xitam verilsin, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 x qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 23642,06 manat məbləğində kredit borcu, 200 manat hesablanmış cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutulsun və iddia qalan hissədə rədd edilsin» hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatın Cavabdeh1 alınıb X1 hesabına keçirilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit razılaşması üzrə tələb edilən 5779,13 manat məb ləğində hesablanmış cərimə borcu 200 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğundur. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli, 9/4396 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas kredit borcu 23642,06 manat və faiz borcu 3041,25 manat müəyyən edilmişdir. Göründüyü kimi ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun 23642,06 manat məbləğində olması öz təsdiqini tapmışdır. Ekspertin rəyi ilə müəyyən edilmiş faiz borcun iddia tələbindən az, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq olması barədə hala hüquqi qiymət verər ək məhkəmə kollegiyası ekspert rəyinin və iddiaçının tələbinin iş üzrə digər sübutlarla müqayisəli təhlil edib nəzərə almışdır ki, ekspertin müəyyən etdiyi əsas və faiz borcunun məbləği qanuni və əsaslı olub, işin həqiqi halları ilə öz təsdiqini tapdığına görə ekspert rəyi əsas kimi qəbul edilməlidir. Bundan əlavə, ipoteka predmetinə yönəldilmə hissəsində əsaslı hesab edilməli, ipoteka predmetinin likvid qiyməti 42.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, kredit müqaviləsi üzrə yaranan öhdəliyin icrası təmin edilməli, ipoteka predmetinə tutma yönəldikdə və satıldıqdan sonra bir ay müddətində boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, gecikdirilən kredit müqaviləsi üzrə məbləğ yüksək deyildir, həmin məbləğə hesablanmış faiz borcu həddən artıq şişirdilmişdir. Məhkəmənin həmin məbləği təmin etməsi əsaslı deyildir, məhkəmə yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günə əsas və faiz borcu təmin edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəb ləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
25. Maddə 462.1 və 46
7. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə
741. Əgər müqavilə nin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
28. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
29. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
30. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiy ac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka və zaminlik müqavilələri ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetlərinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 22-3 0).
38. Eyni zamanda cavabdehin etirazları iddianı aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslı olmuşdur.
39. Kassasiya şikayətinin dəlilləri əsaslı deyil, ona görə ki, borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Kollegiya nəzərə alır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.