Məhkəmə qərarları › İş №2(102)-4372/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4372/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4372/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhiyəddin oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4372/2022 (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı şəhəri 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhiyəddin oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(106)-956/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC (bundan sonra-iddiaçı) tərəfindən Cavabdeh Məhiyəddin oğluna (bundan sonra-cavabdeh) xx.xx.2013-cü il tarixli kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqaviləyə əsasən 12 ay müddətinə illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açmışdır.

2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Kreditor İddiaçı ASC xx.xx.2016-cı il tarixdə məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh Məhiyəddin oğlundan 4369 manat əsas borc, 5234 manat faiz borc olmaqla, cəmi 9603 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi və müqavilələrin surətinin notarial qaydada təsdiq edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 6 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

4. Füzuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(064)1012/2021 nömrəli iş üzrə 06 dekabr 2016-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

5. Borclu həmin məhkəmə əmrininə xx.xx.2021-ci il tarixdə etiraz vermiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-1012/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir.

6. Azərbaycan Respublika sı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəziin 30.9.2021-ci il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, kredit müqaviləsi üzrə təqdim edilmiş cavabdehin cari hesabından çıxarış məlumatlarına əsasən müqavilə üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (müqavilə dövrü) ümumilikdə 10.750,00 manat məbləğində kredit ödənişi olmuşdur. Lakin həmin çıxarış məlumatlarında hesablar, faiz və əsas borc üzrə silinmə təyinatları göstərilmədiyindən müqavilə üzrə ödənilmiş 10.750.00 manat məbləğin bank tərəfindən hansı hissəsinin faiz borcuna və hansı hissənin əsas borca silinməsini müəyyən etmək mümkün olmadı. Müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2014-cü il tarixə (müqavil ə müddətinin son tarix) banka olan borcu-əsas borc üzrə 5.092,76 manat, faiz borcu isə 450.11 manat olmaqla, cəmi 5.542.87 manat təşkil edir. Həmçinin müəyyən olunur ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilə üzrə iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh Məhiyəddin oğlunun kredit üzrə banka xx.xx.2014-cü il tarixdən (müqavilə müddətinin son tarixi) sonra 2.700,00 manat məbləğində ödəniş edilmişdir. Hazırkı tədqiqatla hesablamalar xx.xx.2014-cü il tarixədək (müqavilə müddətinin son tarixi) aparıldığından sonra ödənilən 2.700,00 manat məbləğində kredit ödənişi hazırkı hesablamalarda nəzərə alınmamışdır.

7. Füzuli Rayon Məhkəməsinin 2(064)-1012/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Bağırov) iddia qism ən təmin edilmiş, cavabdehdən müqavilə üzrə 2842.87 manat əsas borc, müqavilələrin surətinin notarial qaydada təsdiq edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 6 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi alınıb iddiaçıya verilməsi, iş üzrə aparılmış ekspertiza tətqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehdən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin son tarixi) banka olan cəmi 5.542.87 manat borcundan cavabdehin kredit üzrə banka xx.xx.2014-cü il tarixdən sonra ödədiyi 2.700.00 manat məbləğində pul silinməklə (faiz borcu üzrə-450.11 manat, əsas borc üzrə 2249.89 manat çıxılmaqla) ca vabdehdən 2842.87 manat əsas borc alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd etmişdir ki, müqavilənin bitdiyi tarixdən sonra faizlərin hesablanması əsaslı hesab oluna bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 739, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-956/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Hey dərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Zeynal Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir. İddiaçı bankın apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İd diaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilsə də, lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Bununlada müqavilənin şərtlərini pozmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə səthi yanaşmış, əsaslığı şübhə doğuran ekspert rəyini sübut növü kimi qəbul edərək əsas və faiz məbləğinə aid hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki iş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcların düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi mühüm əh əmiyyətə malikdir.

15. Apellyasiya məhkəməsində ekspert rəyinə etiraz edilərək borc məbləğinin həqiqiliyini müəyyən etmək üşün təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət verilsə də, nədənsə məhkəmə kollegiyası buna əhəmiyyət verməmiş və vəsatətə hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımın ca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya baxışının predmetin yalnız iddianın təmin edilməmiş hissəsi təşkil etdiyindən, hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kredit borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan borc məbləği ekspert rəyi ilə müəyyən edilmişdir.

34. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

35. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

36. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri- mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

39. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-956/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar