Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4373/2017 21.06.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4373/2017 Bakı şəhəri 21 iyun 2017-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Qəhrəman Əli oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli qətnaməsindən “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(009)-1133/2016, hakim Z.Ə.Əliyev) “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh2 iddiaçının xeyrinə 13.376,31 ABŞ dolları əsas borc, 4.211,35 ABŞ dolları və 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 17.887,66 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutmanın həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi, 5 saylı evin 5 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 mənzilə olan mülkiyyət və istifadə hüquqlarının itirilməsi, Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılması, iddiaçıya ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1342/2017 N.Ş.Cəfərov, C.İ.Səfiyeva, V.T.Həsənov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Səbail Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid olan hissədə dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi, 5 saylı evin 5 saylı mənzilinin ilkin satış qiymətinin 110.000 manat müəyyən e dilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini, cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 noyabr il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 24 ay müddətinə illik 26 % ödəmək şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi eyni tarixdə bağlanmış ipoteka müqaviləsnə əsasənCavabdeh1 məxsus Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi, 5 saylı evin 5 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC tərəfindən Cavabdeh2 göndərilmiş xəbərdarlıq məktubları ilə sonuncunun banka borcunun qaldığı, həmin borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 21 iyul 2015-ci il tarixdə “xxxx” ASC-non ləğvedicisi “X1 Company” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 iddiaçının xeyrinə 13.376,31 ABŞ dolları əsas borc, 5.641,32 ABŞ dolları faiz borcu və 3.477 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 22.494,63 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutmanın həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi, 5 saylı evin 5 saylı mənzilinə yönəld ilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 mənzilə olan mülkiyyət və istifadə hüquqlarının itirilməsi, mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması, banka ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ip oteka predmeti olan ev düzgün qiymətləndirilməmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, kredit müqaviləsi üzrə borcunun məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayəıtini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdar da olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra ed ilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “xxxx ASC” müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən ödənilməsi tələb edilən 3.477 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək borcludan tutulmalı olan dəbbə pulunun 300 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Borc məbləğinin düzgün müəyyən edilməməsi barədə cavabdehin kassasi ya şikayətinin dəlillərinə gəldikdə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə borc məbləği müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini mübahisələndirmişdir. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsinin əsaslarını müəyyən edən “İpoteka haqqında” Qanunun 39-cu maddəsinin tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qərardadı ilə ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. İş üzrə alınmış 15 dekabr 2016-cı il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmetinin həmin tarixə ümumilikdə bazar dəyəri 110.000 manat təşkil edir. İddiaçının nümayəndəsi həmin rəylə razılaçmamış, özünün təşəbbüsü ilə başqa qiymətləndiricidən aldığı, ipoteka predemti olan mənzilin bazar dəyərinin 70.000 manat təşkil etməsi barədə rəyi apellyasiya məhkəməsinə təqdim etmişdir. Apelly asiya məhkəməsi hesab etmişdir ki, həmin rəy əsaslandırılmadığına görə mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün əsas ola bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild iyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-4373/2017
Ali Məhkəmə Qərar — İş №2(102)-4373/2017
21.06.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver