Məhkəmə qərarları › İş №2(102)-4375/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4375/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4375/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə Cavabdeh1, QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-294/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərə findən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2017ci il tarixli 17038-505431 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 13000 manat məbləğində kredit verilmişdir. 17 yanvar 2017-ci il tarixli 17038-/540971 İ saylı ipoteka müqaviləsinə əsasən, cavabdeh-ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən A-ümumi sahəsi 149,5 kvadrat metr, yaşayış sahəsi 74,2 kvadrat metr, yardımçı sahəsi 75,3 kvadrat metr olan üç otaqlı və A1- ümumi sahəsi 199,1 kvadrat metr, yaşayış sah əsi 92,8 kvadrat metr, yardımçı sahəsi 106,3 kvadrat metr olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka yüklü etmiş, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 55000 manat məbləğində qiymətləndirilmiş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 17 yanvar 2017-ci il tarixli, 17038-505431 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 9083,98 manat əsas borc, 2178,62 manat faiz borcu, 515,58 manat cərimə, cəmi 11778,17 manat borcun və ödənilmiş 30 mana t dövlət rüsumunun alınaraq bankın xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən A-ümumi sahəsi 149,5 kvadrat metr, yaşayış sahəsi 74,2 kvadrat metr, yardımçı sahəsi 75,3 kvadrat metr olan üç otaqlı və A1- ümumi sahəsi 199,1 kvadrat metr, yaşayış sahəsi 92,8 kvadrat metr, yardımçı sahəsi 106,3 kvadrat metr olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 iddiaçıya olan cəmi 11778,17 manat borcuna və ödənilmiş 30 manat dövlət rüsumuna ödənilməsi, tutuma ipoteka predmetinə yönəldikdən və ipoteka predmeti satıldıqdan sonra evin Cavabdeh2 və onun ailə üzvlə ri ilə birlikdə ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadıqda qətnamənin qalan hissədə icrasının Cavabdeh2 ümumi qaydada alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə iddiaçıya ödənilməli olan kredit və faiz borcları qrafikə uyğun ödənilməsi təmin edilməmişdir. Bu barədə Cavabdeh1 dəfələrlə xəbərdar edilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə iddiaçı qarşısında ödənilməmiş qalan əsas borcu 9083,98 manat, faiz borcu 2178,62 manat, cərimə 515,58 manat, cəmi borcu 11778,17 manat təşkil etmişdir. İddiaçının təqdim etdiyi 16 avqust 2019-cu il tarixli maliyyə arayışna əsasən, Cavabdeh1 17 yanvar 2017-ci il tarixli 17038-505431 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 9083,98 manat əsas borcu, 2178,62 manat faiz borcu, 515,58 manat cərimə, cəmi 11778,17 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 fevral 2020-ci il tarixli, 062/BB/20 nömrəli qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən A-ümumi sahəsi 149,5 kvadrat metr, yaşayış sahəsi 74,2 kvadrat metr, yardımçı sahəsi 75,3 kvadrat metr olan üç otaqlı və A1- ümumi sahəsi 199,1 kvadrat metr, yaşayış sahəsi 92,8 kvadrat metr, yardımçı sahəsi 106,3 kvadrat metr olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 49 000 manat müəyyən edilmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim Füzuli Pənahov) 23 iyul 2020-ci il tarixli, 2(055)143/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2017-ci il tarixli, 17038-505431 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 9083,98 manat əsas borc, 2178,62 manat faiz borcu, 5 manat cərimə, cəmi 11267,60 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi, tələbin ipoteka qoyulmuş xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən A-ümumi sahəsi 149,5 kvadrat metr, yaşayış sahəsi 74,2 kvadrat metr, yardımçı sahəsi 75,3 kvadrat metr olan üç otaqlı və A1ümumi sahəsi 199,1 kvadrat metr, yaşayış sahəsi 92,8 kvadrat metr, yardımçı sahəsi 106,3 kvadrat metr olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 49000 manat müəyyən edilməsi, onun açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçıya olan cəmi 11267,6 manat borcuna və ödənilmiş 30 manat dövlət rüsumuna ödənilməsi, tələb ipoteka predmetinə yönəldikdən və ipoteka predmeti satıldıqdan sonra Saatlı şəhəri, Vidadi küçəsi, 7 saylı evdən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ən geci bir ay ərzində çıxarılmaqla boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadıqda qətnamənin qalan hissədə icrasının cavabdeh Həsənov X1 ümumi qaydada alınması qət edilmişdir. Məhkəmə g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 17 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin tələbinə görə kreditor "xxxx" ASC-dən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Ona görə də, borclu müqaviləsinə əsasən kreditor qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə əsas və faiz borcunu iddiaçının təqdim etdiyi maliyyə arayışında müəyən edilmiş məbləğdə tutmuş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən 515.58 manat dəbbə pulunu 5 manata azaltmışdır. Tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi hissədə də, iddia tələbini təmin etmiş, ipoteka predmetinin ilkin satış qiymətini məhkəməyə təqdim edilmiş rəyə əsasən 49000 manat müəyyən etmişdir. Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin dəyişdirilərək ipoteka predmetinin dəyərinin 55000 manat məbləğində qiymətləndirilməsi, faiz borcunun azaldılması və ödənilmiş tələblərin məbləğinə münasib olaraq ekspertiza xərcinin bir hissəsinin iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Nüsrət Mİrzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 2 8 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, faiz borcunun azaldılması, ödənilmiş tələblərin məbləğinə münasib olaraq ekspertiza xərcinin bir hissəsinin iddiaçıya aid edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şi kayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415. 3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qis mən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən faiz borcu hissədə, ipoteka predmetinin ilkin satış qiyməti hissədə və ekspertiza xərcinin tutulması hissədə mübahisələndirmişdir. Kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldi lməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 iddiaçının təqdim etdiyi maliyyə arayışında tələb edilmiş faiz borcunun əsassızlığına, faiz borcunun əslində nə qədər olmasına dair nə birinci instansiya məhkəməsinə, nədə ki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ilkin satış qiy mətini müəyyən edərkən işə əlavə edilmiş rəyə istinad etmişdir. Təqdim edilən rəydəki qiymətlə ipoteka müqaviləsində qiymət arasında fərq olsa da, əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi yaxın dövrü əhatə etdiyindən məhkəmə rəydəki qiyməti əsas götürmüşdür. Cavabdeh isə bu barədə də, yəni qiymətin daha yuxarı olması barədə məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-294/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar