Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4376/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli 2(103)1364/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(010)-4764/2018) iddiaçı “xxxx” İKB ASC-nin cavabdeh Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka pr edmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 4639.53 manat əsas, 1125.06 manat faiz, 300 manat cərimə, illik 5 faizlə hesablanmış 291 manat məbləğində əldən çıxmış fayda, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat və 20 manat xidmət haqqı tutularaq iddiaçı “xxxx” İKB ASC-yə ödənilməsi, müvafiq ödəniş ipoteka predmetinə yönəldilməklə, Cavabdeh məxsus olan N qəsəbəsi, 14 İyul küçəsində yerləşən 5 nömrəli evin 11 nömrəli mənzili satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilərək açıq hərracda satılması, Cavabdeh “xxxx” İKB ASC-yə olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh qaytarılm ası qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 31.000 (otuz bir min) manat müəyyən edilərək Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxx” İKB ilə Cavabdeh arasında bağlanmış 03.06.2014-cü il t arixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz olmaqla 36 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən, 1 otaqlı, 29.22 kv.m ümumi, 16.22 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 5 nömrəli evin 11 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. 2018-ci ilin iyul ayında “xxxx” İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 7847.39 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə, həmin borcun, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqını n cavabdehdən tutulması və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kol legiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” İKB ASC və Cavabdeh 03.06.2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edil məməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, “xxxx” İKB ASC 03 iyun 2014-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faizlə 36 ay müddətinə 7500 manat məbləğində kredit vermiş və sonuncu mülkiyyətində olan N küçəsində yerləşən, 1 otaqlı, 29.22 kv.m ümumi, 16.22 kv.m yaşay ış, 13 kv.m yardımçı sahədən ibarət 5 nömrəli evin 11 nömrəli mənzilini ipoteka qoymuşdur. 03 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 4639,53 manat əsas, 03.06.2017-ci il tarixə (müqavilə müddətinə) 1125,06 manat faiz, 1003,34 manat cərimə, illik 5 (beş) faizlə hesablanmış 291 manat əldən çıxmış fayda borcu vardır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiy məti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş 09 yanvar 2019-cu il tarixli MB 12/016 saylı rəyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən, 1 otaqlı, 29.22 kv.m ümumi, 16.22 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 5 nömrəli evin 11 nömrəli mənzilinin 09 yanvar 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 31.000 manat müəyyən edilmişdir. Belə ki, Cavabdeh borc məbləği ilə bağlı hesablamanın düzgün aparılmadığını bildirsə də, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq bankın iddia tələbini qismən təmin etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4376/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4376/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver