Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4377/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Nofel oğluna qarşı “evdən istifadə hüququnun verilməsi və həmin evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsinə istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)522/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublik ası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Qusar rayonu, Bədişqala kəndinə yerləşən 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ 18 may 1990-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli, 7/3 saylı qərarı ilə X3 və ailə üzvlərinin mülkiyyətinə Qusar rayonu, Bədişqala kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. X10 22 iyul 2011-ci il tarixdə ölmüşdür.
4. Cavabdeh Nofel oğlu və İddiaçı 26 avqust 2004-cü il tarixdə nikaha daxil olmuş, nikahları Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 18 avqust 2020-ci il tarixli məktubuna əsasən X3 və Cavabdeh Nofel oğlunun adına Qusar rayonu, Bədişqala kəndində ümumi birgə 0.8149 hektar (**********49) və 4.241 hektar (**********8) kənd təsərrüfatı təyinatlı torpaq sahələri, həmin kənddə ümumi birgə 0.09 hektar torpaq sahəsinə verilmiş JN-045A KOD 30107028 nömrəli və 0.25 hektar torpaq sahəsinə verilmiş JN-045F KOD 30107028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr, X3 adına Qusar rayonunun Bədişqala kəndində fərdi yaşayış evi (qeydiyyat vəsiqəsi yoxdur) aşkar edilmişdir. Qusar rayonunun Bədişqala kəndində ümumi birgə 4.241 hektar (**********48) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 məxsus olan hissəsi Qusar rayon notariat kontorunun 20 noyabr 2019-cu il tarixli, 2V-856 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 adına özgəninkiləşdirilmişdir.
6. Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli arayışa əsasən İddiaçı Qusar rayonunun Gündüzqala kənd sakinidir və həyat yoldaşı Cavabdeh Nofel oğlu, 2002-ci il təvəllüdlü X12, 2004-cü il təvəllüdlü X7 ibarət ailə tərkibi vardır.
7. Qusar rayonunun Gündüzqala Bələdiyyəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh Nofel oğlu həyat yoldaşı İddiaçı ilə birgə Bədişqala kəndində qardaşı X8 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikərək uzun müddət həmin evdə yaşamışdır. Azərbaycan Respubli kası ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş məlumatı əsas tutaraq Cavabdeh Nofel oğlunun mərhum atası ilə birgə Bədişqala kəndində yerləşən JN-045F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,25 hektar həyətyanı torpaq sahəsində mövcud olan yaşayış evində anası və kiçik qardaşı ailəsi ilə yaşayır, JN-045A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,09 hektar həyətyanı torpaq sahəsində isə qardaşı X13 yaşayış evi tikərək ailəsi ilə birgə yaşamışlar.
8. Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli arayışa əsasən İddiaçı 2001-ci ildə Bədişqala kənd sakini Cavabdeh Nofel oğlu ilə ailə həyatı quraraq, Bədişqala kəndində yerləşən X6 məxsus evə gəlin köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 adına olan Qusar rayonunun, Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınmasına və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənmiş və Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X5 məxsus evə gəlin köçmüşdür. Cavabdehlə nikahları 26 avqust 2004-cü il tarixdə rəsmi qeydə alınmışdır. Cavabdehlə nikahlarından anadan olmuş 01 noyabr 2002-ci il təvəllüdlü Naira və 01 oktyabr 2004-cü il təvəllüdlü Rəvan adlı uşaqları mübahisəli evdə anadan olmuşlar. Ailə mün asibətləri pozulduğu üçün ayrılmış, Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə ayrılana kimi iddiaçı mübahisəli evdə yaşamışdır. Əmlakları həmin evdə qalmışdır. Cavabdeh ilə ayrıldıqdan sonra iddiaçı barışacaqlarını gözləsə də, cavabdehlə barışmamışlar. İddiaçının yaşamağa heç bir yeri olmamış, valideynləri onun evlərində yaşamağına etiraz etmişlər. Gəlin köçdüyü, uzun illər yaşadığı, uşaqlarının anadan olduğu və əmlakları olan mübahisəli evdə yaşamaq üçün getsə də, evə buraxılmamışdır.
11. Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 nömrəli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddia təmin edilmiş, İddiaçı mərhum X3 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən ev dən istifadə hüququnun tanınması və iddiaçının həmin evə köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 1, 3, 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublika sı Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək hesab etmişdir ki, İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evinə istifadə hüququnu əldə etmişdir. Odur ki, iddiaçının istifadə hüququ müdafiə olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh Nofel oğlu apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1536/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədova dan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh X11 qarşı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Qusar rayonunun Bədişqala kəndində məhrum X3 adına olan yaşayış evindən uzun müddətdir ki, çıxmış və bir daha qayıdıb evdə yaşamamış, daimi yaşamaq üçün özünə başqa ünvan seçmiş, 2009-2019-cu illərdə cavabdehlə birlikdə Qusar rayonunun Bədişqala kəndində özbaşına tikilmiş olduqları yaşayış e vində yaşamış və hazırki vəziyyətdə onun istifadə hüququnun tanınması və köçürülməsini tələb etdiyi yaşayış sahəsinə heç bir hüququ qalmamışdır.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.3, 139.1, 139.3, 152.1, 157.4, 228.1, 228.2-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 87, 123-cü maddələri, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 202 1-ci il tarixli, 2(105)-1536/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 23 noyabr 2021ci il tarixli, 2(102)-5434/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1536/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
19. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin iza hatları və mülki iş materialları ilə müəyyən etmişdir ki, tərəflər 2001-ci ildən 2007-ci il tarixədək ünvan 2 ünvanda kirayəyə ev tutaraq orada yaşamış, sonradan isə 2006-cı ildən 2009-cu il tarixədək Qusar rayonu, Bədişqala kəndində cavabdehin qardaşının adına olan torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikərək 2019-cu il tarixədək həmin evdə ər-arvad kimi yaşamış, ümumi təsərrüfat aparmış və uşaqların tərbiyəsi ilə birgə məşğul olmuşlar. Hazırda iddiaçıya məxsus olan cehiz əşyaları da həmin evdə yerləşir. Bundan başqa, iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, o, cavabdehlə ər-arvad kimi birgə yaşayıb, ümumi təsərrüfat apararkən tikmiş olduqları evdən istifadə və sahiblik hüquqlarının bərpa olunmasını istəyir. Bunun üçün də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Gör ündüyü kimi iddiaçı, 2009-cu ildən 2019-cu il tarixədək cavabdehlə birlikdə Qusar rayonu, Bədişqala kəndində özbaşına tikmiş olduqları fərdi yaşayış evində yaşamış və iddiaçıya məxsus cehiz əşyaları həmin evdədir. İşin bu halları Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 sentyabr 2020-ci il tarixli və Qusar rayonu, Gündüzqala bələdiyyəsinin 19 sentyabr 2020-ci il tarixli arayışları ilə də istisna olunmur. Belə ki, həmin arayışlarla müəyyən olunur ki, həqiqətən Qusar rayonu, Bədişqala kəndində nə mərhum X4, nə də Cavabdeh Nofel oğlunun mülkiyyətində fərdi yaşayış evləri yoxdur, lakin sonuncu iddiaçı ilə bir ailədə yaşadıqları müddətdə cavabdehin qardaşı X8 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa edərək uzun müddət həmin evdə yaşayıblar. Eyni za manda, iddiaçının apellyasiya icraatı mərhələsində verdiyi izahatdan görünür ki, o, öz zəhməti ilə tikdiyi evi istəyir, başqa evi istəmir. Qayınatasının özünün ayrı evi olduğunu, cavabdehin yalan izahat verdiyini bildirib və əlavə olaraq izahatında göstərib ki, 2006-cı ildən 2009-cu ilədək cavabdehlə bir yerdə ər-arvad kimi birgə yaşayıb ümumi təsərrüfat apardıqları müddətdə qaynına məxsus olan torpaq sahəsində özlərinə fərdi yaşayış evi inşa ediblər və orada yaşayıblar. Hazırda onun tələbi özlərinin tikmiş olduqları yaşayış evindən ona sahiblik, istifadə hüququnun verilməsindən ibarətdir və həmin evdə yaşamaq istəyir.
20. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, Mülki Prosessual Məcə llənin 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsini təmin etmək üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb və bunun üçün işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçıya prosessual hüquqlarının həyata keçməsinə hər hansı kömək göstərməyib. Belə ki, mərhum Nofel Qaçabəyov və cavabdehin qardaşı Bəhlul Qaçabəyova məxsus torpaq sahələrində neçə fərdi yaşayış evinin olduğunu və iddiaçının iddia ərizəsində iddia etdiyi evin kimin tərəfindən inşa edildiyini, iddia etdiyi evlə izahatında göstərdiyi evlərin eyni evlər olub-olmamasını araşdırmayıb. Həmçinin, iddiaçının iddia ərizəsində mərhum qayınatası Nofel Qaçabəyova məxsus olduğu iddia edilən evdən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini id dia etdiyi halda, onun apellyasiya icraatı mərhələsində nəyə görə cavabdehlə birgə nikah dövründə inşa etdikləri evə köçülürməsini tələb etməsi ilə bağlı izahatına aydınlıq gətirməyib və onun izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamayıb, qiymətləndirməyib.
21. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, iddiaçı, 2009-cu ildən 2019-cu il tarixədək iki azyaşlı uşağı ilə birlikdə sözügedən evdə yaşayıb və cavabdehlə ümumi təsərrüfatı birgə idarə edib və sonradan ailədə yaranmış münaqişə nəticəsində evdən gedib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli evin kimin tərəfindən inşa edilməsi, eyni evdən söhbət gedib-getməməsi aydınlaşdırıldıqdan sonra Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, qanunun analogiyası əsas tutulmaqla, tərə flər arasında əmələ gəlmiş mülki hüquq münasibətlərinə mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin tələbləri tətbiq edilməklə, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
22. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, Konstitusiyanın 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, özbaşına tikiliyə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı e vdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və uzun müddət yaşadığı evdən qanunsuz məhrum edilib. Yəni, ailədə gərgin münasibətlər yarandığı və cavabdehlə nikahı pozulduğu üçün o, iki uşağı ilə birlikdə hazırda başqa evdə, yəni valideynlərinə məxsus olan evdə yaşamaq məcburiyyətində qalıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab etmişdir ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmasına və yaşamasına cavabdehin imkan verməməsi əslində məhrumetmə hesab olunur.
23. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, məhrum etmə o, halda qanuni ola bilər ki, məh rum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və s.) yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)-522/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) Cavabdeh Nofel oğlunun apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh Nofel oğluna qarşı evdən istifadə hüququnun verilməsi və evə köçürülməyə da ir iddiasının təmin edilməməsi qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli evin hüquqi rejimini müəyyən etmədən mübahisəyə Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu və Mülki Məcəllənin 228.5-ci maddələrini tətbiq edərək iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir.
26. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbi mərhum X3 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədədir və iddia tələbini 2001-ci ildə nikahı rəs mi qeyd etdirmədən Cavabdeh Nofel oğlu ilə evlənməsi, Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X5 məxsus evə gəlin köçməsi, cavabdehlə aralarındakı nikahı 26 avqust 2004-cü il tarixdə rəsmi qeyd etdirməsi və həmin evdə yaşaması ilə əsaslandırmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranmışdır.
27. Apellyasiya məhkəməsi MPM-in 217.2-ci maddəsinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddia ərizəsindən, tərəflərin izahatlarından görünür ki, iddiaçı ilə Qus ar rayonunun Bədişqala kəndində yerləşən evin mülkiyyətçisi olmuş X10 arasında iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, iddiaçının evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)-522/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Prosessual Mə cəllənin 386, 420-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri pozulmuşdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmiş göstərişləri icra etməmişdir. Məhkəmə iddiaçının 2001-ci ildən faktiki nikah münasibətlərində olaraq Qusar rayonunun Bədişqala kəndinə gəlin köçməsini, 2006-cı ildə cavabdehin qardaşı X9 adına torpaq sahəsi alaraq ev inşa edib 2006-2019-cu illərə kimi həmin evdə ər-arvad kimi bir yerdə yaşamasını, həmin evdən istifadə etmək hüququnu tələb etməsini və cavabdehin adına dövlət reyestrində evin qeydiyyata alınmamasını nəzərə almamış, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsaslanaraq apellyasiya şikayətini təmin etməkdə haqlı olmamışdır.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il t arixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respub likası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
38. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prose ssual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
41. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin əvvəlki icraatı nəticəsində qəbul edilmiş qərarda irəli sürülən göstərişlər iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsinin müəyyən edilməsi ilə bağlı olmuşdur.
42. Apellyasiya məhkəməsi həmin məsələ ilə bağ lı araşdırma aparmışdır. Belə ki, 03 fevral 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə verilən suallara cavab olaraq iddiaçının iddia ərizəsində mərhum qayınatasına məxsus evə köçürülməsini tələb etdiyini, hazırda isə cavabdehin qardaşına məxsus torpaqda inşa etdikləri evə köçmək istədiyini, lakin iddiaçının həmin evə istifadə hüququnun tanınması və evə köçürülməsi barədə iddia tələbi irəli sürməməsini göstərmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 218.3-ci maddəsinə uyğun olaraq, iddiaçının cavabdehin atasına məxsus fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçməsinə dair tələbə hüquqi qiymət vermişdir.
44. Bu zaman məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilə n fərdi yaşayış evinin həm iddiaçının cavabdehlə nikaha daxil olduqları, həm də iddia verilən zaman daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınması işin müəyyən olunmuş halıdır.
45. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrini tətbiq edərək iddianı rədd etmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(105)-522/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.