Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-438/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(104)178/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 217,92 ABŞ dolları məbləğində kredit borcu, 3010,35 ABŞ dolları faiz borcu, 523,61 ABŞ dolları məbləğındə cərimə borcu olmaqla cəmi 3751,88 ABŞ dolları məbləğində borcun və ödənilmiş 31 manat dövlət rüsumunun “İddiaçı” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz rayon Məhkəməsinin (sədrlik edən Mustafayev Nofəl) 2(62)-3908/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 217,92 ABŞ dolları məbləğin də kredit borcu, 3010,35 ABŞ dolları məbləğində faiz borcu, 52 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3280,27 ABŞ dollarının ödəniş gününə olan manata məzənnə nisbəti və dövlət rüsumu hesabına ödənilmiş 31 manatın alınaraq “İddiaçı” ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəhman Muradov sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva və Ədil Məmmədov) 27 iyun 2019-cu il tarixli 2(104)-178/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli 2(62)3908/2017 nömrəli qətnaməsi 3010,35 ABŞ dolları faiz və cəmi 3280,27 ABŞ dolları borcun tutulması hissəsində dəyişdirilmiş, həmin hissə də faiz borcu 2323,12 ABŞ dolları, cəmi borc isə 2593,04 ABŞ dolları müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən işin bütün hallarına düzgün qiymət verilməmiş, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyinə görə qətnamədə göstərilən nəticələr işin halları na uyğun gəlmir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,iddiaçı “İddiaçı” ASC ilə Cavabdeh1 arasında 24 may 2013-cü il tarixli 03/1874/AFS nömrəli kr edit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə, illik 16 faiz olmaqla 26656 ABŞ dollar məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan “Ford Transit” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus bankın xeyrinə 24 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Eyni zamanda öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə görə borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərini yerinə yetirənədək zaminlər onunla birlikdə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən ipoteka ilə yüklü edilmiş “Ford Transit” marka lı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus satılmış və satışdan əldə edilmiş 11500 ABŞ dolları borcdan silinmişdir. Hazırda Cavabdeh1 217,92 ABŞ dolları əsas, 3010,35 ABŞ dolları faiz və 523,61 ABŞ dolları cərimə borcu ödənilməmiş olduğundan, iddiaçı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəzin 10 may 2019-cu il tarixli 32866 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 24 may 20 13-cü il tarixli 03/1874/AFS nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 “İddiaçı” ASC-yə ödəməli olduğu borc qalığı 24 may 2016-cı il tarixə 217,92 ABŞ dolları əsas və 2323,12 ABŞ doları faiz borcu müəyyən olunmuşdur. Goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan faiz borcu 687,23 ABŞ dolları artıq hesablanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcu hissəsində dəyişdirilməlidir. Qətnamənin mübahisələndirildiyi dəbbə pulu hissədə tələb 52 ABŞ dolları təmin edildiyindən məhkəmə kollegiyası həmin hissədə qətnamənin dəyişdirilməsinə artıq lüzum görmür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağla nmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsin də ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca i cra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya və zaminlərə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qe yd edir ki, kassator borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Kassasiya kollegiyası, apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərb aycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(104)-178/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-438/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-438/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver