Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4380/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-813/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsə dli, İnşallah Quliyev) 05 mart 2019-cu il tarixli qərardadı ilə Ağsu rаyоn məhkəməsinin 2(016)-1212/2018 nömrəli mülki iş üzrə qəbul etdiyi 24 oktyabr 2018-ci il tarixli qətnаməsindən iddiаçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. İşin halları: Ağsu rаyоn məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(016)-1212/2018 nömrəli qətnаməsi ilə iddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi bаrədə iddiаsı rədd edilmişdir. İddiаçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlill əri və kassasiya şikayətinə qarşı etiraz: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı nın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması və düzgün tədbiq edilməməsi ilə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində apellyasiya şikayətinin məzmunu qeyd edilir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin m ateriallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən şərtlərin hər birinə ləğv prosesində olan İddiaçı ASC tərəfindən riayət edilmişdir. Belə ki, şikayətin əvvəlində bu şikayətin Şəki Apellyasiya Məhkəməsinə ünvanlandığı, ünvan 2indən verildiyi, eyni zamanda şikayətin ləğv prosesində olan İddiaçı ASC tərəfindən verildiyi qeyd edilir. Şikayətin yalnızca bir hissəsində məhkəmənin adının yanlış qeyd edilməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etməyə əsas vermir. Hər bir halda bu texniki bir səhvdir, çünki sonda məhkəmənin adı yanlış yazılsa da, qəbul edilən qətnamənin tarixi və nömrəsi şikayətin önündə yazılan Ağsu rayon məhkəməsinin qətnaməsinin tarixi və nömrəsi ilə eyniyyət təşkil edir. Bu da o dem əkdir ki, iki fərqli məhkəmə eyni bir tarixdə eyni nömrəli və eyni məzmunlu qətnamə qəbul edə bilməz. 24.10.2018-ci il tarixində isə Ağsu rayon məhkəməsi tərəfindən 2(016)4212/2018 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə əsaslandırmışdır ki, sonda Xətai rayon məhkəməsinin adı çəkildiyinə görə qeyd edilən mülki iş Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Bu, məntiqli əsaslandırma deyil. Ona görə ki, şikayətin məzmununda iddiaçı, cavabdeh, kredit müqaviləsi, iddia məbləği bunların hər biri barədə məlumat verilir. Eyni zamanda apellyasiya şikayəti birinci instansiya məhkəməsi vasitəsilə apellyasiya məhkəməsinə çatdırılır. Qeyd edilən vəziyyətdə də apellyasiya şikayəti Ağsu rayon məhkəməsinə göndərilmiş və Ağsu rayon məhkəməsi tərəfindən də qeyd edilən işlə bağlı olan sənəd lərlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmışdır, istənilən vəziyyətdə aşkar surətdə görünür ki, ləğv prosesində olan “İddiaçı" ASC Ağsu rayon məhkəməsinin qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin əsaslandırması qanunsuzdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədiyi üçün və gəlməməynin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün edərkən qənaətini onunla əsaslandırmışdır ki, аpellyаsiyа şikаyətini n əvvəlində Ağsu rаyоn məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(016)-1212/2018 nömrəli qətnаməsindən apellyasiya şikayəti verildiyi göstərilsə də, “xahiş etdi” hissəsində isə Xətai rаyоn məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(016)-1212/2018 nömrəli qətnаməsinin ləğv edilməsi göstərilmişdir. Apellyasiya şikayətinin təsviri hissəsində də Xətayi rayon məhkəməsinin qətnaməsinin ləğv edilməli olması qeyd edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Hüquq Departamentinin direktoru X1 məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək Ağsu rayon məhkəməsinin 24 oktyabr 2018-çi il tarixli, 2(016)-1212/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, lakin həmin ərizə imzalanmadığından, yəni təsdiq edilmədiyindən nəzərə alınmamışdır. Beləli klə, apellyasiya şikayəti mülki prosessual qanunveriçiliyin tələblərinə uyğun tərtib edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olmayan bir məhkəmənin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə apellyasiya şikayətini qeyri-mümkün edərkən prosessual normaların tələblərini düzgün tədbiq etməmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsini qətnaməsindən apellyasiya şikayəti 14.12.2018-ci il tarixdə Ağsu rayon məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti mülki işlə brilikdə baxılması üçün 21.12.2018-ci il tarixdə Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi 22.02.2019-cu il tarixdə “Apellyasiyanın mümkünlyü üzrə” qərardad qəbul edərək işə baxılmasını 05 mart 2019-cu il tarixə saat 11:45-ə təyin etmişdir. 28.02.2019-cu il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə barədə ərizə daxil olmuş və ərizədə texniki səhvə yol verildiyini və Ağsu rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(016)1212/2018 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbu l edilməsi xahiş edilmişdir. Həmin ərizə imzalanmadığından apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qənaətinin əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, apellyasiyanın mümkünlüyünü yoxlanılması üçün prosessual qanunvericilikdə konkret müddət müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu m üddət ərzində apellyasiya şikayətinə baxılmasını mümkün edərək işin apellyasiya baxışına təyin edilməsi barədə qərardad qəbul etmiş və apellyasiya şikayətinə baxılmasını 05.03.2019cu il tarixə təyin etmişdir. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən 1 aydan çox müddət keçədən sonra məhkəmə yeni qərardad qəbul edərək apellyasiya şikayətinin qeyri-mümkün hesab etmiş, beləliklə prosessual qanunveriiliyin tələblərinə əməl etməyərək eyni apellyasiya şikayəti üzrə həm apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə, həm də apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə iki ayrı-ayrı qərardad qəbul edərək qeyri-müəyyənliyə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi şikayətin Şəki Apellyasiya məhkəməsinin yurisdiksiyasına aid olmaması barədə g əldiyi nəticəni də əsaslı hesab etmir. Belə ki, verilmiş şikayətin giriş hissəsində Ağsu rаyоn məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(016)-1212/2018 nömrəli qətnаməsidən verildiyi qeyd edilmiş, şikayətdə iş üzrə tərəflərin məlumatları qeyd edilmiş, həmçinin şikayət birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən mülki işə əlavə edilərək Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir. Bundan başqa məhkəmənin istinad etdiyi texniki səhv iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə aradan qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin ərizə imzalanmadığından ərizəni qəbul etməmiş, lakin bu nəticəyə gələrkən iddiaçının nümayəndəsinin iştirakını təmin edərək göstərilən hallara aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apelly asiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-ninkassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-813/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4380/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4380/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver