Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4382/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin likvid qiyməti, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dai r mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-197/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qətnaməsindən iddiaçının şikayətinə 17 oktyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında 13 fevral 2*15-ci il tarixdə kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə (18 ay güzəşt olmaqla), illik 6 faizlə 15*** manat kredit verilib.
2. Eyni tarixli ipoteka müqaviləsi ilə, mülkiyyət hüququ üzrə cavabdehə məxsus Goranboy rayonu, Qızılhacıllı qəsəbəsində yerləşən fərdi yaşayış evi *,*95 ha torpaq sahəsi ilə birlikdə (bundan sonra – “ipoteka predmeti”) kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 46*** manat məbləğində müəyyən edilmiş, ipoteka dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15*** manat əsas, 2673,51 manat faiz, 131,26 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1*1* manat faiz borcu olmaqla, cəmi 18814,77 manat borcun, ödənilmiş 31 manat dövlət rüsumu və DƏDRX-ə ödənilmiş 31 manat rüsumun alınaraq iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək hərrac yolu ilə satılması, satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra ipoteka pre dmetinin 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu kredit müqaviləsinin tələblərini pozaraq öhdəliyi vaxtında icra etməmiş və nəticədə *8 aprel 2*19-cu il tarixinə cavabdehin 18814,77 manat borc yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdehə təklif edilsə, cavabdeh öhdəliyini icra etməmişdir.
5. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 317, 319, 385.1, 439.3, 442, 443.1, 445.1, 448.1, 449.1, 46*.1, 465.2-ci, “İpoteka haqqında” Qanunun 34, 41.2, 47.2, 47.5, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.
6. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, banka əvvəl 11*** manat borcu olub. Həmin krediti bağlamaq üçün öz evini girov qoyub yenidən 15*** manat kredit kredit götürməli idi. Sənədlərə qol çəkdiri blər, lakin ona pul verməyiblər. Bu barədə Gəncə şəhər Prokurorluğuna şikayət edib, prokurorluqdan deyiblər ki, hələ banka ödəniş etmə.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Gəncə şəhər Prokurorluğunun məktubuna əsasən cavabdehin şikayət ərizəsi prokurorluğa daxil olmayıb.
8. Birinci instansiya məhkəməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi üçün *1 iyul 2*19-cu il tarixli qərardadla qiymətləndirmə keçirmişdir. 9. "xxxx" MMC-nin 21 yanvar 2*2*-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin bazar qiyməti 4**** manat təşkil edir.
10. Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2*2*-ci il tarixli 2(*45)-22/2*2* nömrəli (hakim S.Mayılov) qətnaməsi ilə iddia təmin edilmiş, ipoteka predmetinin qiyməti 4**** manat müəyyən edilmişdir.
11. Birinc i instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat cavabdehə münasibətdə üzərinə götürdüyü bütün öhdəliklər icra etmiş, lakin cavabdeh iddiaçı təşkilat qarşısında götürdüyü öhdəliklər icra etməmişdir. Eləcə də kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təminatı kimi cavabdeh mülkiyyətində olan evi ipoteka ilə yüklü etmişdir.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddiaçının borcla bağlı iddiasının təmin edilməli olması, eləcə də tələbin ipoteka predmetinə yönəldilməsi qənaətinə gəlmişdir.
13. İpoteka predmetinin dəyərini birinci instansiya məhkəməsi qiymətləndirmə hesabatına uyğun müəyyən etmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcə lləsinin 317.1, 385.1, 442, 448.1, 449.1, 465.2, 739.1-ci maddələri və “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2*14-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətində göstərib ki, kredit müqaviləsi üzrə oa pul verilməyib, evi ipotekaya qoyularkən arvadını razılığı alınmayıb. Kredit verilmədiyindən həmin tələbin ipoteka predmetinə yönəldilməsi də mümkün ola bilməz.
17. İddiaçı da apellyasiya şikayəti verərək, birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, ipoteka predmetinin qiymətini məhkəmə ekspert rəyinə əsasən bazar dəyəri ilə müəyyən edib. Ekspert rəyi əsaslı deyil, həm də əmlakın bazar dəyəri deyil, likvid dəyəri müəyyən edilməli idi.
19. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün 26 aprel 2*21-ci il tarixli qərardadla qiymətləndirmə keçirmişdir. 20. "xxxx" MMC-dən alınmış 28 oktyabr 2*21-ci il tarixli rəyə əsasən ipoteka predmetinin likvid dəyəri 65*** manat təşkil edir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-197/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 4**** manat müəyyən olunması hissədə dəyişdirilərək, ipoteka predmetinin likvid satış qiyməti 65*** manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov, Fikrət Mehdiyev )
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti bazar dəyəri ilə deyil, likvid dəyəri ilə harracdan satışa çıxarılmalı, ona görə də qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməlidir.
23. Məhkəmə kollegiyası digər hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin qiymətin hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassator şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyləri arasındakı kəskin fərq onların ipoteka predmeti olan əmlakın real dəyərini əks etdirmədiyini göstərir. Bu halda isə yenidən ekspertiza keçirilməsi zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 1.*.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müə yyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 1*3.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Madd ə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayət ində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qismən – yalnız ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də yalnız mübahisələndirilən həmin hissə təşkil edir.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 3*. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
32. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini "xxxx" MMC-nin rəyinə əsasən bazar dəyəri ilə 4**** manat müəyyən etmişdir. Tərəflər hər ikisi qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ipoteka predmetinin likvid dəyərinin 65*** manat olmasını da rəyə əsasən müəyyən etmişdir.
33. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun 1.*.9 və 39.3.3-cü maddələrinə görə ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyəri ilə və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddələrə əsasən apellyasiya məhkəməsinin əmlakın ilkin satış qiymətinin likvid dəyəri ilə müəyyən edilməli olması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-197/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.