Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4382/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4382/2023 (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1437/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsindən iddiаçı İddiaçı (Vəkil Nümayəndə) tərəf indən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, 460 nömrəli arayışa əsasən, İddiaçı hal-hazırda qızı X10 ilə birlikdə Bərdə rayonu Qazaxlar kəndində bacısı X11 himayəsində yaşayır.
2. Bərdə Rayon XDS İcrayə Komitəsinin 30 noyabr 1988-ci il tarixli qərarı ilə yaradılmış Komissiya tərəfindən verilmiş 04 mart 1989-cu il tarixli təhkim aktına əsasən, Cavabdeh1 ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün 500 kv.metr torpaq sahəsi ayrılmışdır. 3. 15 sentyabr 2017-ci il tarixli, AN-10642451 nömrəli Daşınmaz Əmlakın alğı- satqı müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ əsasında ona məxsus olan Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsi 74 ünvanında yerləşən 0,047 ha torpaq sahəsini Cavabdeh2 10.000 manata satmışdır.
4. Bərdə Rayon Məhkəməsinin 2(021)-1116/2018 nömrəli, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə, ilkin iddia təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,047 ha torpaq sahəsindən çıxarılması qət olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş, ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın və **********21-10301 nömrə ilə qeydə alınmış Texniki pasportun ləğv edilməsinə d air İddiaçı qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir.
5. Bərdə Rayon Məhkəməsinin 2(021)-3568/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə bağlanmaqla AN-İ № ******* nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqısatqısına dair müqavilənin ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1077/2019 nömrəli, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iddia rədd edilmişdir.
6. Bərdə Rayon Məhkəməs inin 2(021)-2691/2019 nömrəli, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər X16 və X12 qarşı cavabdehlər arasında bvğlanmaqla 15 sentyabr 2017-ci il tarixdə AN-İ № ******* nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-117/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 Cavabdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Bərdə rayon “ASAN-xidmət” Mərk əzində notariat konturuna qarşı 15 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” dair iddia tələbi təmin olunmamışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2753/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-117/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü 28.000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh2 28.000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğin alınaraq İddiaçı Əi oğluna ödənilməsi qət edilmişd ir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2562/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarına əsasən, Cavabdeh2 kasassiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)2753/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X7 14 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı Cavabdeh2 dələduzluq yolu ilə hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən evini ələ keçirməsi barədə şikayəti əsasında toplanmış HK1/723 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiаçı İddiaçı c avabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə ünvan 4 ünvanında yerləşən 0,05 ha (500 kv.metr) torpaq sahəsinin hazırkı real likvid dəyəri olan 12.000 manat pulun və iddia ərizəsinə baxılması üçün ödədiyi 126 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 keçmiş Bərdə rayon X19 İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli 4 №-li qərarına əsasən ünvan 6 №-li (keçmiş 26 ünvan 5 ünvanda 500 kv.m. torpaq sahəsi yaşayış evi tikdirməsi üçün ayrılaraq verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayon XDSİ İcraiyyə Komitəsinin sədr müavini, mənzil-məişət komissiyasının sədri Vahid Məmmədov və Komissiyanın 11 nəfər üzvünün iştirakı ilə 04 mart 1989-cu ildə yerində tanıdılmaqla Cavabdeh1 təhkim olunmuş və bu barədə həmin komissiyanın üzvləri tərəfindən 04 mart 1989-cu il tarixli Təhkim Aktı tərtib edilmiş, sözügedən Aktın Bərdə Rayon XDS İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş əsli Cavabdeh1 verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2002-ci ildə qeyrirəsmi qaydada qohumu X13 800 ABŞ dollarına satmışdır. Bu zaman torpağın onun olmasını təsdiq edən 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. X18 isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2003-cü ildə bacısı X9 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. Südabə Rüstəmova isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2005-ci ildə ona və rəsmi nikah münasibətində ol duğu həyat yoldaşı Cavabdeh2 bacısı olan X3 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də onlara vermişdir. Təhkim Aktının əsli indiyədək də ondadır, onu heç vaxt Cavabdeh1, Cavabdeh2 və ya başqa şəxsə verməmişdir. Bundan başqa həmin torpaq sahəsini 2005-ci ildə bacısı Südabə Rüstəmovadan alarkən onun üzərində hər hansı bir tikili olmamış, kənarları hasarlanmamış vəziyyətdə olmaqla torpaq tamamilə boş olmuşdur. 2005-ci ildə bu torpağı aldıqdan sonra əvvəlcə onun kənarlarına hasar çəkmiş, daha sonra isə bir neçə ay ərzində həmin torpaq sahəsində iki otaqdan, dəhliz və mətbəxdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi tikdirərək 2006-cı ildən etibarən həyat yoldaşı və yeganə övladı ilə birlikdə həmin evdə daimi yaşamışlar. Lakin torpağın və onun ü zərində tikdirdiyi evin onun yaxud həyat yoldaşının adına rəsmiləşdirilməsinə heç vaxt tələsməmiş, fikirləşmişdir ki, torpağı bacısından almışdır və torpağın yeganə sənədi olan Təhkim Aktının əsli də onlardadır. Torpağın və onun üzərindəki evin onlara məxsus olmasını heç kim mübahisələndirmir, evdə yaşayırlar, nə vaxt olsa sənədləşdirər, yəni sənədləşdirməsinə etinasız yanaşmışlar. 2015-ci ildən isə həyat yoldaşı Gültəkin Şirinova sağalmaz xəstəliyə tutulmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Odur ki, onun xəstəliyi, daha sonra isə vəfatı ilə əlaqədar başlarının qarışıq olması, həmçinin maddi çətinliklər səbəbindən torpağın və evin adlarına sənədləşdirilməsini etməmişlər. 26 may 2021-ci il tarixdə həyat yoldaşı X8 xərçəng xəstəliyindən vəfat etdikdən sonra onun başının qarışıq olmasında n istifadə edən qaynı Cavabdeh2 digər Cavabdeh1 həmçinin Bərdə Regional ”ASAN” Xidmət Mərkəzində Notariat ofisinin böyük mütəxəssisi X14, həmin ofisin xüsusi notariusu X2, Bərdə RİH Başçısının Bərdə şəhəri üzrə nümayəndəsinin müavini Əli Başxəliyev və DƏDR-nin 7 saylı Bərdə Ərazi İdarəsinin vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək saxta sənədlər tərtib etməklə gizlin surətdə öz adına rəsmiləşdirmişdir. O cümlədən əvvəlcə həmin torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazisi İdarəsində xx.xx.2017-ci il tarixdə **********21 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışla Cavabdeh1 xüsusi mülkiyyəti olmasına dair reyestr çıxarışı əldə etmişlər. Bundan sonra Cavabdeh2 Cavabdeh1 ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,047 ha olan torpaq sahəsini onun tam hüquqlu mülkiyyətçisi Cavabdeh1 xx.xx.2017-ci il tarixli, AN-1 № ******* nömrəli Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi ilə 10.000 (on min) manata almasına dair notariat təsdiqli alğı-satqı müqaviləsi bağlamışlar. Daha sonra isə Cavabdeh2 Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsi ünvanında yerləşən 2 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququna dair öz adına olan xx.xx.2017-ci il tarixli ******* nömrə ilə qeydə alınmış Reyestrdən Çıxarışı və həmin evə dair adına olan **********21-10301 nömrə ilə qeydə alınmış texniki pasportu əldə etmişdir. Cavabdeh1 həyat yoldaşı X1 Regional “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Tamaşa Atakişiyevaya verdiyi xx.xx.2017-ci il tarixli ərizəsində bildirmişdir ki, “Əri Cavabdeh1 məxs us olan və ünvan 6 ünvanında yerləşən 0,047 ha torpaq sahəsinin özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və həmçinin sair qaydada üzərində sərəncam verməsinə etiraz etmir.” Bu ərizə sübut edir ki, Cavabdeh1 torpağı xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmasından güya xəbərsiz olması və 1.000 manat pulu almaması barədə bildirdikləri yalandır və o, həyat yoldaşının notariusa getməyindən və notariusa getməsindən və notariusa həmin ərizəni verməsindən xəbərsiz ola bilməzdi.
13. Bərdə Rayon Məhkəməsinin 2(021)-369/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul tələbinə dаir” iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edil mişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da görünür ki, iddiaçı həmin torpağı 2005-ci ildə bacısı X5 800 ABŞ dolları verməklə almışdır, sonradan əgər cavabdehlər və ya üçüncü şəxslərin saxtakarlıq edərək torpağı ələ keçirməsini bildirsə də bu haqda hüquqmühafizə orqanlarına müraciət etməmiş və ya göstərilən halla bağlı cinayət işinin mövcud olmasına dair materiallar iddia ərizəsinə əlavə edilməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, hazırki işdə iddiaçı ilə cavabdehlər arasında hər hansı alğı-satqı münasibəti mövcud olmadığınd an və iddiaçı cavabdehlərə pul verməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən cavabdehlərdən pul tələb etməkdə haqlı deyil.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, yalnız iddiaçının şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın hər hansı hissədə sübut edilməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 567, 646.1, 646.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbini n təmin edilməsini, həmçinin apellyasiya şikayətinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 63 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının ciddi pozuntuları, həmçinin iş üçün əhəmiyyətli olan halların araşdırılmaması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Belə ki, Cavabdeh2 Bərdə şəhəri Mehdi Hüseynzadə küçəşı ünvanında yerləşən 2 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququna dair öz adına olan xx.xx.2017-ci il tarixli ******* nömrə ilə qeydə alınmış reyestr çıxarışı və həmi n evə dair adına olan **********21-10301 nömrə ilə qeydə alınmış texniki pasportu əldə etmişdir. Cavabdeh1 həyat yoldaşı X1 Regional "ASAN Xidmət" Mərkəzinin xüsusi notariusu Tamaşa Atakişiyeva verdiyi xx.xx.2017-ci il tarixli ərizəsində bildirmişdir ki, “Ərim Cavabdeh1 məxsus olan və ünvan 8 ünvanında yerləşən 0,047 ha torpaq sahəsinin özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və həmçinin sair qaydada üzərində sərəncam verməsinə etiraz etmirəm.” Bu ərizə sübut edir ki, Cavabdeh1 torpağı xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmasından guya xəbərsiz olması və 10.000 manat pulu almaması barədə bildirdikləri yalandır. O, həyat yoldaşının notariusa getməyindən və notariusa getməsindən və notariusa həmin ərizəni verməsindən xəbərsiz ola bilm əzdi. Lakin məhkəmə öz qətnaməsində müəyyən olunmuş bu həqiqəti təmin və təsdiq etməməklə, qanunsuz olaraq iddia tələbini də təmin etməmiş, bununla da konstitusion hüququnu pozmuşdur.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1437/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-369/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh2 800 (səkkiz yüz) ABŞ dolları (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) alınıb İddiaçı ödənilməsi və iddianın qalan hissədə rəd d edilməsi qət olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həqiqətən də İddiaçı Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsi 74 ünvanında yerləşən 0,05 (500 kv.metr) torpaq sahəsini 2005-ci ildə bacısı X5 800 ABŞ dolları verməklə qanunun tələb etdiyi formada əqd bağlamamaqla almış, həmin torpaq sahəsində dəyəri 28.000 manat olan ev tikmiş, Cavabdeh2 həmin torpaq sahəsinin lazımi qaydada rəsmiləşdirilmədən İddiaçı satıldığını bilə-bilə Cavabdeh1 ilə həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamış, nəticədə iddiaçı həmin torpaq sahəsində tikdirdiyi evdən çıxarılmaqla maddi ziyana məruz qalmışdır. Ona görə də onun həmin torpaq sahəsində tikdirdiyi evə çəkmiş olduğu xərcin alınmasına dair iddia tələbi təmin edilərək Cavabdeh2 28.000 manat pulun alınıb ona verilməsi q ət edilmişdir. Lakin həmin 0,05 ha torpaq sahəsinin alğı-satqısı ilə bağlı ödəmiş olduğu 800 ABŞ dolları məbləğində pul ona ödənilməmişdir.
22. İddiaçı tərəfində göstərilən məbləğdə pulun ödənildiyi, torpaq sahəsinin isə hazırda cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qismən, yəni 800 ABŞ dolları həddində təmin edilməli və həmin məbləğ Cavabdeh2 iddiaçının xeyrinə alınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 405.1, 567, 646.1, 646.2, 324.1, 329.2, 144.1, 394, 329.1, 337.1, 1091.1, 1091.2, 1092.1ci maddələrinə və Mülki Prosessual Məcəllənin 217.3, 217.4 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətini n və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsinə, həmçinin kassasiya şikayətinə baxılması üçün dövlət rüsumu olaraq iddiaçının ödədiyi 63,0 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə aparılmış icraat zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tamah-əsassız varlanmaq niyyətləri və bu niyyətlərini qanun pozuntusu ilə həyata keçirmələri faktı (1-cinin eyni torpaq sahəsini ayrı-ayrı şəxslərə 2 dəfə satıb 800 ABŞ dolları və 10.000 manat pul əldə etməsi, ikincinin Bərdə şəhərində 0,05 manat torpaq sahəsi və onun üzərində tikilmiş evi ələ keçirməsi) tam təsdiqini tapsa da apellyasiya məhkəməsi müvafiq maddi hüquq normalarını düzgün tətbiq etməməklə onları pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi də birinci instansiya məhkəməsinin qətnaməsi kimi nə tətbiq edilməli olan qanunlara (maddi hüquq normalarına), nə də mötəbər (həqiqiliyi şübhə doğurmayan) sübutlara əsaslanmır. Məhkəmə kollegiyası öz qətnaməsinə qanuni don geyindirmək, beləliklə də qətnaməsinin qanunlara istinadən qəbul edildiyi görüntüsünü yaratmaq üçün çoxsaylı maddi hüquq normalarını qətnaməsinin mətninə daxil etmişdir. Məsələn, Mülki Məcəlləsinin 144.1, 324.1, 329.2, 390.1, 394, 405.1, 567, 646.1, 646.2, 385.1 və s. maddələrini. Halbuki, bu maddi hüquq normalarının hazırkı mülki işə aidiyyatı yoxdur. Çünki həmin maddi hüquq normaları müqavilənin (əqdin) anlayışına, müqavilə şərtlərinə, müqavilə tərəflərinin hüquq və vəzifələrinə aiddirlər, yəni bu münasibətləri tənzimləyirlər. Məhkəmə Kollegiyasının öz qətnaməsini əsaslandırmaq üçün istinad etdiyi sübutların isə heç biri mötəbər sübutlar deyildirlər. Bu mülki işdə ən mötəbər sübutlar İddiaçı izahatı, iddia ərizəsinə və apellyasiya şikayətinə əlavə etdiyi qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2753/2021 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2562/2022 nömrəli qərarıdır. Təəssüf ki, məhkəmələr onları nəzərə almamışdır. Lakin apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsini öz qə tnamənin mətninə daxil etsə də, onu şərh etməmiş, beləliklə də düzgün hüquqi mənasında tətbiq də etməmişdir. Halbuki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpağın İddiaçı mənsub olduğunu və onun üzərində ev tikib yaşadığını bilə-bilə, beləliklə də Cavabdeh1 10.000 manat pul, Cavabdeh2 isə torpaq sahəsini və onun üzərində İddiaçı tikdiyi evini ələ keçirməklə varlanmaq xatirinə sövdələşərək cinayət əlaqəsinə girmişlər. Apellyasiya instansiyası məhkəməsinin qanunla ona verilmiş səlahiyyətdən istifadə edərək yeni xüsusi qərardad çıxarmalı olduğu halda, bunu etməmiş, müstəntiqlərin və prokurorun qanunsuzluğuna göz yumaraq, məhkəmə nəzarəti səlahiyyətlərindən istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan çoxsaylı sübutlara, məhkəmə kollegiyalarının qanuni qüvvəyə minmiş qətnam ə və qərarına, şahidlərin izahatlarına, xüsusən də cavabdehlərdən biri olan Cavabdeh2 özünün böyük qardaşı X22 Rayon Məhkəməsinə və Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına ünvanladığı yazılı ərizələrə, həmçinin torpağın “Təhkim aktı”nın əslini indiyədək İddiaçı olması faktına və digər mötəbər sübutlara qanunsuz olaraq hüquqi qiymət verməmiş, yaxud qərəzli olaraq onları mötəbər sübut hesab etməmişdir. Halbuki onlar həqiqiliyi heç bir şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutlardırlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı Cavabdeh2 yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassa siya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
30. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibars ızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
33. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
34. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiy i tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
39. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyala rın alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
41. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut e dilmir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
55. K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qi ymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiy a məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1437/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.