Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4383/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, iddia müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-979/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə cavabdehdən 30.000 ABŞ dolları pulun və 5% əldən çıxmış faydanın alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30000 ABŞ dolları pulun və 5% əldən çıxmış faydanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh ondan 2014-cü ildə ümumilikdə 30.000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh pulu alarkən ən geci iki ay müddətinə qaytaracağı barədə vəd vermişdir. Cavabdeh ondan aldığı pulun 25000 ABŞ dollarını Qazaxıstandan gətirdiyi borulara sərf etmiş, qalan 5000 ABŞ dollarına isə özü üçün maşın almışdır. Həmin pulları o yaxın dos tundan alıb ona vermişdir. Pul sahibi ondan verdiyi pulu tələb etdiyindən cavabdeh onu dostunun yanında pis vəziyyətdə qoyduğunu ilk vaxtlarda cavabdehə desə də, o, boruları payladığını, lakin pullarını hələ ala bilmədiyini deyərək, onu arxayın salaraq narahat olmamağını bildirmişdir. Borcunu artıqlaması ilə qaytaracağı barədə dəfələrlə vəd versə də, bu günə kimi o, bir manat belə qaytarmamış, telefonlara cavab verməmiş və sonra isə söndürərək onunla əlaqəsini tam kəsmişdir. Halbuki o, boruları qısa müddət ərzində sataraq bütün pullarını, eyni zamanda həmin pullar əsasında əldə etdiyi gəlirləri ondan gizlətmiş və ona yalan danışaraq guya hələ pulları almadığını bildirməklə başqasının pulunu mənimsəmək məqsədi güdmüşdür. Dəfələrlə cavabdehə ona borclu olduğu cəmi 30.000 ABŞ dollarını qaytar masını ondan tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh gedib boruların pulunu götürsə də ona heç nə verməmişdir. Pulun əvəzinə etibarnamə əsasında torpaq verəcəyini bildirsə də, nə torpaq, nə də torpağa etibarnamə verməmişdir. Buna görə də məcbur olub ilk dəfə Xətai rayon Polis İdarəsinə müraciət etmiş, oradan ona Xətai rayon Prokurorluğuna göndərmişlər və Xətai rayon Prokurorluğu da işi araşdırandan sonra Xətai rayon Polis Bölməsinə göndərmişlər. Polisdə cavabdeh ondan pul götürdüyünü etiraf etmişdir. Pulu verəndə hər hansı bir sənəd almamışdır. Tək sübut cavabdehin Nizami rayon 24-cü Polis Bölməsində olan izahatıdır. Həmin izahatda ondan 25000 ABŞ dolları borc pul götürdüyünü etiraf etməsidir. O da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabd ehin nümayəndəsi bildirmişdir ki, iddianı ümumiyyətlə qəbul etmir və onu tam əsassız hesab edir. Bundan başqa prosessual qənaət prinsipini əsas götürərək hazırkı iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə verilməsini zəruri hesab edir. İddia ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan ən azı 5 il ötüb. Halbuki, Mülki Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki işdə müqavilə tələbləri üzrə iddia müddətini tətbiq edilməsini və İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Zəngilan Rayon Məhkəməsinin (hakim G.İmanova) 20 noyabr 2020-ci il tarixli, 2(034)-191/2 020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz hüquqlarını müdafiə etməkdən ötrü Xətai rayon Prokurorluğuna və Xətai rayon Polis İdarəsinə, Nizami RPİ-nə müraciət etmək məcburiyyətində qalmışdır. Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma aparıldığı zaman Cavabdeh iddiaçıdan 25000 ABŞ dolları pulu Qazaxıstandan dəmir boru gətirilməsi üçün aldığını etiraf etmişdir. Ona görə də İddiaçı Cavabdeh 25.000 ABŞ dolları məbləğin tələb etməsinin hüquqi əsası var. Eyni zamanda məhkəmə Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi ilə bağlı qey d edir ki, tərəflər arasında razılaşma əsasında pul cavabdehə 2014-cü il tarixdə verilsə də cavabdeh həmin pulu 2019-cu il tarixdə etiraf etdiyindən burada pul tələbi ilə bağlı iddia müddəti 2019-cu il tarixdən yaranmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 29 mart 2021-ci il tarixli, 2(105)-979/21 nömrəli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: “Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 20 noyabr 2020ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun.”.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 739.1. Mülki Prosessual Məcəllənın 80, 81, 88, 218.1 və 220.4-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməyib və işdə olan sübutlara obyektiv hüquqi qiymət verməyib. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsinin yeganə əsası kimi cavabdehin Nizami RPİ-nin 24-cü PŞ-də 19.05.2019-cu il tarixdə yazdığı izahata istinad edib. Halbuki etməyinə dair hər hansı cümlə yoxdur. Halbuki həmin izahatda nə cavabdehin iddiaçıdan borc pul almağına, nə də iddiaçıya borcu olmasını etiraf etməyinə dair hər hansı cümlə yoxdur. Təsadüf deyil ki, məhkəmə yeganə sübut kimi həmin izahata istinad etsə də, qətnamədə cavabdehin həmin izahatda borc pul almağına və ya borcu etiraf etməyinə dair hər hansı ifadə və ya cümləmə istinad etməyib. Beləliklə, iddiaçı məhkəməyə cavabdehə borc pul verməsinə dair hər hansı sübut təqdim etməyib, lakin apellyasiya instansiya məhkəməsi buna əhəmiyyət vermədən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Apellyasiya instansiya məhkəməsi cavabdehin "həmin pulu 2019-cu il tarixdə etiraf etdiyini və burada pul tələbi ilə bağlı iddia müddətinin 2019-cu il tarixdən yarandığını əsas g ətirərək cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni də təmin etməyib. Halbuki, cavabdeh Nizami RPİ-nin 24-cü PŞ-də 19.05.2019-cu il tarixdə yazdığı izahatda nə cavabdehdən borc pul aldığı, nə borcumu etiraf etdiyini yazmamışdır və məhkəmə də qətnamədə cavabdehin izahatının bununla bağlı hər hansı hissəsinə istinad etməyib. Bundan başqa polisdə izahat vermək iddianın etiraf edilməsini təsdiq edən hərəkət kimi də qəbul oluna bilməz. Belə hərəkətlər pulun bir hissəsinin qaytarılması və ya qaytarılacağı ilə bağlı öhdəlik götürülməsi aiddir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Konstitusiya Məhkəməsinin Plenumunun 03.06. 2013-cü il tarx1i qərarında göstərilib ki, iddia müddətinin keçməsinə görə iddia rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmalıdır. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmişdir öhdəliklər yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsının 373.2-ci maddəsində nəzərdə tutulan iddia müddəti tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddi a müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
17. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
19. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
20. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyən ləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanun i əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarındakı sübutları qiymətləndirərək belə nəticəyə gəlmişlər ki, cavabdeh, polis orqanında araşdırma aparılan zaman 25.000 ABŞ dolları pulu iddiaçıdan aldığını etiraf etmişdir.
31. Məhkəmələr bu xüsusatı həmin məbləğdə pulun cavabdehdən tutulması üçün kifayət hesab edərək, tələbi MM-in 739.1-ci maddəsinə əsasən qism ən təmin etsələr də, cavabdehin müdafiə vasitəsi olan iddia müddəti ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişlər.
32. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması i şin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu instit ut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin bax ılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
35. Kollegiya bildirir ki, iddia müddətinin axımı icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə öhdəliyin icra vaxtı çatdığı andan, yəni kreditorun öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Çünki, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gec ikdirmiş sayılır (§ 18-21).
36. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu müddət keçdikdən sonra borclu etirafedici hərəkətlər etmiş olsa belə, cavabdehin ona qarşı irəli sürülmüş tələbə qarşı iddia müddətini tətbiq etmək (bu müdafiə vasitəsindən yararlanmaq) hüququ istisna edilmir. Belə olan halda, iddia müddətinin əvvəli həmin etirafdan deyil, öhdəliyin icra vaxtı çatdığı andan hesablanır, müddətin keçib-keçmədiyi müəyyən edilir.
37. Baxılan işdə iddiaçı, ərizəsində göstərmişdir ki, pul vəsaitini 2014-cü ildə ən geci iki ay müddətinə cavabdehə vermişdir. İddia ərizəsi isə 24.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi haqqında ərizə verərək tələbin rədd olunmasını xahiş etmişdir.
38. Birinci instansiya məhkə məsi iddia müddətinin əvvəlini cavabdehin polis orqanında izahat verdiyi 2019-cu ildən hesablayaraq ərizəni rədd etmişdir. Cavabdeh, apellyasiya şikayətində bununla razılaşmadığını bildirsə də, apellyasiya instansiyası məhkəməsi, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin dəlilə ümumiyyətlə qiymət verməmiş, iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirmədən qətnamə çıxarmışdır.
39. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin olunmadığını göstərməyə borcludur (§ 25).
40. Bundan əlavə, apellyasiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində bir tərəfdən apellyasiya şikayətinin təmin edilmədiyi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığı qeyd edilmiş, d igər tərəfdən 25.000 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə tutulması qət edilmişdir.
41. Halbuki, məhkəmə qətnaməsi hüquqi cəhətdən düzgün tərtib edilməli, hüquqi ifadələr yerində və dəqiq işlədilməli, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli Qərarının 5 və 6.8-ci bəndələri).
42. Beləliklə, yuxarıda göstərilənlər apellyasiya məhkəməsi tərəfindən qətnamənin müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmadığına və tərtib olunmadığına, nəticə etibarilə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilmədiyinə dəlalət edir (§ 24).
43. Göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-979/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov