Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4384/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4384/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili Vəkilin iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 12 iyun 2016-cı il tarixli hesabatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9610/18 saylı, 25 oktyabr 2017-ci il tarixli qətn aməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 12 iyun 2016-cı il tarixli hesabatının ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda qiymətləndirmə işi həyata keçirilmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 12 iyun 2016-cı il tarixli hesabata əsasən İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti 40.000 manat təşkil edilməsi müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsinin kim tərəfindən və hansı qiymətə qiymətləndirilməsi barədə onun xəbəri olmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. "xxxx" MMC tərəfindən aparılmış həmin qiymətləndirmə qanunsuz və əsassız hesab edir. Belə ki, 40 000 manat həmin evin hazırki real qiymətini əks etdirmədiyindən həmin evin yenidən obyektiv qiymətləndirməsi aparılmalıdır. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin real bazar qiyməti 350.000 manatdır, qatqat artıq qiymətləndirilməlidir. «İcra haqqında» Qanunda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətləri aparmalı olduğuna dair imperativ norma yoxdur. İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni q iymətləndirmə təyin etməklə sərbəstdir. Nəzərə almaq lazımdır ki, icra məmurunun vəzifəsi istənilən qiymət əsasında hərracı keçirməyə nail olmaqdan ibarət deyildir. O, məhkəmə qərarının icrasını təmin edərkən tələbkarın və borclunun əsaslı mənafelərin də gözləmək vəzifəsi daşıyır. Buna görə də onun hərraca çıxarılacaq əmlakın real dəyərini müəyyən etmək vəzifəsinin olduğu qəbul edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1174/2017 saylı, 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyev) iddianın təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın iddiaçıdan alınaraq Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Sənan Firudin oğlu Hacıyevin sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Şəmsəddin oğlu Talışinski) 2(103)-9610/18 saylı, 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1174/2017 saylı, 08 iyun 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9610/17 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, sonuncu ekspertiza ilə bağlı mütəxəssis ümumiyyətlə evə baxış keçirmədən rəy vermişdir. Qiymətləndirmə obyektinə baxmayan ekspertin əmlaka qiymət qoyması tamamilə yolverilməzdir. Bakı şəhəri, ünv an 1 ünvanda yerləşən fərdi yaşayış evinin real bazar qiyməti 350.000 manatdır, qat-qat artıq qiymətləndirilməlidir. Bank tərəfindən öz eksperti tərəfindən də həmin evə 300.000 manat qiymət qoyulmuşdur. Hesab edirəm ki, qiymətlərdə bu ziddiyyətlər aradan qaldırılmalıdır, evin real bazar qiyməti müəyyən edilməlidir, həmin bankın eksperti tərəfindən evin qiymətləndirilməsi aparılmalıdır. Əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC-si tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda qiymətləndirmə işi həyata keçirilmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 12 iyun 2016-cı il tarixli hesabata əsasən İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti 40.000 manat təşkil edilməsi müəyyən edilmişdir. Əmla kın qiymətləndirilməsinin kim tərəfindən və hansı qiymətə qiymətləndirilməsi barədə onun xəbəri olmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. "xxxx" MMC tərəfindən aparılmış həmin qiymətləndirməni qanunsuz və əsassız hesab edir. Belə ki, 40.000 manat həmin evin hazırki real qiymətini əks etdirmir. Hesab edir ki, həmin evin yenidən obyektiv qiymətləndirmə aparılmalıdır.Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdeh MMCnin əmlakın qiymətləndirilməsinin nəticələri barədə 12.06.2016-cı il tarixli hesabatın etibarsız hesab edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Digər proses iş tirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı "xxxx" ASC ilə bağlamış olduğu kredit müqavilələri üzrə öhdəliklərinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilm iş, Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı borcun tutularaq "xxxx" ASC-nə ödənilməsi, tələbin sözügedən evə yönəldilməsi qərara alınmış, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və müvafiq icra vərəqəsi verilmişdir; Sözügedən icra sənədinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən "xxxx" MMC mübahisəli əmlakı 40000 manat məbləğində qiymətləndirmiş, bundan sonra Binəqədi rayon İcra şöbəsi "xxxx" MMC-nə məktubla müraciət edərək evin hərrac vasitəsilə satışını təmin etməyi xahiş etmişdir. İddiaçı mübahisəsi gedən evin real bazar dəyərinin 350.000 manat olmasını göstərməklə yanaşı, həmin evin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə onun xəbərdar edilmə məsini, ona yazılı bildirişlərin göndərilməməsini, hərracın ondan gizlin keçirilməsini qeyd etməklə “yaşayış evinin hərracda satılmasına dair 12.06.2016-cı il tarixli Y-16-630 saylı Protokolun etibarsız hesab edilməsi”ni tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrə əsasən iddiaçı və "xxxx" ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə əsasında başlanan icra proseduru çərçivəsində isə əmlak tərəflərin məhkəmədənkənar ilkin satış qiyməti olaraq razılaşdırdıqları qiymətlə deyil, cəmi 40.000 manat məbləğində qiymətləndirilmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməs inin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəsi gedən evin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertizanın rəyinə görə həmin evin qeyd olunan tarixdəki bazar qiymətinin 40.000 manat təşkil etdiyi təsbit olunmuş, həmçinin əlavə məhkəmə ekspertizası tərəfindən aparılmış və iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərində də, sözügedən evin qiymətinin orta bazar dəyəri 40000 manat olduğu müəyyən edilmişdir. Kassator sözügedən mənzilin real bazar dəyərinin 350.000 manat olmasını qeyd etsə də, bu barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hall arın müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfa ktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9610/18 saylı, 25 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-4384/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4384/2018
05.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver