Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4384/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4384/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1492/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Nümayəndə) tərə findən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh illik 36 faiz olmaqla 36 ay müddətinə 37.000 manat kredit verilmişdir.
2. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 24 noyabr 2022-ci il tarixə 10.328,22 manat əsas, 1.238 manat faiz, 537 manat cərimə olmaqla, cəmi 12.103,22 manat İddiaçı MMC-yə ödənilməmiş borcu yaranmışdır.
3. Hesabdan çıxarışa əsasən, cavabdeh 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə 6.670 manat (1.110+1.110+1.110+1.110+1.110+1.120=6.670) ödəniş etmişdir.
4. Avtomobilin alğı-satqısı haqqında müqaviləyə və ödəniş qəbzinə əsasən, Cavabdeh arvadı X1 məxsus “Toyota Prado” markalı avtomobili satılmış və satışdan əldə olanan vəsaitdən 22.042 manatı 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə olan borca görə ödəmişdir.
5. Girov qoyulmuş qızıl-zinət əşyalarının satılması barədə müqaviləyə və ödəniş qəbzinə əsasən, cavabdehə məxsus qızıl-zinət əşyalarının dəyəri olan 9.366 manat 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə olan borca görə ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10. 328,22 manat əsas, 1.238 manat gecikdirilmiş faiz, 537 manat cərimə olmaqla, cəmi 12.103,22 manat borcun və ödənilmiş 127 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin bitmə tarixi 29 dekabr 2023-cü il tarix olsada, borclu Cavabdeh 10.328,22 manat əsas, 1.238 manat faiz, 537 manat cərimə olmaqla, cəmi 12.103,22 manat iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Borcluya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış kredit borcu ödənilməmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş iddianı qəbul etmir. Belə ki, həqiqətən xx.xx.2020 -ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə, illik 36 faiz olmaqla 37.000 manat məbləğində kredit verilmişdir. Lakin maddi imkanı olmadığından krediti vaxtında ödəyə bilməmişdir. Bununla belə iddiaçı cəmiyyət onun “Prado” markalı avtomobilini və qızıl-zinət əşyalarını kreditin müqabilində götürmüş, avtomobili 27.000 manat, qızıl-zinət əşyalarını isə 9.700 manat qiymətləndirmişlər. Bununla da onun iddiaçıya olan borcu əvəzləşdirilmiş və onun heç bir borcu qalmamışdır. Odur ki, ona qarşı qaldırılmış iddia əsassızdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-637/2023 nömrəli, 28 mart 2023-cü il tarixli (hakim Taleh Musayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 29 dekabr 2020ci il tarix li 00164 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 10.328,22 manat əsas kredit borcu, 1.238 manat faiz borcu və 30 manat cərimə olmaqla, cəmi 11.596,22 manat alınıb iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 127 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehdən alınıb iddiaçıya verilməlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulunun azaldılaraq 30 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir.
12. Məhkəmə eyni zamanda cavabdehin məhkəmə icla sında verdiyi izahatına qiymət verərək hesab etmişdir ki, cavabdeh avtomobilini və qızıl əşyalarını borcu müqabilində iddiaçıya verməsini bildirsə də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 448.2, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, o, iddiaçıdan 37.000 manat kredit götürmüş və 6 ay müddətində ayda 1.100 manat ödəniş etmişdir. Sonradan ödənişləri edə bilmədiyindən arvadı X1 məxsus **-RE-*** dövlət qeydiyyat nişanlı “Prado” markalı avtomobil iddiaçının mülkiyyətinə keçirmişdir. Həmçinin girov qoyulmuş 10.000 manat dəyərində qızıl-zinət əşyaları satılmış və borcun ödənilməsinə yönəlnişdir. Hazırda iddiaçıya borcu yoxdur.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1492/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəhman Muradov (sədrlik edən və məruzəçi) Ədil Məm mədov və Fikrət Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə 6.670 manat ödəniş etmiş, qrafik üzrə sonrakı ödənişləri edə bilmədiyindən cavabdehin arvadı X1 məxsus “Toyota Prado” markalı avtomobil satılmış və satışdan əldə olunan vəsaitdən 22.042 manat, girov qoyulmuş qızıl-zinət əşyalarının satışından əldə olunan 9.366 manat kredit borcunun ödənilməsinə yönəldilmişdir. İşin qeyd olunan bu halı apellyasiya icraatı zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatı ilə, eləcədə təqdim olunmuş hesabdan çıxarışla təsdiq olunur. Belə ki, təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh 6.670 manat (1.110+1.110+1.110+1.110+1.110+1.120=6.670) ödəniş etmiş, avtomobilin satışından əldə olunmuş 22.042 manat və qızıl-zinət əşyalarının satışından əldə olunmuş 9.366 manat cəmi 38.078 manat 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə kreditorun hesabına mədaxil olunmuşdur.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Məhkəmə kollegiyasına təqdim olunmuş İddiaçı MMC-nin nizamnaməsindən müəyyən olunur ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. (3.1. bənd) İddiaçı isə xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə məşğul olmasına dair lisenziya almamışdır. Belə olan təqdirdə iddiaçı cavabdehdən 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə əsas borc istisna olmaqla faiz və cərimə borcu tələb etmək hüququ istisna olunur. Əsas borca münasibətdə isə bu qətnamənin 33-cü bəndində də qeyd olunduğu kimi cavabdeh ümumilikdə 38.078 manat ödəmişdir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 739.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı məlum olur ki, İddiaçı MMC-nin nizamnaməsindən müəyyən olunur ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Məhkəmə apellyasiya şikayətini təmin edərkən əsas götürmüşdür ki, Cəmiyyət lombard kimi fəaliyyət göstərmək üçün müvafiq icazə (lisenziya) götürməmişdir. Cəmiyyətin Nizamnaməsində 3.1-ci bəndində göstərilir ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə (lisenziya) almadan belə fəaliyyət göstərə bilər. Göründüyü kimi Cəmiyyətin belə bir fəaliyyət növü ilə məşğul olması və fəaliyyət göstərməsi Cəmiyyətin Nizamnaməsində qeydə alındığından, iddiaçının cavabdehlə belə bir müqavilə bağlaması qanunsuz hesab oluna bilməz və bu hal iddiaçının xeyrinə çıxmış məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməzdi.
22. İddiaçı iddia tələbinin əsası olaraq məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Apellyasiya instansiya məhkə məsi tərəfindən buna heç bir mövqe bildirilməmiş, çox səthi bir araşdırma aparılmışdır.
23. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən aydın olur ki, məhkəmənin apellyasiya şikayətini təmin etməsi qanunsuz və əsassızdır. Çünki lombard fəaliyyəti ilə məşğul olması Cəmiyyətin nizamnaməsində göstərilib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 428.1. Əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən ol unmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Mad də 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasi ya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiy i və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
45. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
46. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şi kayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şik ayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1492/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.