Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4387/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(106)-633/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev, iş № 2(032)-275/2018) İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Şirvan şəhər 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsin in etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Q.B.Kərimov, Z.B.Babayev və N.F.Mirzəyev) iddiaçın apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 03 sentyabr 2014-cü il tarixdə bankla X4 arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi X3 məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X6 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmədiyi üçün bank borcun tutulması və tutmanın, o cümlədən Nə məxsus mənzilə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə borc un tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair X2 qarşılıqlı iddiası isə rədd edilmişdir. 2017-ci ilin dekabr ayında kredit müqaviləsi üzrə borclunun arvadı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan əmlakın Vüqar Abıyevlə birgə nikahda olduqları dövrdə əldə olunmaqla onun mülkiyyətinin olmasına baxmayaraq həmin əmlakın ipoteka qoyulması zamanı razılığının alınmamasını əsas göstərməklə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək ərinin ad ına olan və ümumi birgə mülkiyyətləri hesab olunan əmlakın onun razılığı olmadan ipoteka ilə yüklü edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlil lərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ipoteka predmeti olan bağ evi ipoteka qoyan Vüqar Abıyevin mülkiyyətində olmaqla onun sonuncu tərəfindən ipoteka ilə yüklü edilməsinə iddiaçının razılığının alınmasına ehtiyac yox idi. Bundan başqa, işdən göründüyü kimi, həmin bağ evinə dair bağlanmış sonrakı ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə Vüqar Abıyevin iddiası məhkəmənin q anuni qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, həmin ipoteka müqaviləsinin qanuni olması məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan həmin halın yenidən sübuta yetirilməsinə ehtiyac olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı qanunda müəyyən olunmuş 1 illik müddəti ötürdükdən sonra müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. İşin göstərilən halları iddianın təmin edilməsi üçün əsas vermədiyindən kollegiya iddianın rədd olunmasının əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 fevral 2019-cu il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4387/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4387/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver