Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4387/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-638/2021 nömrəli iş üzrə 18.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 19 iyun 2014-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MMC öz üzərinə Cavabdeh1 Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivində inşa edilən 240-C saylı 8 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57,4 kv.metr olan bir otaqlı 41 saylı mənzillə təmin etmək barədə, Cavabdeh1 isə həmin mənzilin dəyərini təşkil edən 38.458,00 manatı MMC-yə ilkin ödəniş kimi 15 faizini, qalan 85 faizini isə bankdan alınmış kreditin hesabına ödəmək barədə öhdəliklər götürmüşlər. Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra etmişlər. Bundan sonra Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə X2 arasında bağlanmış 15 iyun 2002-ci il tarixli nikah qeydi pozulmuş, onla rın birgə nikahdan olan üç uşaqlarından biri ananın, iki uşaq isə atanın yanında saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən bir otaqlı mənzilin alqı-satqısına dair müqavilənin oğlu X1 arvadı Cavabdeh1 ilə bağlansa da, mənzilin onun tərəfindən alınmaqla mənzilə görə MMC-yə 45.000 manat ödəməsini əsas göstərməklə həmin məbləğin cavabdehlərdən alınaraq ona verilməsinə və yaxud mənzilin onun adına sənədləşdirilməsi barədə MMC-nin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia rədd edilmişdir. Apellyasiya instansiyası m əhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək mənzilə görə həm ilkin ödənişi həm də bankdan götürülmüş krediti ödəməklə mənzilin onun vəsaiti hesabına əldə edilməsini, lakin qətnamənin işin həqiqi hallarının nəzərə alınmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və izahatları ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab e tmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kass asiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış və mənzilin dəyəri də onun tərəfindən ödənilmişdir. Alqı-satqı müqaviləsinin 2.2-ci bəndində müəyyən olunmuşdur ki, mənzilin cəmi dəyərini təşkil edən 38.458 manatın 15 faizi əvvəlcədən ilkin ödəniş kimi, qalan 85 faizi isə cavabdehin bankdan 10 gün ərzində götürəcəyi kreditin hesabına ödənilməlidir. İşdən göründüyü kimi mənzilə dair alqı-satqı müqaviləsinin bağlandığı gün Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən mübahisəli mənzilin dəyərinin ödənilməsi məqsədi ilə 32.600 manat məbləğində kredit götürülmüş və kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı kimi mübahisəli mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə həm ilkin ödəniş həm də kredit müqaviləsi üzrə ödənişlər məhz Cavabdeh1 tərəfindən ödənilmişdir. İddia tələbində qanuni əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə istinad olunmuşdur. Qanunun həmin normasına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin(1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.(1091.2) Mənzilə görə ödənişin iddiaçı tərəfindən həyata keçirilməsi iş materialları ilə təkzib olunduğundan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin qüvvəsinin tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4387/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4387/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver