Məhkəmə qərarları › İş №2(102)-4388/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4388/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4388/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4388/2023 (Açar sözlər: borcun olmamasına dair arayışın verilməsi və sair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “borcun olmamasına dair arayışın veril məsi və sair” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1538/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh ASC-nin “28 May” filialı arasında 24 oktyabr 2008-ci il tarixdə 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir.

2. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. Müqaviləyə əsasən, əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabmdan akseptsiz qaydada tutula (şilinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borcalanın istənilən hesabında bloklaşdırıla bilər. Müqavilədə faiz tətbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Müqavilə üzrə ödənilməmiş borc 14 yanvar 2016-cı il tarixdə ümidsiz aktivlərə aid edilərək balansdankənar hesaba silinmişdir. Bu səbəbdən kreditin verilmə tarixi fərqli əks olunur. Cari günə ümumi borc üzrə qalıq məbləği 4.647,14 manat təşkil edir.

3. Cavabdeh ASC-nin 2 saylı Nəsimi rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən cavabdehdən 5.000 manat məbləğində götürülmüş kredit xx.xx.2009-cu ildə tam bağlanmışdır.

4. Azərbaycan Kredit Bürosundan xx.xx.2021-ci il ta rixli Çıxarışa əsasən, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1.295 manat, faiz məbləği 3.352,14 təşkil edir.

5. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 157000/1-5440 saylı arayışına əsasən, iddiaçının xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə borcu 1.295 manat əsas borc, 3.352,14 manat faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “borcun olmamasına dair arayışın verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə Mərkəzləşdirlmiş kredit reyestrinə və Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumatın verilməsi və buna dair arayışın iddiaçıya verilməsi, iddiaçının kredit tarixçəsinin korlanmasının təkzib edilməsi barədə rayışın iddiaçıya təqdim edilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2008-ci ildə iddiaçı cavabdehin Yasamal Flilalına müraciət edərək 5.000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022- ci il tarixli bank çıxarşından da görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, sonuncu ödənişi xx.xx.2011-ci il tarixdə etməklə banka olan kredit borcunu tam qaytarmış, heç bir borcu qalmamışdır. 2021-ci ildə sahibkarlıq fəaliyyəti üçün kredit götürülməsi məqsədi ilə başqa banklara müraciət edilmişdir. Kredit verilməsindən imtina edilmişdir və səbəbi araşdırıldıqda bildirilmişdir ki, kredit reyestrində gecikmiş kredit borcunun olması səbəbindən kredit tarixçəsi qənaətbəxş hesab edilməmişdir. Qeyd edilən tarixdə borcun olmaması bildirilsə də, buna əhəmiyyət verilməmişdir. Bununla əlaqədar Kredit Bürosuna müraciət olunaraq çıxarış əldə edilmişdir. Çıxarışdan məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə adına kredit verilmişdir, kredit borcu üzrə 1.295 manat, faiz borcu üzrə 3.352,14 manat borc olması qeyd edilmişdir. Qeyd edilən kreditin verilməsindən, məbləğindən məlumatı yoxdur. Bununla əlaqədar cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, 2008-ci il tarixli kredit müqaviləsi üzrə borc qaldığı qeyd edilmişdir. 2008-ci il tarixli kredit müqaviləsi üzrə heç bir bocu qalmamış, götürülmüş kredit üzrə bütün borclar ödənilmişdir. Bu günədək də hər hansı borcun olmasına dair bir dəfə belə olsun ona müraciət edilməmişdir. Təkrar olaraq banka müraciət edilərək adına kredit borcu yazan şəxslərin araşdırılaraq barələrində müvafiq tədbir görülməsi və buna dair arayış təqdim edilməsi, Mərkəzləşmiş kredit reyestrində gecikmiş kredit borcumun olmamasına dair qeydlər aparılmasının təmin edilməsi və buna dair arayış verilməsi, adıma yeni kredit gö türülməsi üçün köməklik edilməsi və buna dair zəmanət verilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə Ərizəsinə aidiyyəti olmayan natamam formada cavab yazlılmışdır. Cavab məktubunda qeyd edilmişdir ki, Müqavilə üzrə ödənilmiş borc 14 yanvar 2016-cı il tarixdə ümidsiz aktivlərə aid edilərək balansdan kənar hesaba silinmişdir. Sual olunur söhbət hansı borcdan gedir, hansı borcu ümidisiz aktivlərə aid etmisiz. Olmayan hansı borcdan yazılır. Həmin dövrdə borc deyilən bir məbləğ olmamışdır. Bank cavab olaraq məktubunda qeyd edilən səbəbdən kreditin verilmə tarixinin fərqli əks olunduğunu bildirir. Hansı kredit nəzərdə tutulur. Cəmi bir dəfə kredit götürüb 2008-ci ildə borcunu da ödəyib. 4.647,14 manat qalıq borc məbləği vardır. Hansı kredit üzrə, hansı borc üzrə yazılmır. Ərizəyə əlavə ed ilən sənədlərdən görünür ki, heç bir borc yoxdur, olmayıb, bankın bu hərəkəti nəticəsində kredit tarixçəsi korlanmış, sahikarlıq fəaliyyəti üçün götürmək istədiyi kreditlərdən bütün banklardan imtina edilir. Cavabdeh tərəfindən ona məlum olmayan səbəblərdən yaradılan vəziyyət cavabdehin sahibkarlıq fəaliyyətinə sərmayə qoyulmasına, inkişaf etdirməsinə mane olmaqla iflic vəziyyətə salır. Bank qarşısında olan öhdəlikləri 2011-ci ildə icra etməsinə baxmayaraq cavabdeh yaratdğı vəziyyəti düzəltmək əvəzinə aidiyyəti olmayan cavablarla bundan imtina edir. Cavabdehin əsassız hərəkətləri nəticəsində kredit tarixçəsi korlanmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq banklardan kredit ayrılmasından imtina edilir. Cavabdehin qanuna zidd əməlləri nəticəsində nə fiziki şəxs, nə də ki fərdi sahibkar olaraq digər banklar trəfindən kreditlərin verilməsindən imtina edilmiş, hələ bu azmış kimi cavabdeh üzrxahlıq eləmək əvəzinə olmayan borcun ödənilməsini tələb edir. Yaradılan süni vəziyyət nə iş görməyə, nə layihlərdə iştirak etməyə imkan verməmişdir. Bu isə həm maddi həm mənəvi ziyan vurmuşdur.

9. Cavabdeh birinci instansiya məhkəməsinə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bank ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixli, 2335 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla 5.000 AZN məbləğində kredit verilmişdir. Hazırda iddiaçı həmin kredit üzrə borcunun tam ödənildiyini bildirərək bu səbəbdən reyestrdən kredit barədə məlumatların silinməsini tələb edir. İddiaçı qe yd olunan kredit müqaviləsi üzrə borcun onun tərəfindən tam ödənildiyini bildirsə də, qeyd olunan hal təsdiqini tapmır. Belə ki, həmin kredit müqaviləsi üzrə borc tam ödənilmədiyindən Azərbaycan Respubikasımn Mərkəzi Bankının həmin dövrdə qüvvədə olmuş xx.xx.2013-cü il tarixli “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən X1 xx.xx.2015-ci il tarixli 37 nömrəli qərarı ilə bir neçə ödənilməmiş ümidsiz kredit balansdan silinmişdir. Həmin siyahıda İddiaçı tərəfindən götürülmüş yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə qalıq borc da mövcud olmuşdur. Qeyd olunan kredit balansdan silinərkən mərkəzləşdirilmiş kredit reyestrində verilmiş kredit silinmiş, həmin tarixə mövcud olunan borc yeni tarixli öhdəlik kimi reyestrə dax il edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2016-cı il tarixdə hesaba mədaxil olunmuş 1.295 manat və 1.811,95 manat vəsaitin təyinatı (MSH 37 xx.xx.2015 silinmə) - yəni, Müşahidə Şurasının 37 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı əsasında silinmədir. Həmçinin çıxarışdan görünür ki, müqavilə üzrə borc balansdan silinən tarixədək kredit üzrə 5.025 manat vəsait ödənilmişdir. Həmin vəsaitdən 3.997,36 manatı əsas borca, 1.027,64 manatı faiz borcuna silinmişdir. Buradan da müəyyən olunur ki, nəinki kredit müqaviləsi üzrə hesablanmış borc tam ödənilməmiş, hətta verilmiş 5.000 manat məbləğində vəsait tam şəkildə qaytarılmamışdır. Həmçinin iddiaçının mənəvi zərərin ödənilməsinə dair tələbi də tam əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, bu zərərin nədən ibarət olmasını qevd etməmişdir. Bank tərəfindən iddiaçının əmlakına və şəxsiyyətinə ziyan vurulmamışdır. Hal-hazırda mülki hüquq pozuntusu olmadığı üçün iddiaçının mənəvi zərər tələb etməsi də əsassızdır. Belə ki. Mülki Məcəllənin 1097.1-ci maddəsində qevd edilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və va əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun tələbindən aydın olur ki, zərər, mülki hüquq pozuntusunun nəticəsində yaranır və mövcud olur. Mülki hüquq pozuntusu yoxdursa, deməli obyektiv mənada zərər də yoxdur. İddiaçı ərizəsində qeyd etdiyi mənəvi sarsıntıların nədə ifadə olunduğunu bildirməmiş, bu hərəkətlərin onu n fiziki və pisixoloji sağlamlığına vurduğu zərərin nədən ibarət olmasını qeyd etməmişdir. Eyni zamanda Bankın hərəkəti ilə iddiaçı tərəfindən iddia olunan zərər arasında hec bir səbəbli əlaqə mövcud deyil. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən və mənəvi və fiziki iztirablar formasında ifadə olunan zərər iş üzrə məhkəmə araşdırmasının predmetidir və iddiaçı qeyd etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Bundan başqa Bank tərəfindən heç bir halda iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən hərəkətlərə yol verilməmişdir. İddiaçı özünə dəymiş mənəvi zərərin miqdarını 10.000 manat olaraq müəyyən etmişdir. Lakin o. bu məbləği qeyd edərkən hansı ölçü meyarından istifadə etdiyini, məhz 10.000 manat mənəvi zərərin hesablanmasına əsas olan hansı mənəvi və fiziki iztir ablar keçirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Həmin hissədə də iddiaçının iddiası tam əsassızdır və şəxsi mülahizələrə əsaslanır. Bu mülahizələrin heç bir qanuni əsası yoxdur.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4090/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə borcun tam ödənilməsinə istinad etməklə bu barədə məlumatın Kredit Bürosuna təqdim edilməsini tələb etmişdir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə cavabdehə əsas kredit məbləği üzrə 1.295 manat, f aiz üzrə 3.352,14 manat borcunun olması müəyyən olunmuşdur ki, həmin borcun da iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

12. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı isə ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmiş və ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəmə yə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasi ya şikayəti iddia tələbinın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bankın 2 saylı Nəsimi rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən cavabdehdən 5.000 manat məbləğində götürülmüş kredit xx.xx.2009-cu ildə tam bağlanmışdır. Məhkəmə həmin arayışı nəzərə almamışdır.

16. Aapellyasiya instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 9/2051 nömrəli ekspert rəyinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixinə - hesabdan çıxarışın hesabat tarixinə 1.164,16 manat əsas, 631,56 manat faiz borcu olduğu müəyyən edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 2(103)-1538/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli), apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandrıma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə mühasibatlıq ekspertizası təyin edilmişdir və buna əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının kredit borcunun olmaması barədəki dəlilləri öz təsdiqini tapmamışdır. Digər tərəfdən, iddia tələbinin əsası kimi istinad olunan "xxxx" ASC-nin 2 saylı Nəsim i rayon filialı tərəfindən verilmiş arayışda xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən götürülmüş 5.000 manat məbləğində kreditin xx.xx.2009-cu ildə tam bağlandığı qeyd edilsə də, iddiaçının özü iddia ərizəsində sonuncu ödənişi xx.xx.2011-ci il tarixdə etməklə banka olan kredit borcunu tam qaytardığını göstərmişdir. Bu fakt da özlüyündə arayışın mötəbərliyini şübhə altına almışdır.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsini və iddia tələbinin tam təmin ediləsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslarına münasibətdə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh təşkilatın kredit verilən filialında mənimsəmə faktına görə bank əməkdaşları vətəndaşların banka çatası vəsaitlərini ələ keçirmişlər. Bununla əlaqədar bankda arşdırma başlamış, dəfələrlə iddiaçını Mərkəzi Banka çağıraraq izahatlar alınmışdır. Bank öz cinayətkar əməkdaşlarından vəsaitləri almaq əvəzinə vətəndşlardan təkrar kredit almağı üstün tutmuşdur. İddiaçı həmin dövrdə öz həmkarları ilə yüksək pensiya alan şəxslər olaraq kartları qarşılıqlı razılaşmaya əsasən bank tərəfindən götürülmək şərti ilə müqavilə bağlamış, müəyyən hissəsi geci kmə olanda kartdan çıxarılmış, müəyyən hissəsi isə nağd ödənilmişdir. Bank kartını özündə saxlayan bankın müdiri baxmayaraq ki, kredit məbləği ödənilib əlavə olaraq artıq 2 aylıq pensiydan pul çıxarmışdır. İddiaçı kartını tələb etmiş, ona bildirmişlər ki, kart itmişdir. Bundan sonra iddiaçı həmin dövrdə müraciət edərək yeni pensiya kartı almışdır. Bu hallar apellyasiya məhkəməsində araşdırma predmeti olmasna baxmayaraq əvvəlki araşdırmadan xəbəri olmayan hakim sonradan icraatına daxil olan işlə tanış olarkən işdə olan protokollarla tanış olmamış, beləliklə mühüm əhəmiyyət olan sübutlara qiymət verməmişdir. Halbuki əvvəlki hakimin icraatında iş olarkən bu hallar tam araşdırılmışdır. Bankın qanunsuz olaraq kredit ödənildikdən sonra pensiya kartından pulun çıxarılmasını məhkəmə özündən fikir formalaşdıraraq ödənişin tamamlanması kimi qəbul edərək bankın maliyyə arayışını şübhə altına almışdır. Arayışın şübhəli olması da hələ onun sübut olmaması deyildir. Maliyyə arayışı borcun ödənilməsini təsdiq edən sübutdur və əksi heç bir hüquq müıyyən edici sənədlə inkar edilməmişdir. Hakmin əvvəlki icraat materiallarını aradırmadan yeganə sübutu şübhə altına alması özü şübhə doğurmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçının verdiyi kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuş və etirazda qeyd edilmişdir ki, kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı hissəsi tamamilə başqa işə aid olmaqla hazırki işlə əlaqəsi yoxdur. Eyni zamanda sözügedən arayış ilə bağlı qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsinin qə tnaməsində həmin maliyyə arayışına hüquqi qiymət vermişdir və arayış da özlüyündə hər hansı məlumatı ehtiva edən sənəddir. Apellyasiya məhkəməsində olan icraat zamanı ekspertiza keçirilmiş və müəyyən olmuşdur ki, arayışda qeyd edilən məlumatlar həqiqətə uyğun deyildir və bu fakt tərəfi öhdəliklərdən azad edə bilməz. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icr asını tələb etmək hüququ vardır.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dai rəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları s übut etməlidir.

31. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə öz qə tnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilm iş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1538/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar