Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-439/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2755/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilm iş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə illik 10 % olmaq şərti ilə xx.xx.2016-cı il tarixli, 2(004)- 1159/2016 saylı Yasamal Rayon Məhkəməsinin qətnaməsinə müvafiq olaraq 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3, həmin tarixli zaminlik müqavilələri ilə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərlərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh1 götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına zamin kimi təminat vermişlər. Cavabdeh1 öhdəliyin icra sını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və iddia qaldırılan tarixə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 170100058/392016 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə 3.015,05 ABŞ dolları əsas, 783 ABŞ dolları faiz, 7,5 ABŞ dolları cərimə olmaqla, cəmi 3.805,55 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)6503/2019 saylı qətnaməsi ilə (hakim T.B.Axundov) iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cav abdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17010-0058/392016 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 3.015 (üç min on beş) ABŞ dolları 05 (beş) sent, faiz borcu üzrə 783 (yeddi yüz səksən üç) ABŞ dolları, cərimə borcu üzrə 7 (yeddi) ABŞ dolları 50 (əlli) sent, cəmi 3.805 (üç min səkkiz yüz beş) ABŞ dolları 55 (əlli beş) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2755/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov ) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6503/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin probemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaç ı bankın əməkdaşları düzgün olmayan məlumatları ötürməklə devalivasiya üzrə şərtlərin düzgün tətbiqindən yayınıblar. Kredit borcları haqqında sorğularda cavabdehin borcunun olmaması göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara qiymət verilməsi hissəsində buraxdığı səhvləri araşdırıb düzgün qiymət vermək əvəzinə, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların mövcudluğunu nəzərə almamış, məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından göründüyü kimi cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri eyni ilə kasasiya şikayətində də qeyd etmişdir. Bankın iddia tələbinə qarşı cavabdehin əsas etirazı kimi apelyasiya şikayətində qeyd olunmuşdur ki, Azərbaycan Respublika sı Prezidentinin yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaçı bankın əməkdaşları tərəfindən düzgün olmayan məlumatlar ötürülməklə devalivasiya üzrə şərtlərin düzgün tətbiqi pozulmuşdur. Bununla əlaqədar apelyasiya şikayətinin həmin dəlilinə apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan Fərmanın tələblərini nəzərə almadan formal olaraq aşağıda qeyd olunan yalnız bir cümlə ilə qiymət vermişdir: “... Sözügedən kredit müqaviləsi üzrə əsas borcun qalıq məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən MBNP tərəfindən müəyyən edilmiş restrukturizasiya olunmalı kredit borclarının siyahısında yoxdur...” İş materiallarından göründüyü kimi İddiaçı ASC-nin Azneft filialı ilə Cavabdeh1 qızı arasında 15010-1065/392016 s aylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq sonuncuya 8822 ABŞ dolları məbləğində kredit verilmişdir (i/v 12). Sonradan həmin kredit borcu restrukturizasiya olunaraq (yenidən maliyyələşdirilərək) 8000 ABŞ dolları kredit borcuna dair tərəflər arasında xx.xx.2017-ci il tarixində 170100058/392016 saylı müqavilə bağlanılır (i/v 13-16). Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh1 iddiaçıdan götürdüyü kredit borcu qeyd olunan Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi kredit borcunun yenidən restrukturizasiya olunub-olunmamasını, kredit borcu restrukturizasiya olunmamışdırsa, bunun səbəblərini araşdırmamışdır. Bundan əlavə apelyasiya şikayətinin dəlili kimi kredit borcları haqqında sorğularda cavabdehin borcunun olmaması qeyd olunsa da, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin həmin dəlilini araşdırmamışdır. Bununla əlaqədar cavabdeh kasasiya şikayətinə Azərbaycan kredit bürosundan çıxarış əlavə etmişdir. Həmin çıxarışa əsasən götürülmüş 8000 ABŞ dollarına dair kredit müqaviləsinə əsasən əsas kredit borcunun 0,00, faiz məbləğinin isə 352,27 olduğu göstərilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hal lara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2755/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-439/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-439/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver