Məhkəmə qərarları › İş №2(102)-4393/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4393/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4393/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktları, vəkil orderinin düzgün tərtib olunmaması və dövlət rüsumunun az ödənilməsi əsasları ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi hakim), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 oktyabr tarixli 2(103)-3235/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 11.796,5 manat məbləğində əsas borcun, 1.994,3 manat faiz və 268,98 manat cərimə borcu olmaqla, cəmi 14.059,78 manat borc və 133 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2024-cü il 27 fevral tari xli 2(004)-259/2024 nömrəli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin olunmuş, cavabdehdən 11.796,5 manat əsas, 1.994,3 manat faiz və 268,98 manat cərimə borcu olmaqla, cəmi 14.059,78 manat borc və 133 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2024-cü il 7 oktyabr tarixli 2(103)-3235/2024 nömrəli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Fuad Abdıyev) cavabdeh tərəfindən ver ilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – faiz borcu hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcu 339.04 manat müəyyən edilmiş və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 407.

4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

8. Maddə 408.1.

3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

9. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

10. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə

11. Maddə 1.5. Vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir.

15. Belə ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iddiaçı iddianın təmin edilməyən, yəni faiz borcunun təmin olunmayan 1.655,26 manat hissəsində mübahisələndirir. Halbuki, MPM-nin 402.1-ci maddəsi, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmadığı halda həmin qətnamədən kassasiya şikayətinin verilməsini mümkün sayır. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndird iyi hissədə iddianın qiyməti MPM-nin 402.1-ci maddəsində məhkəmə aktının mübahisələndirilməsi üçün müəyyən olunan məbləğdən azdır və bu hissədən kassasiya şikayətinin verilməsi yolverilməzdir.

16. Həmçinin, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, kassasiya şikayətinə əlavə edilmiş xx.xx.xxxx-cü il tarixli, ******* nömrəli order daha öncə Ali Məhkəməyə başqa işlərlə (№2(102)-2735/2024, №2(102)-2962/2024) əlaqədar təqdim olunmuşdur. Vəkil orderi bir məhkəmə instansiyasında təmsilçiliyi və hüquqi yardımın göstərilməsini təsdiq edən sənəd olduğundan, onun təkrarən istifadəsinə yol verilməməlidir.

17. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddiaçı kassasiya şikayəti vermək üçün 66,09 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 70 manat məbləğində dövlət rüs umu ödəmiş, lakin dövlət rüsumunu Ali Məhkəmə üçün deyil, Bakı Apellyasiya Məhkəməsi üçün ödəmişdir.

18. Yuxarıda qeyd olunan əsaslara görə apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytarmalı idi. Çünki MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

19. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olması, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması və müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədlərin əlavə edilməməsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

20. MPM-nin 404-1.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 oktyabr tarixli 2(103)-3235/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Vəkil) tərəfindən ver ilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar