Məhkəmə qərarları › İş №2(102)-4394/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4394/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4394/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4394/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlə rin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2537/2020 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2020-ci il tarixl i, 2(022)-415/2020 saylı qətnaməsi ilə (hakim Rəfayil Əliyev) iddia tələbi qismən təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, İsmayıl Əhmədov) 2(106)-2537/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(022)415/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər K ərimov, Zəki Babayev) 2(106)-3367/2020 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(022)-415/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti həmin məhkəmənin 23 iyul 2020-ci il tarixli 2(022)-415/2020 saylı qərardadı ilə qaytarılmışdır.Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh1 apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı bir tələbi olmadığından onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsini n qətnaməsindən kasasiya şikayəti vermək hüququ da yoxdur. Ona görə də kasasiya şikayəti geri qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apelyasiya məhkəməsinin birinci iclası 29 oktyabr 2020-ci il tarixdə olmasına baxmayaraq ailə vəziyyəti ilə əlaqədar gedə bilmədiyi üçün poçt vasitəsilə teleqram göndərsə də, işin baxılmasını təxirə salınmasını xahiş etsə də, nəticədə iştirakı olmadan apelyasiya məhkəməsində işə baxılmışdır. Halbuki, o, apelyasiya məhkəməsində öz vəsatətləri ilə müraciət edəcəkdi. Apelyasiya məhk əməsinin qətnaməsində 2-ci səhifəsində göstərir ki, ona lazımi qaydada xəbər verilsə də o, məhkəmə iclasına gəlməmişdir. Lakin göstərilmir ki, o, məhkəmənin təxirə salınması ilə bağlı rəsmi qaydada müraciəti ilə xahiş etmişdi. Onun banka kredit borcu məhkəmə qətnamələrində göstərdiyi məbləğdə deyil. Bank tərəfindən kredit borcumun əsas məbləği şişirdilmişdir. O, Şirvan Apellyasiya Məhkəməsindən mühasibatlıq ekspertizasının təyin olunmasını tələb edəcəkdi. Lakin onun iştirakı olmadan işə baxıldığından o, bu hüquqdan məhrum olmuşdur. İstər Biləsuvar rayon Məhkəməsi, istərsə də apelyasiya instansiya məhkəməsi bankın ona qarşı iddiasına baxarkən möhtərəm Prezidentimizin 28 fevral 2019-cu il tarixli bank kreditlərinin restrukturizasiyasına dair sərəncamına qiymət vermədən və nəzərə almadan qəra r qəbul etmişdir. Halbuki, möhtərəm Prezidentimizin sərəncamı məhz bank işləri ilə bağlı olmuşdur. Hesab edir ki, istər Biləsuvar rayon məhkəməsi, istərsə də Şirvan Apelyasiya məhkəməsi tərəfindən qəbul edilən qətnamələr həmin qətnamələr qəbul edilərkən X1 İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanının 1-ci bəndi ilə daban-dabana ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə ərizə ün vanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlu kasasiya şikayətinə etiraz edərək, kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin də lilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İlk öncə qeyd edilməlidir ki, cavabdeh tərəfindən apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən verilmiş kasasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinin tələblərinə zidd olaraq verilmiş, bu səbəbdən kasasiya şikayəti əsaslı olaraq qaytarılmışdır. Digər tərəfdən hazırki kasasiya şikayəti ilə bağlı isə qeyd edilməlidir ki, hazırki şikayət formal olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh kasasiya şikayətində yalnız birinci və apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız qətnamə qəbul edilməsini göstərmiş, apelyasiya kollegiyasının kasasiya şikayətinin geri qaytarılması barədə qərardadına isə hər hansı münasibət bildirməmişdir. Odur ki, məhkəm ə kollegiyası hesab edir ki, kasasiya şikayətində göstərən xüsusatlar apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2537/2020 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar