Məhkəmə qərarları › İş №2(102)-4394/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4394/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4394/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X9, X6, X2 və X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X9, X6, X2 və X10 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gənc ə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-62/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı1 QSC tərəfindən Cavabdeh3 adına 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. xx.xx.2013-cü il tarixli 06M000001042 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0,0405 ha torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174,4 kv metr ümumi, 39,4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, li ter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9,5 kv metr tikinti sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikinti altı sahədən ibarət xidməti binaya) İddiaçı1 QSC-nə ipoteka qoyulmuş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. 3. 17.09.2013-cü il tarixli ******* saylı çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi İddiaçı1 QSC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. 4. xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına əsasən, İddiaçı1 QSC tərəfindən Cavabdeh3 36 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təminatçıları kimi bank ilə Cava bdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. 5. 13.03.2015-ci il tarixli 06R000013067S saylı, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli sazişlərə əsasən xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı1 QSC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X9, X6, X2 və X10 oğluna qarşı iddia ərizəsi və “iddia həcminin artırılması”na dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müş tərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724,4 ABŞ dolları, faiz borcu üzrə 18595,95 ABŞ dolları, cərimə 15039,61 ABŞ dolları, cəmi 76359,96 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının İddiaçı1 QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0,0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv metr ümumi, 39.4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv metr tikinti sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikinti altı sahədən ibarət xidməti binaya) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına 76359,96 (yetmiş altı min üç yüz əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulması, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174,4 kv metr ümumi, 39,4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9,5 kv metr tikintialtı sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikintialtı sahədən ibarət xidməti binaya) tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, X7, X3, X1, X8 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırıl mışdır ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixli 06M000001042 saylı ipoteka müqaviləsi əsasında Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0,0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174,4 kv metr ümumi, 39,4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9,5 kv metr tikintialtı sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikintialtı sahədən ibarət xidməti binaya iddiaçının xeyrinə ipoteka ilə yükl ü edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq RX ******* saylı çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh3, X12, X4, X13 notarial qaydada ərizələr təqdim edərək həmin yaşayış evini və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəliklər götürmüşlər.

8. Birinci instansiya məhkəməsində Cavabdeh3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xə tti açılmış, həmin müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, uzunmüddətli kredit müqaviləsi üzrə ona xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmiş, bundan sonra bank ilə aralarında sazişlər imzalanmış və həmin sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, bu barədə aralarında ipoteka müqaviləsi bağlanmışdır. O, kredit borcundan ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan dolların kursunun qalxma səbəbi və maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 437 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli 06R000013067 saylı razılaşmanın əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) İddiaçı1 QSC-nə olan cəmi 45949.81 ABŞ dolları (əsas borc üzrə 42724.42 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları) məbləğində müəyyə n edilmişdir. (ekspertiza xərci 145 manat). 10. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ƏQ-120/2021 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evinin Likvid dəyəri 133000 (yüz otuz üç min) manat, bazar dəyəri 140000 (yüz qırx min) manat təşkil edir (ekspertiza xərci 400 manat).

11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyun 2021-ci il tarixli, 2(044)-100/2021 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ü zrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı1 QSC-nin xeyrinə tutulması, tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv metr ümumi, 39.4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv metr tikinti sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikinti altı sahədən ibarət xidməti bina) yönəldilməsi, ilkin satış qiyməti 140000 (yüz qırx min) manat qəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv metr ümumi, 39.4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv metr tikinti sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikinti altı sahədən ibarət xidməti bina) açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutm a yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı İddiaçı1 QSC-nə ödənilməsi, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv metr ümumi, 39.4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv metr tikintialtı sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikintialtı sahədən ibarət xidməti bina) satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, X12, X11, X4, X13 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv metr ümumi, 39.4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv metr tikintialtı sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikintialtı sahədən ibarət xidməti bina) boşaldılması və İddiaçı1 QSC-nə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılması, iş üzrə məhkəmə ekspertiza xərci 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh 3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN: - **********, Bank: "xxxx" ASC Yevlax filialı, kod - 509299, VÖEN:********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** ödənilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbinin bu hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən qətnamənin icrası mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 45959,79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, X12, X11, X4, X13 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalı və iddiaçıya təhvil verilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 319.1, 385.1, 467 və 470.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 119.1, 216-220, 227, 233, 358 və 360-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavab deh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və faiz borcunun rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Belə ki, o banka olan borcunu vaxtıvaxtında ödəsə də, sonradan dollarla bağlı yaranan devalivasiya nəticəsində o ödənişlərini həyata keçirə bilməmişdir. 17. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatlarına əsasən, ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 310000 manat, likvid satış qiyməti isə 280000 manat təşkil edir.

18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2 023-cü il tarixli, 10/8615-9/9385 saylı ekspert rəyinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 125 saylı fərdi yaşayış evinin və 0,0405 ha həyətyanı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 322000,0 manat məbləğində müəyyən edilmişdir

19. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-62/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş, “Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaql ı, 174,4 kv metr ümumi, 39,4 kv metr yaşayış, 135 kv metr yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv metr ümumi, 49 kv metr yaşayış, 29 kv metr yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinin (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv metr tikinti sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv metr tikinti altı sahədən ibarət xidməti bina) ilkin satış qiymətinin 140.000 manat qəyərində qiymətləndirilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 280000 (iki yüz səksən min) manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, iş üzrə 11 aprel 2023-cü il tarixl i aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat olan ekspertiza xərcinin Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iş üzrə 23 may 2022-ci il tarixli aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat olan qiymətləndirmə xərcinin Cavabdeh3 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h:AZ03NABZO13501**********2944, Kodu: S05539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h:AZ521BAZA**********9********) ödənilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşmış və qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2020-ci il tarixli, 437 nömrəli rəyi ilə görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli 06R000013067 saylı razılaşmasının əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 xx.xx.2 019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) İddiaçı1 QSC-nə olan cəmi 45949,81 ABŞ dolları (əsas borc üzrə 42724,42 ABŞ dolları, faiz borcu üzrə 3225,39 ABŞ dolları) məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə mühasibatlıq ekspertizasının rəyini tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmiş və borc məbləğini rəydə göstərilən həddə müəyyən etmişdir.

22. Cavabdeh apellyasiya şikayətində əsas borca hesablanmış faiz məb ləğini mübahisələndirmiş və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə əsas yoxdur. Baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəy verilərkən nəzərə alınmamış hər hansı ödəniş barədə və ya rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iş üzrə təkrar ekspertiza keçirilməsi formal və əsassızdır.

24. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin devalvasiya olması səbəbindən ödənişlərin edilməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, bu hal borclunun risk dairəsinə aiddir və Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Bundan başqa Cavabdeh3 xx.xx.2021-ci il tarixdə keçirlən məhkəmə iclasında ona məxsus olan, ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də mübahisələndirmişdir.

26. İddiaçının nümayəndəsi tərəfindən ipoteka predmeti olan əmlakın qiymətində kəskin fərq olduğu üçün məhkəməyə şifahi vəsatət verilmiş və iş üzrə yenidən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekpertizası keçirilmişdir.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərd i yaşayış evinin ilkin satış qiyməti 280000 manat məbləğində müəyyən edilməlidir. Çünki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/8615-9/9385 saylı ekspert rəyi ilə "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli rəyi arasında kəskin (40000 manat) fərq olduğundan, ipoteka predmetinin ilkin satış qiymətinin 280000 manat məbləğində müəyyən edilməsini məhkəmə daha ağlabatan və tərəflərin mənafeələrinə uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 280000 manat müəyyən olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə müəyyən edilmiş qiymətlər əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak həmin qiymətləndiricilər tərəfindən əsassız olaraq həddən artıq yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodu təsviri edilməli, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı göstərilməlidir. AB Consulting MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayaq formada həddindən artıq şişirdilərək qeyd edildiyi rəy verilmişdir. Qiymətləndiric ilər tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. xüsusiyyətlər nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, ipoteka predmeti olan əmlakın ümumi sahəsi çıxarış üzrə 252 m olsa da həmin əmlakın yaşayış sahəsi cəmi 88 m təşkil edir ki, 88 m yaşayış sahəsindən ibarət olan əmlakın dəyərinin 280000 və ya 322000 manat olması qətiyyən real görsənmir. Həmçinin rəylərdən əmlakın təmir vəziyyəti, material sərfi, aşınma səviyyəsi, texniki sistemlərinin vəziyyəti və s. xüsusiyyətlərini müəyyən etmək mümkün deyildir. Əmlakın şəkilləri mövcud deyildir. Şablon sözlərdən istifadə etməklə uzun-uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. AB Consulting MMC və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərind ə şablon sözlər, ifadələr təkrarlanır. Rəyləri qısa və konkret, müqayisəli şəkildə tərtib etmək olardı. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla yanaşı, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədən kənar rəy verilməli idi. Başqa sözlə qiymətləndiricilər tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. İpoteka predmeti olan əmlakla bağlı "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində qeyd etdiyi qiymət qətiyyən reallığı əks etdirmir. Ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətl əndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əmlakın dəyəri, iddiaçı bank tərəfindən təqdim edilmiş əlavə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi bankın təkrar qiymətləndirmə barədə vəsatətini təmin etməmiş, bununla bağlı əsaslandırılmış qərardad qəbul etməmişdir. b)

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

34. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

35. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

36. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə

449. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır.

39. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu.

42. Maddə 1.0.6. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

43. Maddə

39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

44. Maddə 39.3.2. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.

45. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyləri tədqiq edilməklə və qiymət verilməklə düzgün müəyyən olunmuşdur, həmin hissədə də qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. Be ləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-62/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar