Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4395/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Verdiyeva Solmaz Rəşid qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələb inə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-134/2023 saylı 19 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 12 dekabr 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsi ilə İddiaçı1 İKB ASC tərəfindən Cavabdeh1 illik 25 faizl dərəcəsi olmaqla, 60 ay müddətinə, 30000 manat kredit verilmişdir. 2. 09 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 məhəllə sahə 19 yerləşən ümumi sahəsi 135,7 kv metr olan 2 otaqlı fərdi yaşayış evi 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləs i üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı məqsədilə İddiaçı1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 75000 manat dəyərində qiymətləndirilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən 05 may 2010-cu il tarixli MA serialı ******* nömrəli çıxarışı ilə Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə V-13 sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən 10 oktyabr 2014-cü il tarixli RX serialı, ******* nömrəli çıxarışı ilə, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə V-13 sahə 19 ünvanında yerləşən fərdi ya şayış evi İddiaçı1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 27087,79 manat əsas 17791,11 manat faiz, 1742,86 manat cərimə olmaqla, ümumilikdə 46621,76 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı1 İKB ASC-nin xeyrinə ödənilməsi, tut manın Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19-da yerləşən 2 otaqlı, 135,7 kv metr ümumi, 55,6 kv metr yaşayış, 80,1 kv metr yardımçı sahədən ibarət yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun hərracdan əldə olunan vəsait hesabına İddiaçı1 İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən, 2 otaqlı, 135,7 kv metr ümumi, 55,6 kv metr yaşayış, 80,1 kv metr yaradımçı sahədən ibarət fərdi yaşayış evinə 0.04 ha torpaq sahəsinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlaka istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılmaları, boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 Nizmai oğlu ilə İddiaçı1 İKB ASC arasında bağlanmış 08 oktyabr 2014cü il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı1 İKB ASC ilə Cavabdeh1 arasında “08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 25 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə, 30000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqəsədi ilə Cavabdeh2 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 məhəllə sah ə 19 yerləşən ümumi sahəsi 135,7 kv metr olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı1 İKB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Lakin borclu öhdəliklərini tam icra etməmiş və nəticədə 27087,79 manat əsas 17791,11 manat faiz, 1742,86 manat cərimə olmaqla, ümumilikdə 46621,76 manat borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Buna görə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır. Müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir.
7. Məhkmə prosesində Cavabdeh1 göstərmişdir ki, kredit borcunu maddi imkansızlığına görə ödəyə bilmə miş, gələcəkdə imkanı olacağı təqdirdə borcunu qaytaracaqdır.
8. Cavabdeh1 vəsatəti əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2018-ci il tarixli 26765 nömrəli rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı1 İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsi üzrə 23 may 2018-ci il tarixə 27140,84 manat əsas, 17830,02 manat faiz borcu vardır. 10. "xxxx" MMC-nin 20 noyabr 2018-ci il tarixli 178/1-1 nömrəli rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, V-13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 100000 manat qiymətləndirilmişdir.
11. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 saylı 25 dekabr 2018-ci il tarixli (hakim Y.Həşimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumu tutulması, tutmanın ipoteka predmenti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmentinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, Cavabdeh1 iş üzrə aparılmış tədqiqatlara görə 100 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************), 200 manat pulun tutularaq "xxxx" MMC-nin hesabına (AZ66AİİB********************) köçürülməsi qə edilmiş, iddia tələbi digər hissədə rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, əsas borc və ona hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə f aizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə borcverən "xxxx" İKB ASC-yə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu yaranmışdır. Cavabdeh həmin məbləğləri iddiaçı bğanka ödəməyə borcludur. Cavabdehin öbhdəliklərinin təmini üçün isə borcun ödənilməsi ipoteka predmetinə yönəldilməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7, 279, 295, 317.1, 319.1, 319.6, 421.2, 442, 443.1, 445.1, 448.1, 467, 739 və 741-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 214, 217, 216-220, 22 7, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh2 onun atasıdır və 2017-ci ildə vəfat etmişdir. Bank isə 2018-ci ildə ölmüş şəxsə qarşı iddia qaldırmış və hüquqi varisini müəyyən etməmişdir. Mübahisələndirilən qətnamədən məlumatsız olmuş və Hərrac Mərkəzinin məktubunu aldıqdan sonra xəbərdar olmuşdur.
16. Apelyasiya instansiyası məhkəməsində Cavabd eh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində yaşayır, qardaşı isə başqa yerdə yaşayır. İpoteka predmetinin ilkin satış qiyməti 100000 manat müəyyən olunmasına etiraz etmir. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin (keçmiş İddiaçı1 İKB ASC) etibaranmə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qıbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 100000 manat müəyyən olunmasına etiraz etmir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin ol unmaması xahiş etmişdir.
18. Apellyasiya icraatı zamanı əmlakın likvid dəyərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8599-9/9296 nömrəli ekspert rəyi ilə Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 nsahə 19 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin hazırki likvid dəyəri təqribən 85000 manat müəyyən edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-134/2023 nömrəli 2023-cü il 19 iyun tarixli qərardadı ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehdiyev) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 saylı 25 dek abr 2018-ci il tarixli qətnaməsi, iddia tələbinin Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hhissədə icraata xitam verilmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-134/2023 nömrəli 2023-cü il 19 iyun tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehdiyev) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)3275/2018 saylı 25 dekabr 2018-ci il tarixli qətnaməsi İddiaçı1 İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması, Cavabdeh1 "xxxx" İKB ASCnin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumu tutulması, tutma ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması” hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi hsab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə kreditor öhdəliklərini tam, yəni müəyyən olunmuş məbləğdə vəsaiti borclunun mülkiyyətinə versədə, lakin borcalan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Halbuki, borclandırıcı əqd onu bağlayan şəxs üçün öhdəlik əmələ gətirən əqd deməkdir və bu halda tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Yuxarıda da qeyd olunduğu kimi kreditor müqavilə üzrə öhdəlikləri ni yerinə yetirmiş, borcalan Cavabdeh1 isə götürmüş olduğu öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir.
22. İpoteka predmetinin ilkin satış qiymətinə münasibətdə məhkəmə kollegiyası onu qeyd etmişdir ki, apellyasiya icraatı zamanı əmlakın likvid dəyərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, həmin fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin hazırki likvid dəyəri təqribən 85000 manat müəyyən edilmişdir.
23. Apellyasiya icraatı zamanı tərəflər ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 nsahə 19 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən 100000 manat dəyərində qiymətləndirilməsini mübahisələndirmədiyi ü çün, məhkəmə qətnamənin həmin hissədə dəyişdirilməsinə zərurət görməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək ipotekaya qoymuş şəxsin hüquqi varisi (vərəsəsi) müəyyən edilənə kimi hazırki mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsi üçün işi Gəncə Apellyasiya Məhkəməsinə geri göndərilməsini və işin icraatının dayandırılması barədə göstəriş verlməsi barədə qərar çıxarılmasını xahiş edirəm.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasi instansiyası məhkəməsi qətnaməsinin qət etdi hissəsində qeyd edir ki, ümumi borc Cavabdeh1 tutulsun, tutma ipoteka predimentinə yönəldilsin, ipoteka predimetinin satışından əldə edilən vəsait hesabına ödənişlər həyata keçirilsin, bütün ödənişlər həyata keçirildikdən sonra, ipoteka predimentinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılsın. Burada belə bir sual ortaya çıxır, ipoteka qoyan ölmüşdür, pul kimə qaytarılacaqdır? Əgər kredit götürmüş əsas borcluya qaytarılacaqsa onda onun və digər vərəsənin hüquqları pozulmuş olacaqdır. Hazırda əsas borclu qardaşı Cavabdeh1 onları belə pis vəziyyətdə qoymuşdur və ona görə atalarından miras qalmış ev bankda ipotekadadır, birinci instansiya və apellyasiya məhkəmələrinin səyləri nəticəsində açıq hərracda satılacaq və çöldə qalacaqlar. Hazırda qardaşı Cavabdeh1 etdiyi bu hərəkətinə görə nə o, nə də ki, anaları, yəni ipoteka qoymuş şəxsin vərəsələri onunla danışmırlar. Qətnamədə də bildirilir ki, ipoteka predmetinin satı şından əldə edilmiş artıq qalan vəsait ipoteka qoymuş şəxsə qaytarılsın. Hesab edir ki, ipoteka qoymuş şəxsin hüquqi varisi (vərəsəsi) müəyyən edilənə kimi hazırki işin icraatı dayandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hazırki mülki işin icraatını dayandırmadığı üçün məcbur olub hazırkda sözügedən qətnamədən kassasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
28. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklin də borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanuni
36. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir.
37. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka qoymuş Nizami Verliyevin şəxsin hüquqi varisinin müəyyən edilənə kimi hazırki işin icraatının dayandırılmalı olması kassasiya şikayətinin dəlili əsassızdır, həmin dəlil apellyasiya instansiyası məhkəməsində də irəli sürlümüş və hüquqi qiymət verilmişdir. X3 Məhkəməsinin 2023-cü il 19 iyun tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi idd ia tələbinin Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılmasının rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normas ının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-134/2023 saylı 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.