Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4397/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1578/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 03 oktyabr 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik istifadə dərəcəsi 24 faiz olmaqla 26.700 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavab deh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi səbəbindən banka cəmi 37.354,73 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə cavabdehdən həmin borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-241/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.F.Qurbanov) iddia təmin olunmamışdır. İş üzrə iddiaçı Əmanətlərin Sığortalanması Fondu həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə çıxarılması barədə apellyasiya şikayəti vermişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-241/2020 saylı, 19 yanvar 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi səbəbindən apellyasiya şikayəti geri qaytarılmış və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bankın ləğvedicisi qərardadın ləğv edilməsi barədə şikayət vermiş, Şirvan Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1351/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(032)241/2020 saylı qərardadı ləğv edilmiş və Şirvan Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(032)-241/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosess ual müddət ötürülməmiş hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1578/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərardadı ilə bankın ləğvedicisi tərəfindən dövlət rüsumunun ödənilməməsi səbəbindən Şirvan Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(032)-241/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı X1 Sığortalanması Fondu kassasiya şikayəti verərək Fond tərəfindən dövlət rüsumunun ödənilməklə qətnamədən apellyasiya şikayətinin verilməsini və bu barədə olan qəbzin apellyasiya şikayətinə əlavə edilməsini, bu səbəbdən də apellyasiya şikayətinin yalnız prosessual müddətin ötürülməsinə görə onlara qaytarmaqla dövlət rüsumunun ödənilməməsinin Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərardadı ilə müəyyən olunmamasını əsas göstərməklə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 və vəkili isə kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xah iş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 108.1.4 Apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Maddə 363.1.2 Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407. 2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesa b edir ki, qərardad ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi bankın ləğvedicisinin şikayəti üzrə apellyasiyanı qeyri-mümkün sayarkən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsini əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə ol unmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, bankın ləğvedicisi Şirvan Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə edilmiş sənədlərin siyahısını sadalamışdır. Həmin siyahıdan görünür ki, apellyasiya şikayətinə digər sənədlərlə yanaşı eyni zamanda dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. İşdən göründüyü kimi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə qəbul edilmiş, lakin bu zaman şikayətə dövlət rüsumu nun ödənilməsi barədə qəbzin əlavə olunmaması halı müəyyən olunmamış və apellyasiya şikayəti məhkəmə tərəfindən dövlət rüsumunun ödənilməməsinə görə deyil, qətnamədən şikayət verilmə müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bunun səbəblərini araşdırmamış, işin həmin hallarına müvafiq qiymət verməmiş və iddiaçıdan dövlət rüsumunun həqiqətən də ödənilməsini təsdiq edə bilən sübutların təqdim edilməsini tələb etməmişdir. Halbuki, həmin hallar işin düzgün həlli üçün əhəmiyyət kəsb etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ləğv pr osesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1578/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4397/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4397/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver