Məhkəmə qərarları › İş №2(102)-4398/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4398/2018

05.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4398/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4398/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı «pul tələbinə dair» mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3900/17 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxara q, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2016-jı il tarixli №MB/2399 saylı kredit müqaviləsinə, Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli №MB/2399 saylı zaminlik müqaviləsinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3466 manat əsas borc, 1372 manat faiz borcu olmaqla cəmi 4838 manat pul vəsaitinin, ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(066)-1334/2017 saylı məhkəmə əmrinə əsasən 31.07.1988-ci ildə Xanlar şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh1, 27.01.1986-cı ildə Xanlar şəhərində anadan olmuş,ünvan 2 ünvanda qeydiyyatda olan və yaş ayan Cavabdeh2 müştərək qaydada 28.01.2016-cı il tarixli kredit kartı üzrə hesab müqaviləsinə əsasən 3466 manat əsas borc, 1372 manat faiz borcu olmaqla jəmi 4838 manat məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə verilməsi əmr edilmişdir. Cavabdeh1 məhkəmə əmrinə etiraz edərək əmri ləğv edib və mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 19 may 2017-ji il tarixli qərardadına əsasən etiraz təmin edilmiş, məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçirilməklə məhkəmə baxışına təyin edilmiş və Göygöl Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 2(066)1334/2017 saylı qətnaməsi ilə (hakim E.Həsənova) iddia tələbi təminedilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasınd a bağlanmış 28 yanvar 2016-cı il tarixli MB/2399 saylı kredit müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli MB/2399 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3466 manat əsas borc, 1372 manat faiz borcu, cəmi 4838 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3900/17 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsi (hakimlər Quliyev Nuru Nadir oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 2(066)-1334/2017 saylı qətnaməsini n Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlərdən Cavabdeh1 və vəkili Vəkil iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3900/17 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank cavabdeh tərəfindən ödənilən məbləği əsas borcdan çıxmaq əvəzinə faizlərə və cərimələrə yönəltmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə bank maraqlı olmalıdır ki, vətəndaş gördüyü krediti qaytarmaq imkanında olsun bunun əksinə olaraq, bank faiz və cərimələri bəhanə gətirərək, vətəndaşı yükləmiş və əsas borcun azalmasında maraqlı olmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmaq məqsədi ilə iş üzrə məhkə mə mühasibatlıq ekspertizasını öz təşəbbüsü ilə təyin edib, borcun məbləğinə dair rəy almalı olduğu halda bunu etməmiş və nəticədə birinci instansiya məhkəməsinin səhvini təkrar edərək "xxxx" ASC-nin iddia tələblərini əsassız olaraq təmin etmişdir. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-3900/17 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edilir PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəx slərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının Cavabdeh1 münasibətdə tam yoxlanılması təşkil edir. Digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və zaminin şikayəti olmadığı halda ona münasibə tdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli MB/2399 saylı Kredit Müqaviləsinə əsasən, borcluya 18 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 3550 manat məbləğində kredit verilmişdir Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında ödənişləri nağd və ya köçürmə yolu ilə həyata keçirir Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə Banka tam öd ənildiyi günə qədər hesablanır. Qeyd olunan müqavilənin 2.4-cü bəndin əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə gecikmə faizlərinin, üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci madd əsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə görə - öhdəliyə əsasən bir şəxs /borclu/ başqa şəxsin /kreditorun/ xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsində göstərilir ki icranı gecikdirmiş borclu gecikdirm ə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. - 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıld ığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq cavabdehin apellyasiya şikayətində istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsi, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməməsinə dair qənaəti də düzgün olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbay can Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin işin hallarını tam araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasını öz təşəbbüsü ilə təyin edib, borcun məbləğinə dair rəy almalı olduğu halda bunu etməməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən borc məbləğləri mübahisəsiz qaydada iş materialları ilə təsdiq olunduğundan bu barədə ekspertiza təyin etmək, mütəxəssis rəyi almaq üçün əsaslar olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkilin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3900/17 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1-ə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar