Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4398/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1, İddiaçı2 və X2 qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Astara rayonu Şüvi Bələdiyyəsi) qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə gediş-gəliş yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı “maşın yolunun zəbtdən azad edilməsi, orada qoyulan qurğunun sökülməsi və cavabdehin özbaşı nalığına son qoyulması tələbinə dair ilk, Cavabdeh İddiaçı1, İddiaçı2 və X2 qarşı (müstəqil tələb irəli sürməyən 3- cü şəxs Astara rayonu Şüvi Bələdiyyəsi) mülkiyyət hüququnun müdafiəsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və orada olan qurğuların sökülməsi tələbləri barədə qarşılıqlı iddiaları üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-45/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakları müəyyən etdi: İşin halları
1. Astara rayonu, Sərək kənd sakinləri X17 ilə İddiaçı2 qardaş, eyni zamanda qonşudur.
2. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 2 saylı qərarı ilə Astara rayonunun Sərək kəndində yerləşən 0,07 ha və 0,9 ha torpaq sahələri İddiaçı2 və onun ailə üzvləri X4, X5, X12, X6, X13, X7, X15 və X3 mülkiyyətinə verilmişdir.
3. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 2 saylı qərarı ilə Astara rayonunun Sərək kəndində yerləşən 0,20 ha torpaq sahəsi X8 və onun ailə üzvləri Cavabdeh Rufulla qızı, X19, X20, X21, X22 və X16 mülkiyyətinə verilmişdir. Cavabdehin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyətində 0,20 ha torpaq sahəsi olsa da, faktiki olaraq 0,69 ha torpaq sahəsindən istifadə edir. Mülkiyyətdə olan sahədən artıq hissə isə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir.
4. Tərəflərin mülkiyyətlərindən olan sahələr müvafiq hüquqmüəyyənedici sənədlərdə əks olunmuş, onlar qarşılıqlı olaraq bir-birinin torpaq sahəsinə dax il olmamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz tutulmuş maşın yolunun açılması, orada quraşdırılan darvazanın (qurğunun) sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Cavabdeh ilə yaxın qohumluq münasibətləri var. Lakin o, özbaşınalıq edərək qanunsuz olaraq ümumi istifadədə olan maşın yolunda darvaza quraşdırmış və iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunu 2020-ci ilin aprel ayından məhdudlaşdırmışdır. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 0 2 saylı qərarı ilə Astara rayonu, Sərək kəndi ərazisində 0,07 hektar həyətyanı torpaq sahəsi iddiaçıların paylı mülkiyyətinə verilmişdir. Həmçinin, həmin tarixli qərarla 0,09 hektar həyətyanı torpaq sahəsi də onların ümumi mülkiyyətlərinə verilmiş və paylı mülkiyyətçilərin soyadı, adı və atasının adı qeyd edilməklə müvafiq qaydada 0,07 hektar torpaq sahəsinə JN-148G və 0,09 hektar torpaq sahəsinə JN-148H saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər verilmişdir. Beləliklə, cavabdeh maşın və piyada yolunu tutmaqla, orada darvaza quraşdırmaqla, yoldan istifadəni tamamilə qanunsuz olaraq məhdudlaşdırmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən tutulmuş 0,051 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz inşa edilmiş hasarın sökülməsi və özbaşınalıqlarına son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İş materiallarına təqdim edilmiş Astara rayon Şuvi bələdiyyəsi tərəfindən göndərilmiş məktubda qeyd olunmuşdur ki, mübahisəli yol kəndin ümumi istifadə yollarına aiddir və Şuvi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı1 həyətinə başqa alternativ yol yoxdur. Mübahisəli yol onların ata-babadan istifadə etdikləri yoldur.
9. Qarşılıqlı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı1 onun qaynı oğlu, İddiaçı2 qaynı, İddiaçı3 isə qaynı arvadıdır. Yaxın qohumlar olmasına baxmayaraq, iddiaçılar onunla əsassız olaraq yol və digər mübahisələr edirlər. Astara ra yon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə 0,20 hektar həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində 1986-cı ildə fərdi yaşayış evi inşa etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər qonşuluqda yaşayırlar, qarşılıqlı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən gediş-gəliş və maşın yolu kimi istifadə edirlər. 2020-ci ilin aprel ayında onlar evinin qarşısında mülkiyyətində olan 0,20 hektar torpaq sahəsinin 0,051 hektarını zəbt etmiş və mişar daşı ilə hasara almışdır. Dəfələrlə tələb olunsa da, iddiaçılar tutduqları torpaq sahəsini zəbtdən azad etməmiş, hasarı sökməmişlər. Cavabdehlərin istifadə etdikləri yol cavabdehin mülkiyyətində olan torpaq sahəsidir. İddiaçılar tərəfindən mülkiyyətində olan torpaq sahəsindən yol kimi istifadə edilməsi onun mülkiyyət hüququnu pozur.
10. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 10 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il M-174 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/3795 nömrəli rəyində göstərilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə JN-148G nömrəl i şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə Astara rayonu Sərək yaşayış yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JT-215F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X18 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayon Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən və istifadələrində olan bələdiyyə mülkiyyətinə (506B/0,4) aid torpaq sahəsindən keçir. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsinin girişində darvaza q uraşdırılmışdır. Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə JN-215F nömrəli şəhadətnaməyə əsasən X9 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X4 tərəfindən istifadə edilmir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür.
11. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-48/2021 nömrəli, 9 mart 2021-ci il tаrixli qətnaməsi ilə (hakim M.Məmmədov) hər iki iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolu kimi iddia etdikləri torpaq sahəsində yol nəzərdə tutulmamışdır, həmçinin Cavabdeh iddiaçıların zəbt etdiyi iddia etdiyi torpaq sahəsinin cavabdehlərə aidiyyatı yoxdur, bələdiyyə mülkiyyətindədir, Bəsti Liftiyevin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Ona görə də hər iki iddia əsassız olduğundan rədd olunmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Torpaq Məcəlləsinin 84, və 111-ci, və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə ekspertiza təyin etmiş olsa da, ekspert həmin torpaq sahəsinə gəlməmiş, mütəxəssis rəyini ekspert rəyinə köçürərək qeyd etmişdir ki, ekspertiza mərkəzinə torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Ona görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Ekspert öz rəyini apardığı tədqiqatlar əsasında verməlidir, lakin ekspert heç bir tədqiqat aparmadan, mütəxəssis rəyini öz rəyinə köçürməklə kifayətlənmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 19 avqust 2021-ci il tarixli, 2(106)-1984/2021 saylı qətnaməsi ilə (hakimlər – İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdı r.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 10 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il M-174 nömrəli mütəxəssis rəyini və Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/3795 nömrəli rəyini mötəbər sübutlar kimi qiymətləndirməmək üçün əsaslar yoxdur.
18. Təqdim edilmiş fotoşəkildən də görünür ki, iddiaçının darvaza hesab etdiyi qurğu X10 məxsus torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi arasında yerləşməklə, aralarındakı məsafə təxminən 20 sm olan dəmir çubuqlardan yığılmış, asanlıqla açılıb bağlanan arakəsmədir darvaza adlanan həmin qurğunun avtomaşınların və piyadaların hərəkəti üçün hər hansı maneə yaratması müəyyən edilmir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
19. İddiaçı1 qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edib, işi yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 239.1- ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində, 1955-ci ildən mövcud olmuş gediş-gəliş yolu heç bir əsas olmadan cavabdeh tərəfindən darvaza quraşdırılaraq tutulmuşdur. Məhkəmə isə qeyd etmişdir ki, həmin yol açıla bilməz. Məhkəmə ekspertiza təyin edilməsi ilə bağlı vəsatəti əsassız olaraq rədd etmişdir. İşə Astara rayon Şüvi bələdiyyəsinin cəlb edilməsi xahiş edilmişdir. Lakin məhkəmə obyektiv həqiqətə nail olmaq üçün onların vəsatətini təmin etməmişdir. Bundan əlavə ilkin iddianın predmetini təşkil edən mübahisəli torpaq sahəsində darvazanın quraşdırılması həm mütəxəssis rəyi ilə, həm də ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Vəsatət əsasında məhkəmə mübahisəli əraziyə baxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçının evinə gediş-gəliş yolunun üzərində darvaza quraşdırılmışdır. İddiaçının evinə başqa yerdən keçməyə əlavə yolu yoxdur. Lakin qətnamədə keçirilən yerində müayinə ilə bağlı heç bir qeyd edilməmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – V.Həsənov (sədrlik edən), Ə.Əhmədov və İ.Şəfiyev) 18 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və iş yeni baxışa qaytarılmışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr mütəxəssis və ekspert rəylərini tam olaraq işin digər halları ilə birlikdə qiymətləndirməmiş və işin halları üçün əhəmiyyətli olsa da rəydə faktiki olaraq ilk iddia tələbi üzrə qoyulmuş suallarla bağlı nəticələr qiymətləndirilmədən saxlanmışdır. İşin müəyyən edilmiş hallarından aşkar olaraq görünür ki, cavabdeh tərəfin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyətlərində 0,20 ha torpaq sahəsi olsa da, faktiki olaraq 0,69 ha torpaq sahəsindən istifadə edir. Mülkiyyətdə olan sahədən artıq hissə isə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir. Tərəflərin mülkiyyətlərindən olan sahələr müvafiq hüquqmüəyyənedici sənədlərdə əks olunmuş, onlar qarşılıqlı olaraq bir-birinin torpaq sahəsinə daxil olmamışlar.
23. İddiaçı tərəf iddia edir ki, mülkiyyətlərində olan torpaq sahəsinə daxil olmaq üçün mübahisəli yol zolağından 1955-ci ildən istifadə edirlər. Həmin yol zolağı isə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçmir. İlk iddia tələbinin maneələrin aradan qaldırılması, yol keçidinin qarşısında quraşdırılmış maneənin (darvazanın) sökülməsi ilə bağlı olsa da, apellyasiya məhkəməsi «iddiaçının darvaza hesab etdiyi qurğu İddiaçı1 məxsus torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi arasında yerləşməklə həmişə açıq (kilidsiz) vəziyyətdə, aralarındakı məsafə təxminən 20 sm olan dəmir çubuqlardan yığılmış, kilidlənməmiş, asanlıqla açılıb bağlanan arak əsmədir» göstərməklə ilk iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən aşkar olaraq müəyyən olunur ki, cavabdeh tərəf darvaza qurğusunu məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi arasında quraşdırmışdır. Belə olan halda məhkəmələr həmin qurğunun quraşdırılmasının digər şəxslərin mülkiyyətlərindən olan torpaq sahəsindən istifadə edilməsinə maneə yaratması, belə qurğunun quraşdırılması zamanı torpaq sahəsinin mülkiyyətçisinin razılığının olubolmaması, quraşdırmanın hansı səlahiyyət əsasında həyata keçirilməsini aydınlaşdırmadan formal mülahizələrdən çıxış edərək ilk iddianın rədd olunmasını əsaslı hesab etmişdir.
25. Apellyasiya instansiyası məhkə məsinin bu mövqeyi əsaslı olmamaqla, ziddiyyətlidir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mütəxəssis və ekspert rəyində fərqli zolaqlanmış həmin ərazinin bələdiyyənin mülkiyyətində olan və ümumi istifadədə olan torpaq sahəsi olmaqla yolun məhz həmin sahədə yerləşməsinin müəyyən etdiyi (müəyyən edilmirdisə bununla bağlı daha aydın sualın ekspert qarşısında qoyulması ilə cavab alınmalı idi) yola aid olması qənaətinə gəlindiyi halda, onun hansı əsasla cavabdehin quraşdırdığı darvaza qurğusunun sökülməli olmamasını, hansı müəyyən edilmiş halların darvazanın saxlanmasının mümkün etdiyi ilə bağlı mövqeyini əsaslandırmamışdır.
26. İşin digər bir halı ondan ibarətdir ki, quraşdırılmış darvaza qurğusu bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə olan halda da məhz hə min bələdiyyənin işə cəlb olunması, ilk iddiaçının yol zolağından hansı müddət ərzində istifadə etməsi, onun mülkiyyətində olan torpaq sahəsinə digər istiqamətlərdən yolun olub-olmaması, yol üzərində darvaza qurğusunun quraşdırılması zamanı mülkiyyətçi olan bələdiyyənin razılığının olub-olmaması aydınlaşdırılmalı olan hallar olsa da apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış və istinad olunan prosessual hərəkətləri yerinə yetirməmişdir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat.
27. Məhkəmə icraatı zamanı Astara rayonu Şüvi Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. 28. 3-cü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş arayışda, həmçinin 3-cü şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasındakı izahatında göstə rilmişdir ki, hər iki qardaş atasına məxsus olan həyətyanı torpaq sahəsində özlərinə fərdi ev tikmiş və halhazırda orada yaşayırlar. İddiaçı2 ailənin kiçik oğlan övladı olduğuna görə, o, ata mülkündə uzun müddət yaşamış, 2-3 il bundan qabaq həmin yaşadığı evin arxasında özünə məxsus həyətyanı torpaq sahəsində yeni ev tikmiş, hal-hazırda orada yaşayır. İddiaçı2 istər köhnə ata evində yaşadığı müddətdə, istərsə də yeni tikdiyi evdə yaşadığı zaman atasına məxsus həyətyanı torpaq sahəsinə gedən köhnə ata-baba yolundan istifadə etmiş və indi də istifadə edir O, özünə yeni yol çəkməmişdir. Hər iki qardaş eyni yoldan istifadə etmiş və edirlər. Mübahisənin əsas səbəbi həyətyanı torpaq sahələrinə mülkiyyətə dair şəhadətnamələr verilərkən, yuxarıda qeyd edilən ata-baba yolunun 150 kv metri qanunsuz olaraq Lüftiyev Calalın mülkiyyətinə verilmişdir. Yolun qalan 90 kv metri isə bələdiyyə mülkiyyətindədir. Şəhadətnamə verilərkən Lüftiyev Calalın istifadəsində (təsərrüfat kitabına əsasən) qanuni 0,15 ha torpaq sahəsi olduğu halda, onun mülkiyyətinə 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və bundan başqa, 0,40 ha bələdiyyə torpaq sahəsi zəbt torpaq sahəsi kimi onun şəhadətnaməsində qeyd olunmuşdur. X17 hal-hazırda 0,60 ha torpaq sahəsindən istifadə edir. Elə bu səbəbə görədir ki, qardaşlar arasında mübahisə yaranmışdır. İddiaçı2 yolunun bağlanması qanuna müvafiq deyil. Hər iki qardaş öz ata-baba yolundan istifadə etməlidir.
29. Məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsinin 10 saylı Lənkran Əİ-nin xx.xx.2023-cü il mütəxəssis rəyinə əsasən iddiaçıla r İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki olaraq istifadə edilən həyətyanı torpaq sahəsinin ölçüsünün JN-148G, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilən ərazidə 0,37 ha (torpağa mülkiyyət hüquqları 0,07 ha) və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,48 ha (torpağa mülkiyyət hüquqları 0,09 ha) olmaqla ümumilikdə 0,85 ha olması müəyyən edilmişdir. Həmçinin cavabdeh və onun ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahəsinin ölçüsünün 0,76 ha (torpağa mülkiyyət hüquqları 0,20 ha) olması müəyyən olunmuşdur.
30. Məhkəmə tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/2210 nömrəli r əyinə əsasən JN-148G, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ilk iddia üzrə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə yol, həmin Şəhadətnaməyə əsasən iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulmuş, faktiki vəziyyətdə isə həmin istiqamətdə dərənin mövcud olması müəyyən edilmişdir. Bundan başqa, JN-148H, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun mövcud olması və həmin yerdə mübahisənin olmaması müəyyən olunmuşdur. JN-148G, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ilk iddia üzrə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə ilk iddia üzrə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0169 ha hissəsi (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) JN-215F, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilində yerləşir, eləcə də, ilk iddia üzrə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0078 ha hissəsi (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin faktiki istifadələrində olan bələdiyyə mülkiyyə tinə aid torpaq sahəsidir. Ərazinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır.
31. Apellyasiya instansiya məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 21 iyun 2023-cü il tarixli, 2(106)-45/2023 saylı qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılara JN-148G, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə məxsus olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə yol iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulmuşdur. İlk iddia üzrə i ddiaçıların gedişgəliş yolu kimi iddia etdikləri torpaq sahəsinin 0,0169 ha hissəsi ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olan, 0,0078 ha hissəsi isə ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Hazırda isə ilk iddia üzrə iddiaçılara məxsus 0,07 ha torpaq sahəsinə cavabdehin xüsusi mülkiyyətinə müdaxilə edilmədən iddia edilən yerdən yolun açılması mümkün deyildir.
33. Bundan əlavə, həmin rəylərlə müəyyən edilmişdir ki, JN-148H, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ilk iddia üzrə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə faktiki olaraq mübahisəli ə razidən kənarda gediş-gəliş yolu mövcuddur və həmin yerdə hər hansı mübahisə yoxdur.
34. Məhkəmə qeyd etmişdir ki, iddiaçılara məxsus 0,07 ha torpaq sahəsinə olan yol iddia edilən yerdən nəzərdə tutulmadığından, iddiaçıların onlara məxsus Astara rayonu, Sərək kəndində yerləşən 0,07 ha torpaq sahəsinə gedən yol kimi iddia etdikləri torpaq sahəsinin bir hissəsinin ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan, eləcə də, onların faktiki istifadəsindəki bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, ərazinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidə yol nəzərdə tutulmadığından, ilk iddia üzrə iddiaçılara məxsus Astara rayonu, Sərək kəndində yerləşən 0,09 ha torpaq sahəsinə faktiki olaraq mübahisəli ərazidən kənarda gedi ş-gəliş yolu mövcud olduğundan, birinci instansiya məhkəməsi ilk iddia tələbini cavabdeh tərəfindən qanunsuz tutulmuş maşın yolunun açılmasına dair hissədə rədd etməkdə haqlı olmuşdur.
35. Məhkəmə 23 may 2023-cü il tarixli ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, iddiaçılar tərəfindən sökülməsi tələb olunan darvaza ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında yerləşir. Torpaq sahəsinin mülkiyyətçisinə qanunvericiliklə həmin sahədə qurğular (o cümlədən, darvaza) quraşdırmaq hüququ verildiyindən, ilk iddia üzrə iddiaçıların həmin tələbi cavabdehin və onun ailə üzvlərinin torpaq sahəsinin mülkiyyətçisi kimi malik olduqları hüquqların pozulmasına gətirib çıxaracaqdır. Buna görə də birinci instansiya məhkəməsi ilk iddia tələbini həmin hissədə də rədd etməklə düzgün nəticəyə gəlmişdir.
36. İlk iddia tələbinin digər hissəsi isə Cavabdeh özbaşınalığına son qoyulması ilə əlaqədardır. Lakin iş materialları ilə cavabdehin hər hansı özbaşınalığa yol verməsi halı müəyyən edilmir və ilk iddia üzrə iddiaçılar da həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin hər hansı özbaşınalığa yol verməsi halı iş materialları ilə müəyyən edilmədiyindən, ilk iddia tələbinin həmin hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı1 (vəkil X14) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə qərar çıxar ılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə elektron baza məlumatlarının ekspertə təqdim edilməsini təmin etsəydi məlum olardı ki, Astara rayonu Sərək kəndi üzrə torpaq sahələrinin müasir ölçü cihazlarından istifadə edilməklə yeni tərtib edilmiş xəritəsində mübahisəli torpaq sahəsində yol kimi nəzərdə tutulmuş sahənin olması öz əksini tapmışdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Lakin iş üzrə keçirilən ekspertiza heç bir elmi, təcrübi ə saslar üzərində deyil, yalnız mütəxəssis rəyinə əsaslanılıb verilsə də məhkəmə bu göstərilənləri nəzərə almamışdır. Eləcə də məhkəmə, ekspertiza rəyinin bu işdə marağı olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş, köhnə xəritədən istifadə edilərək tərtib edilmiş mütəxəssis rəyi əsasında verilməsini və mütəxəssis rəyində göstərilən koordinatların haradan əldə edilməsini nəzərə almadan, ekspertiza rəyi əsasında mübahisəli istifadə və iddia edilən torpaq sahəsinin 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8 metr, uzunluğu 35 metr) JN-215F, KOD 80113038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin mü lkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilində yerləşməsi müəyyən olunmasını qanunsuz olaraq nəzərə almışdır. Koordinatları olmayan cavabdeh X11 mülkiyyətində olan 0,29 ha torpaq sahəsinin şəhadətnaməsi ilə necə müəyyən edilə bilər ki, mübahisəli torpaq sahəsinin 169 kvadrat metri cavabdehin mülkiyyətindədir. Həmin şəhadətnaməyə baxılsa açıq aydın məlum olar ki, cavabdehə məxsus torpağın şəhadətnaməsində və heç bir torpağın mülkiyyət hüququnu təsdiq edən sənədində koordinatlar yoxdur. Mütəxəssis rəyində isə qərəzli olaraq qanunsuz olaraq koordinatların olması yazılmışdır ki, məhkəmələr bu rəyi mötəbər hesab etsinlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə Cavabdeh tərəfindən etira z daxil olmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərənc am verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata k eçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
44. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
45. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
46. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
47. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və i carəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir
48. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
49. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. A pellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Ha zırkı kassasiya şikayətində qətnamə ilk iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirildiyindən, qarşılıqlı iddianın rədd olunmasından apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin aktı tam hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində, habelə işə birinci dəfə Ali Məhkəmədə baxılandan sonrakı apellyasiya icraatında da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.
60. Mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilmədən aparılmış tədqiqatın nəticəsi olaraq verilmiş ekspert rəyinin mötəbər olmaması barəd ə dəlili bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy tərəflərin təqdim etdikləri və qüvvədə olan “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələrə, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsinin 10 saylı Lənkran Əİ-nin xx.xx.2023-cü il mütəxəssis rəyinə və iş materiallarına əsasən verilmişdir, hər iki tərəfin mülkiyyətində olan torpaq sahələrinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Tərəflərin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin, müvafiq olaraq həmin sənədlərə əsasən verilmiş ekspertiza rəyinin mötəbərliliyinin şübhə altına alınmasına əsaslar yoxdur. Ona görə də iddiaçının bu məsələ ilə əlaqədar dəlilləri də əsassız hesab olunmalıdır.
61. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şik ayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-45/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.