Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-440/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “21 ” yanvar 2019-cu il iş №2(102)-440/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Əli qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Süleymanova Xurman Telman qızının katibliyi, cavabdeh Ələkbərov Təyyar Əkbər oğlunun vəkili Qafarov Əzizağa İsmixan oğlunun, iddiaçı “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Zakir Əli oğlunun iştirakları ilə, Cavabdeh Ələkbərov Təyyar Əkbər oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim:P.A.Hüseynov; 2(006)6636/2017) İddia tələbi qismən təmin edilərək, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında imzalanmış 26.12.2014-cü il tarixli və 25.12.2015-ci il tarixli “Kredit müqavilələri” ləğv edilmiş, 26.12.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 36179,16 manat, məbləğində əsas borc, 2504,82 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, cəmi 36683, 98 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ilkin satış qiyməti 126000 manat müəyyən edilməklə Quba şəhəri, ******** məhəllədə xüsusi mülki yyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 kv.m ümumi, 211.6 kv.m yaşayış, 379.4 kv.m yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinə(yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməklə həmin əmlak açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 39683, 98 manat məbləğində pul “xxxx” ASC-yə ödənilsin, qalan məbləğ Cavabdeh2 verilməsi, 25.12.2015-ci il tarixli, ******** saylı kredit müqaviləsi üzrə 60000 manat məbləğində əsas borc, 6425,23 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu, cəmi 68425,23 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsi, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ilkin satış qiyməti 60000 manat müəyyən edilm əklə Quba şəhəri, 32/3-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 4 olan, 157.5 kv.m ümumi, 81,6 kv.m yaşayış, 75.9 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə ( yerləşdiyi 0.04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməklə həmin əmlak açıq hərrac yolu ilə satılsın, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 68425,23 manat məbləğində pul “xxxx” ASC-yə ödənilməsi, qalan məbləğ Cavabdeh1 verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməsi, 20 manat isə Cavabdeh1 alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 500 manatın 165 manatı iddiaçı “xxxx” ASC-dən, 335 manatı isə Cavabdeh1 alınaraq “xxxx” MMC-y ə ödənilməsi təmin edilmiş, İddia digər hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev, H.ÜŞHəmidov; 2(103)-5512/2018) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlamışdır. İşin halları İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh1 qaşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə və “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2015-ci il tarixli, ********** saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 26.12. 2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” ASC-yə olan 37179,16 manat əsas borc, 2341, 34 manat faiz, 25166, 42 manat cərimə borcu olmaqla, cəmi 64686,92 manat və 25 dekabr 2015-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” ASCyə olan 60000 manat əsas borc, 4767 İddiaçı,33 manat faiz, 11083,33 anat cərimə borcu olmaqla, cəmi 75850,66 manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsum və xidmət haqqı, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, 26 dekabr 2014-cü il tarixli ********** saylı kredit müqaviləsi üzrə yaranan 64686,92 manat borc məbləğinin ipoteka qoyulmuş, Cavabdeh2 məxsus an (ƏMDKYDƏDRX-nin 5 saylı Əraziİdarəsitərəfindənverilmişreyestrnömrəsi**********,qeydiyyat nömrəsi**********, seriya RX№0261200 olan 18.10.2013-cü il tarixli çıxarışa əsasən) Quba şəhəri, 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 kv.m ümumi, 211.6 kv.m yaşayış, 379.4 kv.m yardımçı sahədən ibarət yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evini erləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına “xxxx” ASC-yə ödənilməsi, 25 dekabr 2015-ci il tarixli, BK ******* saylı kredit müqaviləsi üzrə yaranan 75850,66 manat borc məbləğinin ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan ƏMDKYDƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi *********,qeydiyyat nömrəsi ****** ****, seriya MA №0320961 olan 17.12.2011-ci il tarixli çıxarışa əsasən) Quba şəhəri, ********* məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 4 olan, 157.5 kv.m ümumi, 81.6 kv.m yaşayış, 75.9 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına “xxxx” AŞC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank ilə Cavabdeh1 arasında 26.12.2014-cü il tarixdə bağlanmış ********** №-li “Kredit müqaviləsinin” ləğv olunmasını, 26.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödə nilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 36.179,16 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.962,12 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədi ilə 25.166,42 manat məbləğində pulun borcalan Cavabdeh1 tutularaq Banka ödənilməsini, Bank ilə Cavabdeh1 arasında 25.12.2015-ci il tarixdə bağlanmış BK ******* №-li “Kredit müqavilələrinin” ləğv olunmasını, 25.12.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 60.000 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.425,23 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədi ilə 11.083,33 manat məbləğində pu lun borcalan Cavabdeh1 tutularaq Banka ödənilməsini, iddianın verilməsi üçün Bankın ödədiyi dövlət rüsumlarının əvəzi – 91 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq Banka ödənilməsini, 26.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcların ipoteka predmetinə - Cavabdeh2 mülkiyyətində olan və Quba şəhəri, 23 məhəllədə xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 kv.m ümumi, 211,6 kv.m yaşayış, 379,4 kv.m yardımçı sahədən ibarət, 16 otaqlı fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) yönəldilməsini, 25.12.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcların digər ipoteka predmetinə - Cavabdeh1 mülkiyyətində olan və Quba şəhəri, 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 157,5 kv.m ümumi, 81,6 kv.m yaşayış, 75,9 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) yönəldilməsini, evlərin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Bankın “Xaçmaz” filialı (bundan sonra – Filial) arasında bağlanmış 26.12.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə, illik 18 faiz dərəcəsi ilə, 42 ay müddətinə 92.900 manat və 25.12.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən isə kreditdən istifadəyə görə, illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişd ir. 26.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə Bank tərəfindən verilmiş kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 özünə məxsus fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə Cavabdeh1 və Cavabdeh2 26.12.2014-cü il tarixdə ”Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. 25.12.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank tərəfindən verilmiş kreditin ödənilməsinin təminatı olaraq isə Cavabdeh1 özünə məxsus fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə Cavabdeh1 arasında 26.12.2015-ci il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcunu lazımi qaydada və tam həcmdə ödəməmişdir. Bank borc un ödənilməsini dəfələrlə tələb etsə də, borc ödənilməmişdir. Nəticədə, Cavabdeh1 Banka borcu yaranmışdır ki, 26.12.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən əsas borcun məbləği 36.179,16 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun məbləği 2.962,12 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun məbləği 25.166,42 manat, 25.12.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən isə əsas borcun məbləği 60.000 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun məbləği 6.425,23 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun məbləği 11.083,33 manat təşkil edir. Borc ödənilmədiyindən Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 91 manat məbləğində dövlət rüsumları ödəmək məcburiyyətində qalmışdır. Ona gör ə də iddia təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar üzrə borc məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Zakir Əli oğlu kassasiya şikayətinə etiraz verərək apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılması və kasassiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəfin izah atı Məhkəməkollegiyasınıniclasında Cavabdeh1 vəkili X3 kassasiya şikayətinin məzmununa uyğun izahat edilməsini xahiş etdi. verərək, şikayətin təmin Məhkəməkollegiyasınıniclasında iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavadeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarını n prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 26.12.2014-cü il tarixLİ Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik 18 faiz dərəcəsi ilə, 42 ay müddətinə 92.900 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq digər Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə cavabdehlər arasında 26.12.2014-cü il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə, ipoteka predmeti tərəflərin razılığı ilə 126.000 manat məbləğində qiymətləndirilmişdir. 26.12.2014-cü il tarixli “Kassa məxaric orderindən” görünür ki, Cavabdeh1 həmin tarixdə Bankdan 92.900 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Quba rayonu, 23-cü məhəllədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə 18.10.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. 25.12.2015-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 illik 7 faiz dərəcəsi ilə 60 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında 26.12.2015-ci il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə, ipoteka predmeti tərəflərin razılığı ilə 60.000 manat məbləğində qiymətləndirilmişdir. 30.12.2015-ci il tarixli “Qəbzin” surətindən görünür ki, Cavabdeh1 həmin tarixdə Bankdan 60.000 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Quba rayonu, 32/33-cü məhəllədə yerləşən fərdi yaşayış evi T.Ələbərovun adına tam mülkiyyət hüququ ilə 17.12.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh1 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh1 26.12.2014cü il tarixli “Kredit müqaviləsi” üzrə 15.12.2017-ci il tarixə Banka olan əsas borcu 36.179,16 manat, faiz borcu 2.504,82 manat, cərimə borcu 26.251,78 manat; 26.12.2015ci il tarixli “Kredit müqaviləsi” üzrə 15.12.2017-ci il tarixə Banka olan əsas borcu 60.000 manat, faiz borcu 6.775,29 manat, cərimə borcu 12.133,33 manat, dövlət rüsumu borcu isə 91 manat məbləğindədir. İşd materiallarında olan görünür ki, Bank tərəfindən cavabdehlə rə borcun ödənilməsi tələbi barədə xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar olunmuşlar. İş materiallarından o da görünür ki, borcun ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsində qeydə alınmışdır “xxxx” MMC-nin hazırki iş üzrə verdiyi 13.10.2017-ci il tarixli, ******* №-li ekspert rəyinə görə, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 13.10.2017-ci il tarixə bazar dəyəri 123.000 manat; MMC-nin 13.10.2017-ci il tarixli, ******** №-li ekspert rəyinə görə, Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin bazar dəyəri isə 56.000 manatdır. “Ödəniş qəbzindən” görünür ki, iddianın verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtl əri pozmaqla icra edilməsi) başa düşülür. -445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddət çatdıqdan sonra kreditorun xatırlamasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlama üzrə gecikdirmiş sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdi rilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etm işdir ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında 26.12.2014-cü il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 18 faiz dərəcəsi ilə, 42 ay müddətinə 92.900 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq digər Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə cavabdehlər arasında 26.12.2014-cü il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə, ipoteka predmeti tərəflərin razılığı ilə 126.000 manat məbləğində qiymətləndirilmişdir. 26.12.2014-cü il tarixli “Kassa məxaric orderindən” görünür ki, Cavabdeh1 həmin tarixdə Bankdan 92.900 manat məbləğində pul götürmüşdür. 26.12.2014-cü il tarixli “Kassa məxaric orderindən” gör ünür ki, Cavabdeh1 həmin tarixdə Bankdan 92.900 manat məbləğində pul götürmüşdür. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Quba rayonu, ***** məhəllədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə 18.10.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh2 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. İddiaçı Bank ilə Cavabdeh1 arasında 25.12.2015-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 illik 7 faiz dərəcəsi ilə 60 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq C avabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında 26.12.2015-ci il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə, ipoteka predmeti tərəflərin razılığı ilə 60.000 manat məbləğində qiymətləndirilmişdir. 30.12.2015-ci il tarixli “Qəbzin” surətindən görünür ki, Cavabdeh1 həmin tarixdə Bankdan 60.000 manat məbləğində pul götürmüşdür. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Quba rayonu, ******* məhəllədə yerləşən fərdi yaşayış evi T6 adına tam mülkiyyət hüququ ilə 17.12.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh1 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. Ələkbərovun 26.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 15.12.2017-ci il tarixə Banka olan əsas borcu 36.179,16 manat, faiz borcu 2.504,82 manat, cərimə borcu 26.251,78 manat; 26.12.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə 15.12.2017-ci il tarixə Banka olan əsas borcu 60.000 manat, faiz borcu 6.775,29 manat, cərimə borcu 12.133,33 manat, dövlət rüsumu borcu isə 91 manat məbləğindədir. “xxxx” MMC-nin hazırki iş üzrə verdiyi 13.10.2017-ci il tarixli, 40M/1 №-li ekspert rəyinə görə, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 13.10.2017-ci il tarixə bazar dəyəri 123.000 manat; MMC-nin 13.10.2017-ci il tarixli, ****** №-li ekspert rəyinə görə, Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin bazar dəyəri isə 56.000 manatdır.Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən “Kredit müqavilələri” üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir, buna görə də o, Bank qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və p rosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-440/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-440/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver