Məhkəmə qərarları › İş №2(102)-440/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-440/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-440/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya baxışından çıxarılma (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4790/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə Cavabdeh iddiaçı birliyə vurduğu maddi zərərin əvəzi olaraq 7.495,20 manat, təbii qazdan qanuni istifadə etməsinə görə debitor borcunun ödənilməsi məqsədi ilə 232,36 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,28 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-65/2024 nömrəli xx.xx.2024-cü il tarixli qət naməsi ilə (hakim Ramilə Xəzri) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 232.36 manat borc və ödənilmiş dövlət rüsumuna görə 10 manatın tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 87,28 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20 və 21.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 21.1 və 21.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8, 5.2, 6.5, 6.6 və 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı Azəriqaz İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir.

6. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni “Q az təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 11.6, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olun araq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktlara və fotoşəkillərə laqeyd yanaşaraq düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. İddiaçı təbii qazdan istifadə etməmiş və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilməmişdir. İddiaçı ilə İddiaçı İB arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı qeyd edilən müqavilənin tələblərini pozaraq İddiaçı İB-nin vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsass ız varlanmaqla cavabdehə ziyan vurmasına baxmayaraq, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. İddiaçı əslində əldə etdiyi İddiaçı İB-nin mülkiyyətindəki qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

9. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-c i maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə

11. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddət i bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 12.Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-440/2025 nömrəli, 7 yanvar 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

14. Belə ki, kassasiya şikayətində iddiaçı öz arqumentlərini cavabdeh statusundan çıxış edərək əsaslandırmış və yekunda öz iddiasının rədd olunmasını xahiş etmiş, şikayətin məzmunu MPM-nin 407-ci maddəsinin tələbinə uyğun olmamışdır.

15. Kassasiya şikayətinə baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti üzrə iş baxışdan çıxarılmaqla verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayət inin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-440/2025 nömrəli, 7 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair 2(102)-440/2025 nömrəli, 7 yanvar 2025-ci il tarixli qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4790/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikay əti kassasiya baxışından çıxarılsın və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar