Məhkəmə qərarları › İş №2(102)-4401/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4401/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4401/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 13 mart 2017-ci il tarixli 2(041)-12/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rafiq Bağırov) iddia qismən təmin edilmiş, cavabdeh 07 dekabr 2015-ci il tarixli KRFS-10917 saylı kredit müqaviləsi üzrə 31400 ABŞ dolları əsas borc, 3864,08 AŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 36264,08 ABŞ dolları, habelə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəmədə iddia qaldırmağa görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeri olan evin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin iddiaçı “xxxx“ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satı ldığdan ən geci 1 ay ərzində cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2(106)-30/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Əhmədov sədrlik edən, məruzəçi, F.Soltanov və K.Bəşirov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Kürdəmir Rayon Məhkəməsinin 13 mart 2017-ci il tarixli 2(041)-12/2017 saylı qətnaməsi dəyişmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1və Cavabdeh2 31.400 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.864,08 ABŞ dolları faiz borcu və 2.764,68 cərimə borcu olmaqla-cəmi 38.028,76 ABŞ dollar borcun və iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, eyni zamanda məhkəmə iclasında tədqiq olunan sübutlara əhəmiyyət verməmişdir. Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun deyildir. Şirvan Apellyasiya Məhkəməsi qəbul etdiyi Qətnaməsində Azərbaycan Respublikası MM-nin MPM-nin 76-77, 82.3, 88, 217, 218.3-cü maddələrinin tələblərini pozmuşdur. Ona görə də Şir van Apellyasiya Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-n in 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qan unvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 07 dekabr 2015-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh1na 34 ay müddətinə, illik 18% faizlə, 31400 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri xidməti Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX serialı, ******* nömrəli Çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü e dilmişdir. “xxxx” ASC-nin Kürdəmir filialı ilə X1 arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinin surətindən məlum olur ki, X1 borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərınə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlandığı halda, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Ona görə məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh1 kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarması təmin edilməlidir. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə x ərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Şirvan Apelyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərardadı ilə cavabdehlərin mülkiyyətində olan ipoteka predmetinin, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiymətini müəyyən etmək məqsdədi ilə mütəxəssis rəyi alınması qərara alınmış və məhkəmə baxışında elan edilmiş “xxxx” MMC-nin 12 dekabr 2017-ci il Ç-950 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mülkiyyətdə olan 0,0445 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 92,4 kv.m ümumi, 48,4 kv.m yaşayış və 44.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 42000 (qırx iki min) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, qeyd olunan maddi hüquq normalarının mənasından da göründüyü kimi öhdəliklərin əmələ gəlməsinin ən geniş yayılmış və praktiki əsaslarından biri olan müqavilələr, mülki dövriyyədə hüquq və vəzifələrin əmələ gəlməsinin əsas mənbələrindən biridir. Hüquq ədəbiyyatında öhdəliklərin əmələ gəlməsinin iki əsası müəyyən edilmişdir. Bu da özünü müqavilə və qeyri-müqavilə əsasında öhdəliyin əmələ gəlməsi kimi təzahür edir. Ümumi qəbul edilmiş beynəlxalq prinsiplər əksi sübut edilməyənə qədər müqavilənin düzgünlük prezumpsiyası əsasından çıxış edir və tərəflərin iradə ifa dələrinin mötəbərliyi nəzərə alınmaqla münasibətlər təfsir olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə, tərəflər müqavilənin bütün mühüm şərtləri (essentiale negoti) barədə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri ləğv edilməyənə, etibarsız hala gəlməyənə qədər müqavilənin qüvvədə olması prezumpsiyası əsas götürülməlidir. Müqavilənin digər şərtləri olan təbii şərtlər, həmçinin tamamlayıcı şərtlər də uyğunsuzluq olmuş olsa belə, müqavilənin mövcudluğu qüvvədədir və bütün bu uyğunsuzluqlar müqavilənin tamlığı prezumpsiyasına xidmət edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi əsasında hüquqi qiymət verərək həmin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilərək sübutlar tam, hərtərəfli araşdırılmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab e dir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar