Məhkəmə qərarları › İş №2(102)-4403/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4403/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4403/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-4403/2024 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 no yabr 2024-cü il tarixli, 2(103)-5380/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilən məhkəmə aktları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərin əvəzinə görə kompensasiya qismində 59.388 manat və 269 manat dövlət rüsumu olmaqla, cəmi 59.657 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-c ü il tarixli, 2(006)2105/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2(103)-5380/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(006)2105/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25, 26, 30, 31.1, 32.3-32.5, 387.2.9-cu maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyət lərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarına istinad edərək göstərmişdir ki, tərəflər arasında bağlanılmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsinə əsasən fərdi sahibkar (VÖEN **********) olan iddiaçı özünə məxsus ünvan 1 ünvanında inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m olan qeyri-yaşayış sahəsini ayda 9.140 manat icarə haqqı ödəmək şərti ilə 16 avqust 2033-cü il tarixinə kimi cavabdehə icarəyə vermişdir. Qeyd edilən hallara uyğun olaraq, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərin əvəzi olaraq kompensasiya qismind ə 59.388 manat və 269 manat dövlət rüsumu olmaqla, cəmi 59.657 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Göründüyü kimi tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas iddiaçının (fərdi sahibkar) özünə məxsus olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsinin cavabdehin icarəsinə verdiyi, bunun nəticəsində müvafiq zərərə uğradığı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhk əməsində baxılmalıdır.

6. İddiaçı tərəf hazırkı mübahisənin kommersiya mübahisəsi olmadığına istinad edərək, tərəflər arasında hüquq münasibətləri yaranarkən onun vergi ödəyicisi olmadığını vurğulamışdır.

7. Bununla əlaqədar apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının sahibkar statusuna malik olmayan fiziki şəxs olaraq müqavilə bağlamaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması hazırkı işin məhkəmə aidiyyətinə hər hansı formada təsir göstərə bilməz.

8. Belə ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyy əti müəyyən edilən zaman, məhz mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması tələb edilir. Bu zaman fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması da işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

9. Göstərilənləri ümumiləşdirərək, apellyasiya in stansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri:

10. İddiaçı şikayət verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 99.3.3-cü, mülki Prosessual Məcəllənin 26, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

12. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, əmlakın icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyə tidir. İcarə müqaviləsinin tərəfi olan fiziki şəxsin VÖEN-in olması qanunvericiliyin tələbi deyildir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri X1 və uçotun Təşkili Baş İdarəsinin 09 oktyabr 2024-cü il tarixli məktubundan göründüyü kimi İddiaçı (VÖEN: **********) 11 mart 2016-cl il tarixində vergi uçotundan çıxarıldığı məlumdur. İcarə müqaviləsi isə 18 avqust 2023-cü il tarixində bağlanmışdır.

13. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyat a keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi v ə ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzər ə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

16. Qarışıq mə hkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

18. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçı fərdi sahibkarlıq statusuna məxsus fiziki şəxs, cavabdeh MMC isə hüquqi şəxs olmaqla, mübahisə onların arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir.

19. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması və iddianın tərəflərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə kommersiya məhkəməsinə aid olması qənaətinə gəlmişdir.

20. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçının VÖEN-nin uçotda olmaması aidiyyət qaydalarının pozulması üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında mübahisə yarandığı və iddia məhkəməyə verildiyi zaman iddiaçı artıq sahibkarlıq fəaliyyəti subyekti olmuş, mübahisə onun sahibliyində olan qeyri-yaşayış sahəsinin icarəyə verməklə, gəlir əldə edilməsi isə sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir.

21. Həmçinin iddiaçının Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə istinadı da əsassızdır. Belə ki, Vergi Məc əlləsinin qeyd olunan maddəsinin məqsədi vergi ödəyicisi ilə vergi orqanları arasında münasibətlərdə gəlirlərin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əmələ gəlməsinin müəyyən olunmasına yönəldilmişdir. İddiaların məhkəmə aidiyyətini isə Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları müəyyən edir. 22. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması iş in ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

23. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.

24. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərk ibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2(103)-5380/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar