Məhkəmə qərarları › İş №2(102)-4404/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4404/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4404/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-315/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 14 aprel 2015-ci il tarixdə İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə görə bank tərəfindən Cavabdeh1 12 ay müddətinə illik istifadə dərəcəsi 10 faiz olmaqla 230.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 14 aprel 2016-cı il tarixdə müqavilənin iştirakçıları arasında əlavə kredit müqaviləsi bağlanmaqla müqavilənin vaxtı bir il müddətinə, yəni 14 aprel 2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi heç bir təminat vasitəsi olmadan bağlanmış və müqavilənin qüvvədə olduğu 2 il müddət ərzində cavabdeh tərəfindən banka heç bir pul məbləği ödənilməmiş dir. Azərbaycan Respublikası 1 saylı İnzibati – İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı1 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən banka 230.000 ABŞ dolları məbləğində əsas kredit borcunun, 22.712,50 ABŞ dolları məbləğində Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış borcun, 64.336,20 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 317.048,70 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabd eh1 bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: E.A.Abdullayev) iddia qismən təmin edilərək, 230.000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22.712,50 ABŞ dolları borc və 64.336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317.048, 70 ABŞ dolları məbləğində pul ( ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək iddiaçı tərəf indən ona qarşı iddia irəli sürülərkən məhkəməyə kassa məxaric qəbzinin və hesabdan çıxarışların təqdim edilməməsini və onun banka kredit borcunun olmasının sübuta yetirilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-745/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək onunla bank arasında bir neçə kredit müqaviləsinin bağlanmasını və həmin müqavilələr üzrə banka müəyy ən məbləğdə ödəniş həyata keçirilməsini, lakin bank tərəfindən bütün müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarışın təqdim edilməklə həmin çıxarışda hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borcun verilməsini müəyyən etməyin mümkün olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3582/20 saylı, 10 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və G.A.Quliyev) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-745/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün h əmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-315/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, bankın iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Cavabdeh1 kr edit müqaviləsini imzalamaqla və müqavilənin müddətinin daha bir il müddətinə uzadılmasını tələb etməklə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsində göstərilən pul məbləğini almasını təsdiq etməsini, pulun ödənilməsini inkar etsə də, kredit müqaviləsinin ləğv edilməsini tələb etmədiyini, cavabdehin kredit müqaviləsində göstərilən 230.000 ABŞ dollarını almasını, lakin öhdəliyinə əməl etməyərək borcu və ona hesablanmış faizləri ödəməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, bankın iddia tələbinin tam təmin olunması və ya işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasi ya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mad də 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüqu qun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnaməni n qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi bankın ləğvedicisinin iddia tələbini rədd edərkən cavabdehə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsində göstərilən pul məbləğinin verilməsinin bank tərəfindən sübuta yetirilməməsini və işdə kreditin verilməsini təsdiq edən sübutların olmamasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, həmin nəticə işdə olan sübutlara tam və hərtərəfli qiymət verilmədən çıxarıldığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi Cavabdeh1 bilavasitə iştirakı ilə bağlanmış və həmin müqavilədə tərəflərin hüquq və vəzifələri, eləcə də məsuliyyəti müəyyən olunmuşdur. Müqavilə cavabdeh tərəfindən imzalanmış və müqavilədə cavabdehin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və s. göstərilmişdir. Həmin müqaviləyə əsasən bank cavabdehə 230.000 ABŞ dolları məbləğində krediti vermək, cavabdeh isə həmin krediti 12 ay müddətinə ödəniş qrafikinə uyğun olaraq ona hesablanmış faizlərlə birlikdə banka qaytarmaq barədə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh1, kassasiya şikayətində kredit müqaviləsində göstərilən pul məbləğinin ona verilməsinin sübuta yetirilməməsini iddia etsə də, işdən görünür ki, o, iş üzrə keçirilmiş məhkəmə iclaslarının heç birində iştirak etməmiş (bütün məhkəmə instansiyalarında) və onunla kredit müqaviləsinin bağlanmamasını və müqavilədə göstərilən pul məbləğinin ona verilməməsini iddia etməmişdir. Apel lyasiya instansiyası məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində isə kredit müqaviləsini imzalamasını və müəyyən ödənişlər etməsini dolayısı ilə təsdiq etmişdir. (i/v 78-79) Əgər bank həqiqətən də kredit müqaviləsi üzrə öhdəliyinə əməl etməyib orada göstərilən pul məbləğinin cavabdehə verilməsini təmin etməmişdirsə, belə vəziyyətdə cavabdehin həmin pul məbləğini bankdan tələb etməyib, kreditin müddətinin daha bir il müddətinə uzadılması barədə 14 aprel 2016-cı il tarixli əlavə kredit müqaviləsinin imzalanması onun kassasiya şikayətində göstərdiyi dəlillərin həqiqiliyinə ciddi şübhə yaradır. İşə apellyasiya qaydasında təkrar baxılarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin kredit müqaviləsinin bağlandığı ərəfədə bankda işləməsini göstərmişdir (ya qaravulçu, ya da sürücü). (i/v 172) Eləcə də kredit müqaviləsi cavabdehlə təminatsız bağlanmış və aşağı faiz dərəcəsi (10 %) müəyyən olunmuşdur. Belə bir vəziyyətdə ləğvedicinin kassa-məxaric orderini aşkar edib məhkəməyə təqdim edə bilməməsi cavabdehə kreditin verilməsini təkzib edən mübahisəsiz sübut kimi qəbul edilə bilməz. İddiaçının nümayəndəsinin yuxarıda göstərilən izahatından həmçinin görünür ki, kredit müqaviləsinin daha bir il müddətinə uzadılması üçün cavabdeh ərizə ilə banka müraciət etmiş və müqavilənin müddətinin uzadılması məhz həmin ərizə əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) Kollegiya hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarına MPM-nin 88-ci maddəsinin tələbləri baxımından obyektiv, hərtərəfli və tam qiymət verməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kol legiya QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-315/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar