Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4404/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcunun ödənilməsi tələbi, kredit müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1161/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı BOKT İddiaçı QSC-nin kassasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Nəqliyyat filalı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə 10679 sayl və 21 sentyabr 2010-cu il tarixdə 10936 saylı kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələrinə əsasən müvafiq olaraq sonuncuya 36 ay müddətinə illik 14 faizlə 840000 və 870000 manat məbləğində kredit verilmişdir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-26 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi (kredit) 407762,46 manat faiz borcu var, əsas və cəri mə faizləri (dəbbə məbləği) yoxdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı, 14 oktyabr 2016-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Xəqani Mahmud oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsinə əsasən 840000 manat və xx.xx.2010-cu il tarixli, 10936 №-li kredit müqaviləsinə əsasən 870000 manat pulu Nəqliyyat filialının kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı BOKT İddiaçı QSC (bundan sonra “iddiaçı” və ya “BOKT”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cava bdeh (bundan sonra “cavabdeh” və ya “borclu”) BOKT-un xeyrinə kredit müqaviləsi üzrə 407762,46 manat faiz borcunun və 697,76 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti nin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SFK-26 saylı, xx.xx.2017ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. 7. "xxxx" ASC-nin Nəqliyyat filalı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə 10679 sayl və 21 sentyabr 2010-cu il tarixdə 10936 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 faizlə 840000 və 870000 manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin müqaviləyə (5.4 bəndi)əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır.
8. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14 faizlə hesablanır. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazıra qədər cavabdehin müqavilə üzrə 407762,46 borcu var.
9. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
10. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 385, 442, 448.1, 501 və 739-cu maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddiya etiraz edərək göstərib ki, müqavilələrdəki və 24 sentyabr 2010-cu il tarixli məxaric orderindəki imzanın ona məxsus olmasını, lakin kredit üzrə verilən məbləi özünün deyil, bankın rəhbərliyi tərəfindən götürülməsini bildirmişdir.
12. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 9/9434 saylı ekspert rəyinə əsa sən cavabdehin xx.xx.2010-cu il tarixli, № 10936 saylı kredit müqaviləsi üzrə: həmin kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına uyğun olaraq xx.xx.2017-ci il tarixə (hesabdan çıxarışda göstərilən tarixə faiz borcu 131836,32 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 27631,20 manat olmaqla cəmi 159467,52 manat; xx.xx.2010-cu il tarixli, № 10679 saylı kredit müqaviləsi üzrə: həmin kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına uyğun olaraq xx.xx.2017-ci il tarixə (hesabdan çıxarışda göstərilən tarixə) faiz borcu 352800 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 34883,33 manat olmaqla, cəmi 387683,33 manatdır.
15. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2023 -cü il tarixli, 2(060)-170/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçıdan tutularaq X2 ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
17. Birinci instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmünə istinadən müəyyən etmişdir "xxxx" ASC cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə MMin 340.1-ci maddəsinə müvafiq olaraq əhəmiyyətsizdir.
18. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı gəldiyi nəticəyə əsaslanaraq iddia müddətinin tətbiq edilməsinin zəruri olmadığı qənaətinə gəlmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 340.1-ci, Mülki Prosessual Məcllənin 82.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələr inin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandrımışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı apellyasiya baxışında apellyasiya şikayətini belə əsaslandırıb: - birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnaməni belə əsaslandırıb ki, iş materiallarında olan kredit müqaviləsi görünüş üçün bağlanılıb və uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Lakin məhkəmənin qətnaməsindən də görünür ki, qətnamənin əsası cavabdehin izahatıdır. Yəni guya cavabdehə ayrılmış kredit məbləği bankın kassasında qalmış və bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Halbuki cavabdehin ona ayrılmış kr editi alması barədə xx.xx.2010-cu il tarixli məxaric orderinin imzalanması barədə mötəbər sübut mövcuddur. Əsas borc ödənilib; - faiz borcu hesabdan çıxarışda göstərilən məbləğdə tələb edilir. Bu məqsədlə birinci instansiya məhkəməsində ekspertiza keçirilib və iş materiallarında rəy var. Faiz borcu, ümumiyyətlə, ödənilməyib. Tələb başqa bankdan güzəşt olunduğundan əsas borcun ödənilmə forması və müddəti aydın deyil. Qrafik də onlarda yoxdur.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1161/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)
23. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin verdiyi izahata uyğun əsaslandırma aparmışdır. Halbuki, cavabdehin pul vəsaitinin qəbul etməsi barədə xx.xx.2010-cu il tarixli məxaric orderini imzalaması barədə mötəbər sübut mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Maddə 340.1 uydurma əqd ona uy ğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyində n hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
32. İddia tələbi "xxxx" ASC-nin Nəqliyyat filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli k redit müqavilələri üzrə faiz borcunun qaytarılması barədədir.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə təqsiri müəyyən edilmiş və bank adından hərəkət edən şəxslərin "xxxx" ASC-nin Nəqliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinə əsasən iddiaçıya pul vermək, yəni iddiaçı üçün əqd bağlamaqla hüquqi nəticə yaratmaq niyyətində olmadıqları müəyyən edilmişdir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyə n edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022№-li, 14 iyun 2022-ci il tarixli Qərardadında da qeyd edilmişdir ki, hər hansı bir əqdə əsasl anaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir.
36. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən məhkəmələrin kredit müqaviləsi üzrə qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
37. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmlər iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələbi əsaslandığı əqdə qiymət verməklə işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymət ləndirmişdir.
38. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
39. Məhkəmə kollegiyası cavabdehin pul vəsaitinin qəbul etməsi barədə xx.xx.2010-cu il tarixli məxaric orderini imzalaması və faiz borcunun mövcud olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.
40. Bir halda ki, iddiaçı ilə bağlanmış kredit müqavilələri uydurma əqdlər olması əsası ilə etibarsız hesab edilib, belə olan halda həmin əqdlər üzrə iddiaçının faiz borcunun olması barədə dəlillər əsaslı sayıla bilməz.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1161/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.