Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4407/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-2009/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim T.B.Abbaslı) 06 noyabr 2017-ci il tarixli, 2(056)778/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin iddiası qismən təmin edilmiş, 19 s entyabr 2014-cü il tarixli 14038/248125 nömrəli kredit müaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24,535 ABŞ dolları əsas kredit borcu, 2846,06 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 100 ABŞ dolları penya, cəmi 27481,06 ABŞ dolları borcun tutulması, tutmanın Cavabdeh1 məxsus olan ünvan1 küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 113.8 kv.m yaşayış sahəsindən, 315.5 kv.m köməkçi sahədən ibarət 79 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun təmin olunmuş hissəsi olaraq 29 manat 60 qəpiyin cavad ehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), M.K.Hüsənov və Z.A.Zeynalov) 2(106)-2009/2018 nömrəli, 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməsi, Sabirabad Rayon Мəhkəməsinin 06 noyabr 2017ci il tarixli, 2(056)-778/2017 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması iddia qismən təmin edilməsi, İddiaçı-nin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli 14038-/248125 nömrəli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh1 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24,535 ABŞ dolları əsas kredit borcu, 2815,76 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 100 ABŞ dolları penya olmaqla cəmi 27450,76 ABŞ dolları borc tutulması, borcun ödənilməsi, ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla manatla həyata keçirilməsi, tutma Cavabdeh1 məxsus olan Sabirabad şəhəri, Xudu Məmmədov küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 113.8 kv.m yaşayış sahədən, 315.5 kv.m köməkçi sahədən ibarət 79 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ev açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənilməsi, ipoteka predmeti olan evin ilkin satış qiyməti 37 000 manat müəyyən edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xxxxxxxxxxxxx saylı 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 24353 ABŞ dolları kredit borcu, 2815,76 ABŞ dolları faiz borcu, 454,83 ABŞ dolları penya olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla cəmi 27805,59 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cav abdeh1 məxsus olan Sabirabad şəhəri, Xudu Məmmədov küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 113.8 kv.m yaşayış sahədən, 315.5 kv.m köməkçi sahədən ibarət 79 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan1 küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 113,8 kv.m yaşayış sahədən, 315,5 kv.m köməkçi sahədən ibarət 79 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinni satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissəd ə cavabdehlər Cavabdeh1, Cavabdeh2 ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-2009/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏR ƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-2009/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göst ərə bilər. İşin faktiki hallarından görünür ki, tərəflər arasında aşağıdakı kredit və ipoteka müqavilələri bağlanmışdır. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən borcalan Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 25490 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan, ünvan1 küçəsi, 0,05 ha torpaq sahəsində yerləşən 113.8 kv.m yaşayış sahədən, 315.5 kv.m köməkçi sahədən ibarət 79 nömrəli fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi bank qarşısında yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı əsasında 45.000 manat müəyyən edilmişdir. 02.06.2015-ci il tarixdə kredit müqaviləsinin restrukturuzasiyası apar ılmış, müqavilənin müddəti 02.05.2019-cu ilədək uzadılmışdır. İddiaçı tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, 26 noyabr 2015-ci il tarixə Cavabdeh1 24535 ABŞ dolları kredit borcu, 2815,76 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 454,83 ABŞ dolları penya olmaqla, cəmi 27805,59 ABŞ dolları kredit borcu vardır. «xxxx» ASC tərəfindən cavabdehlərə kredit borcunun ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İşin hallarından görünür ki, kredit borcunun ödənilməsində pozuntular olduğu üçün iddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması halları olduğu halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmi ş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilən Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Cavabdehlərin müqavilə şərtlərini pozması, borcun ödənilməsinin təmin edilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu l ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yön əldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, apellyasiya instnasiyası məhkəməsi birinci instansiya məhkəməsinin kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə gəldiyi nəticəsi ilə razılaşmışdır. Cavabdeh tərəf borcun məbləğinə etiraz etdiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 27 sentyabr 2017-ci il tarixli rəyinə görə, 19 sentyabr 2014cü il tarixli, xxxxxxxx saylı kredit müqaviləsinin şərtləri, eləcə də 02 iyun 2015-ci il tarixli razılaşmanmın şərtlərini nəzərə alınmaqla Cavabdeh1 İddiaçı-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 26 noyabr 2015-ci il tarixə əsas borc üzrə 24,535 ABŞ dolları və faiz borcu üzrə 2846,06 ABŞ dollarıdır. İddiaçı tələbində daha az miqdarda- 2815,76 ABŞ dolları məbləğində faiz borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Məhkəmə Qanunun bu tələbinə d ə əməl etməmiş, hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. İş üzrə məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Bu məqsədlə, Şirvan Apelyasiya Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxx” MMC-nin 27 sentyabr 2018-ci il tarixli xxxx/BR/18 nömrəli qiymətləndirmə rəyi ilə ipoteka predmetinin vizual dəyəri 37.000 manat müəyyən edilmişdir. Apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qiymətləndiricinin rəyi əsas götürülməklə məhkəmə qətnaməsində ilkin satış qiyməti də müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl ləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş in materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-2009/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-2009/2018 nömr əli iş üzrə 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4407/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4407/2019
28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver