Məhkəmə qərarları › İş №2(102)-4407/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4407/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4407/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızına qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-899/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsində n cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehə məxsus ünvan (Yevlax rayonu Kövər kəndi, abunə kodu **********00230) iddiaçı tərəfindən elektrik enerjisi ilə təchiz olunmuş və cavabdehə məxsus ünvan elektrik sayğacı ilə təmin edilmişdir.

2. Abunə kodu **********00230 olan abunə haqqında sənəddən görünür ki, cavabdehin Yevlax rayonu Kövər kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 5.957,70 manat borcu vardır.

3. Cavabdeh məcburi köçkün statusunda olan şəxsdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) cavabdeh Mustafayeva (Cəl ilova) Nailə Hidayət qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaranmış 5.957,70 manat borcun və ödənilmiş 63,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixdən elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin "Proqram bazasında” **********00230 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2016-ci il tarixinə istifadə etmiş, xx.xx.2016-cı il tarixində n hal-hazıra kimi isə M550 tipli, zavod nömrəsi 18932939 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alğı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin X1yə görə xx.xx.2015-ci il tarixinə 3.019,18 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən xx.xx.2021-ci il tarixinə kimi cavabdehin yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 4.863,95 manat təşkil edən 69485 kvt.saat miqdarında elektrik enerjisi istehlak etmişdir. xx.xx.2016-cı il tarixindən "xxxx" ASC tərəfindən məcburi köçkünlərin X1yə görə yaranmış debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaranmış 3.526,70 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Cavabdehin yaşadığı ünvana 14 yanvar 2021-ci il tarixli, 45 №-li pretenziya göndərilərək həmin tarixə X1yə görə yaranmış 3.395,72 manat məbləğində debitor borcunun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbardarlıq edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixdə ona ünvanlanmış pre tenziyanı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh tərəfindən 2017-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayına kimi olan dövrdə dəyəri 6.132,45 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Onun Yevlax EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan **********00230 saylı istehlakçı kodu üzrə hesabına dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş “limitə” (ailə üzvlərinin sayına görə) uyğun olaraq 2.394 manat məbləğində ödəniş edilmişdir. Limitdən artıq istehlak edilmiş 2.471,88 manat məbləğində elektrik enerjisi nəzərə alınmaqla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə 5.957,70 manat məbləğində debitor borcu yaranmışdır.

6. Cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, maddi imkanı olm adığı üçün yaranmış borcu ödəmək imkanı yoxdur. Həmçinin hesablanmış borc şişirdilmişdir.

7. Yevlax Rayon Məhkəməsinin 2(039)- 567/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 5957, 70 manat məbləğində borc və 63,40 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızından "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh istehlak etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 5.957,70 manat borcu yaranmışdır.

9. Məhəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik ene rjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 9.10-cü bəndinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan məbləğ iddiaçı tərəfindən həddindən artıq şişirdilmiş bir məbləğdir. Ona görə də, hazırkı qət edilmiş qətnamə onun hüququnu pozur. Belə ki, müqavilə şə rtlərində qeyd olunur ki, iddiaçı tərəf istehlakçını keyfiyyətli və dayanıqılı elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürür. Lakin elektrik enerjisinin verilişində müəyyən fasilələr olmuşdur. Bu vəziyyətdə elektrik enerjisinin verilişinin keyfiyyətliliyindən və dayanıqlılığından söhbət gedə bilməz. Ona görə də hesab edir ki, iddiaçı öhdəliyini layiqincə yerinə yetirməmiş və eyni zamanda borc məbləğini həddindən artıq şişirtmişdir. Eyni zamanda, o, Kəlbəcər rayonundan məcburi köçkündür. Yuxarıda qeyd olunan ünvanda müvəqqəti məskunlaşıb. Beş dəfə ağır əməliyyat olunub. Həyat yoldaşı şəhid olmuşdur. Tək qadındır. Səhhəti çox ağırdır. İşləyə bilmir. Ona görə də borc üzrlü səbəblərdən yaranmışdır. Göründüyü kimi qeyd etdikləri nəzərə alınmamış və məhkəmə tərəfindən qəbul edilmiş bu qətn amə birbaşa hüquqlarının pozulması ilə nəticələnmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-899/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cavadova (sədrlik edən və məruzəçi) M.Əsədli və V.Məlikovdan ibarət tərkibdə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət b üdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir.

15. Həmin kateqoriya şəxslər üçün dövlət büdcəsindən ödənişlər 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinətlə əvəz edildiyi üçün istifadə olunmuş elektrik enerjisinin haqqı ödənilməlidir. Göründüyü kimi iddiaçının tələb etdiyi 5.957,70 manat məbləğində borc 2017-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində sayğac göstəricilərinə əsasən X1yə görə yaranmışdır. Cavabdeh həmin borcun düzgün hesablanmamısını bildirsə də, tərəfindən aparılmış ödənişlərin nəzərə alınmaması və ya sayğac göstəricilərinin düzgün olmamasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmiş, əksinə yaranmış borcun ödənilməməsini maddi vəziyyəti və səhhəti ilə əlaqələndirmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.1, 9.10-cu bəndlərinə və MPM-nin 14.2, 77.1, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayə tinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuni liyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq X1 Qaydaları

22. Bənd 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

23. Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cüml ədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

24. Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

25. Bənd 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddəti ndə ödəməlidir.

26. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdi yi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassas iya şikayətinin dəlilləri iddiaçının birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşlıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

39. Belə ki, mübahisənin mahiyyəti X1 üzrə yaranmış borcun ödənilməsindən ibarətdir və yaranmış mübahisə tərəflər arasında bağlanmış müqavilənin şərtləri, yuxarıda qeyd olunan “X1 Qaydaları”nın və Mülki Məcəllənin müqavilə öhdəliklərinin icrasını tənzimləyən normaları əsasında həllini tapmalıdır. İş materiallarından göründüyü tərəflər arasında elektrik təchizatı barədə müqavilə bağlanmış, iddiaçı elektrik təchizatçısı olaraq cavabdehi elektrik enerjisi ilə təchiz etmək, cavab deh isə istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödəməyi öhdəsinə götürmüşdür.

40. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etmiş, lakin cavabdeh istifadə olunmuş elektrik enerjisinin haqqını tam ödəməmiş, bununla da yuxarıda qeyd olunan Qaydaların 8.14-ci bəndinin və Mülki Məcəllənin 425.1-ci maddələrinin tələblərini pozmuşdur.

41. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyəni n sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Cavavdeh müqavilə şərtlərinin pozduğuna görə məhəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyi ndən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-899/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar