Məhkəmə qərarları › İş №2(102)-441/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-441/2019

21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-441/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102) - 441/2019 şəhəri 21 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X9, X3 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, Cavabdeh prosessual hüquq varisi X6 vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli, 2(103)9673/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Ə.Axundova) 04 iyun 2018-ci il tarixli, 2(003)-1878/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 5228 (beş min iki yüz iyirmi səkkiz) manat 96 (doxsan altı) qəpik məbləğində əsas, 1213 (bir min iki yüz on üç) manat 66 (altmış altı) qəpik məbləğində faiz borcu, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6472 (altı min dörd yüz yetmiş iki) manat 62 (altmış iki) qəpik məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, V.M.Məmmədov və R.Ə.Qurbanov) 21.08.2018-ci il tarixli, 2(103)-9673/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 21.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit müqaviləsi bankla X5 arasında bağlanmışdır. Faktiki olaraq kredit məbləği ona yox X4 ödənilmişdir. Onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin bank kredit məbləğini bütövlüklə ondan tələb edir. Məhkəmə bu halı ümumiyyətlə nəzərə almamışdır. Cavabdeh kassasiya şikayətini verdikdən sonra 20.12.2018-ci il tarixdə vəfat etdiyindən məhkəmə iclasında onun proses sual hüquq varisi qismində oğlu X7 cəlb edilmişdir. Cavabdeh prosessual hüquq varisi X1 vəkili *** kassasiya şikayətini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.08.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, RO/l 7337/54/22 saylı, 12.10.2015-ci il tarixli kredit sazişinə əsasən, İddiaçı X4 44 ay müddətinə illik 28 % hesablanmaqla 5537 (beş min beş yüz otuz yeddi) manat məbləğində kredit vermişdir. 12.10.2015-ci il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı tərəfindən X4 5537 (beş min beş yüz otuz y eddi) manat məbləğində nağd pul verilmişdir. Ödəniş cədvəlinin surətinə əsasən, X5 12.11.2015-ci il tarixdən 12.06.2019-cu il tarixədək İddiaçı-yə 5537 manat əsas kredit borcu, 3377,95 manat faiz borcu olmaqla, cəmi 8914,95 manat məbləğində borcu ödəməli idi. İddiaçı Cavabdeh arasında 12.10.2015-ci il tarixdə RO/l 7337/54/22 saylı, 12.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 15.02.2018-ci il tarixli bildirişdən görünür ki, banka olan kredit üzrə borcun əsas borclu tərəfindən ödənilmədiyi və zaminlik müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş 26.02.2018-ci il tarixli arayışa əsasən, X2 İddiaçı-yə 5228 (beş min iki yüz iyirmi səkkiz) manat 96 (doxsan altı) qəpik məbləğində əsas, 1213 (bir min iki yüz on üç) manat 66 (altmış altı) qəpik məbləğində faiz borcu vardır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcə llə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı apellyasiya instansiyası məhkəməso tərərinfdən müəyyən edilmişdir ki, X5 ilə İddiaçı arasında bağlanmış 12.10.2015-ci il tarix li, RO/17337/54/22 saylı kredit sazişinə əsasən *** 44 ay müddətinə illik 28 % hesablanmaqla 5537 (beş min beş yüz otuz yeddi) manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh olan zamin iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdirlər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaş araq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiy a şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli, 2(103)-9673/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar