Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-441/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-441/22 (Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(107)795/2021 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 11.082,01 ABŞ dolları, faizə görə 1.247,45 ABŞ dolları, cəriməyə görə 1.348,40 ABŞ dolları olmaqla, cəmi 13.677, 86 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.V.Hacıyev) iddia qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 13.200 manat, faizə görə 2.215,90 manat olmaqla, cəmi 15.415,90 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi və iddianın digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid qa lan hissədə təmin edilməməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 10 dekabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 12.745 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3lə 10 dekabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlanıb. Daha sonra, tərəflər arasında 08 dekabr 2015-ci il tarixdə 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma imzalanıb. Həmin razılaşmaya əsasən, kredit müqaviləsi üzrə əsas borcun qalığı, hesablanmış faiz məbləği və cərimələr cəmləşir və manata konvertasiya olunur (məzənnə 1.055) və restrukturizasiya e dilməsindən sonra kreditin məbləği 13.200 manat müəyyən edilib. Tərəflər arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən, kreditin qalıq məbləğinə faizlər illik 29 faiz, kreditin bitmə müddəti isə 10 dekabr 2018-ci il tarixədək müəyyən edilib. Lakin, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, borclu Cavabdeh1 tərəfindən iddiaçıya 18 iyun 2020-ci il tarixədək cəmi 9.300 manat ödəniş aparılıb, həmin məbləğin hamısı faiz borcuna silinib, əsas borc üzrə ödəniş aparılmayıb. Hazırda, Cavabdeh1 iddiaçıya olan əsas borcu 13.200 manat, faiz borcu isə 2.215,90 manat təşkil edir. 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 08 dekabr 2015-ci il tarixli razılaşma üzrə kreditin qalıq məbləğinə faizlər illik 29 faiz müəyyən edilib. Həmin razılaşma zaminlərin razılığı olmadan öhdəliyin dəyişməsinə, zaminlər Cavabdeh2 və Cavabdeh3 məsuliyyətinin artmasına və onlar üçün digər əlverişsiz nəticələrə səbəb olub. Bu səbəbdən də iddiaçı kredit borcunu zaminlər Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlı olmayıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386, 442, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansi yası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi qismən 13.200 manat əsas borcun 8.300 manatına aid hissəsində ləğv edilib, iddia 8.300 manata aid hissədə rədd edilib və qətnamə qalan mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğinə aid hissədə səhv nəticəyə gəlib, qalan mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarını n tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386, 442, 443, 448.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki,apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzr ə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya l azımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydas ında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 12.745 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3lə 10 dekabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlanıb. Daha sonra, tərəflər arasında 08 dekabr 2015-ci il tarixdə 10 dekabr 2014-cü il tarixl i kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma imzalanıb. Həmin razılaşmaya əsasən, kredit müqaviləsi üzrə əsas borcun qalığı, hesablanmış faiz məbləği və cərimələr cəmləşir və manata konvertasiya olunur (məzənnə 1.055) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 13.200 manat müəyyən edilib. Tərəflər arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən, kreditin qalıq məbləğinə faizlər illik 29 faiz, kreditin bitmə müddəti isə 10 dekabr 2018-ci il tarixədək müəyyən edilib. Lakin, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, borclu Cavabdeh1 tərəfindən iddiaçıya 18 iyun 2020-ci il tarixədək cəmi 9.300 manat ödəniş aparılı b, həmin məbləğin hamısı faiz borcuna silinib, əsas borc üzrə ödəniş aparılmayıb. Hazırda, Cavabdeh1 iddiaçıya olan əsas borcu 13.200 manat, faiz borcu isə 2.215,90 manat təşkil edir. 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 08 dekabr 2015-ci il tarixli razılaşma üzrə kreditin qalıq məbləğinə faizlər illik 29 faiz müəyyən edilib. Həmin razılaşma zaminlərin razılığı olmadan öhdəliyin dəyişməsinə, zaminlər Cavabdeh2 və Cavabdeh3 məsuliyyətinin artmasına və onlar üçün digər əlverişsiz nəticələrə səbəb olub. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya olan əsas borcu iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Həmin Eekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş mate riallar əsasında keçirilərək, Cavabdeh1 kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi, sözügedən ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırıb düzgün olaraq qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsas borc olan 13.200 manatın 8.300 manatına aid hissədə ləğv edilməlidir. Cavabdeh1 kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, p rosessual hüquq normalarının tələblərini pozduğunu, kredit borcunun, məhkəmə xərclərinin düzgün müəyyən edilmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, Cavabdeh1 kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(107)-795/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-441/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-441/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver