Məhkəmə qərarları › İş №2(102)-441/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-441/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-441/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdeh1 hüquq varisi İsmayılova Mətanət Əmiraslan qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(104)53/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 noyabr 2019-cu il tarixli, 26578 saylı Ekspert Rəyinin surətindən görünür ki, Ekspertiza Mərkəzinə təqdim edilmiş 136 adda əmlakın dəyəri 12.496 manat təşkil edir.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)151/2020 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilərək, ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğu üçün o, cinayət məsuliyyətindən azad edilmişdir.

3. Həmin cinayət işinin materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarda və digər avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədqiqat obyektlərinin, 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12.496 manat müəyyən edilmişdir: O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat; İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat; Elgün Əliyevə məxsus 10 adda əmlak üzrə 568 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4.011 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(104)-85/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı dəyişd irilmədən saxlanılmışdır.

5. AZ-İİ seriyalı, 045516 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 07 may 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 may 2021-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir.

6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh1 adına reyestrdən çıxarış tərtib edilməmişdir.

7. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi, Şəmkir rayon 1 saylı notariat ofisinin 27 oktyabr 2022-ci il tarixli, 1737 saylı məktubundan görünür ki, 20 may 2021-c i il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 Mastan oğlundan miras qalmış əmlaka dair Gədəbəy rayonu, notariat ofisində övladı İsmayılova Mətanət Əmiraslan qızının ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(104)-264/2022 nömrəli qərardadı ilə Cavabdeh1 hüquqi varisi kimi qızı İsmayılova Mətanət Əmiraslan qızı tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən on lara dəymiş 12.496 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onlar arasında mülki mübahisələri olmuşdur. 31 avqust 2019-cu il tarixdə onların yaşadıqları evin damına gizlətmiş olduğu 16 kalibrli “VİİK” modelli tüfənglə R.Əliyevanı və A.Əliyevi öldürmək məqsədi ilə güllə atmış və nəticədə R.Əliyevanın sağ qıçına və sağ qoluna oğlunun isə belinin omba hissəsinə qırma dolmuşdur. Bununla kifayətlənməyən Cavabdeh1 əvvəlcədən almış olduğu benzinlə dolu kapron qabda olan benzini onların yaşadıqları otağa və evin ikinci mərtəbəsinə tökərək yandırmışdır. Nəticədə onlara və azyaşlı uşaqlarına aid olan geyim məişət və qızıl əşyaları yanıb məhv olmuşdur. Cav abdeh1 törətmiş olduğu cinayət əməlinə görə AR CM-nin 29,120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29.120.2.9, 134 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmış və Gəncə Ağır Cinayətlər məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarı ilə o, anlaqsız hesab olunaraq Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Həmin cinayət işinin istintaqı zamanı ekspert cəlb edilmiş və ekspertin 20 noyabr 2019-ci il tarixli rəyi ilə ümumilikdə onlara 12.496 manat ziyan dəyməsi müəyyən edilmişdir. Həmin cinayət işinin istintaqı zamanı mülki iddia olmamışdır.

11. Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 həmin hadisəni törətdikdən sonra məhkəmə aktına əsasən cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yəni, həmin vaxt onun törətdiyi əmələ görə özü cavabdehlik daşımışdır. Cavabdeh1 yalnız cinayət işinin gedişi zamanı Gədəbəy Rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 4(042)-5/2020 saylı qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, qızı Qanuni nümayəndə ona qanuni nümayəndə təyin edilmişdir. Qanuni nümayəndə Məstan qızı hadisə törədildikdən sonra Cavabdeh1 qanuni nümayəndə təyin edildiyindən onun təqsiri və hadisəyə görə məsuliyyət daşıması qanunda nəzərdə tutulmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1105.1 və 1105.2-ci maddələrinə, habelə Mülki Pro sessual Məcəllənin 49.3, 49.4, 72.1, 216-227, 358-360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə, prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə göstərilir ki, Cavabdeh1 həmin hadisəni törətdikdən sonra cinayət prosessual fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilmişdir. Yəni, həmin vaxt qanuni nümayəndə yox onun özü məsul iyyət daşıyırdı. Bildirirlər ki, bu gün X1 adına daşınmaz əmlak kimi torpaq sahəsi vardır. Bu torpaq sahəsi ilə bağlı Cavabdeh1 yox onun qanuni nümayəndəsi sərəncam verə bilər.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-53/2023 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, Cavabdeh1 hüquqi varisi İsmayılova Mətanət Əmiraslan qızından 1.245 manat pulun tutulub İddiaçı1, 2.494 manat pulun tutulub iddiaçı X2, 983 manat pulun tutulub İddiaçı2 verilməsi və qalan hissədə iddianı n rədd olunması qət edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, “üzvi mənşəli şəxsiyyət pozuntusu” dekompensasiya vəziyyətində olmuş mərhum Cavabdeh1 31 avqust 2019-cu il tarixdə, saat 12 radələrində tamah məqsədilə İddiaçı1, İddiaçı3, X8, 05 yanvar 2013-cü il təvəllüdlü azyaşlı X4, İddiaçı2, X9, X5 öldürüb sonuncuların yaşadıqları rayonun Arısu kəndində yerləşən fərdi yaşa yış evinə sahiblənmək kimi maddi mənfəət əldə etməklə əlaqədar həmin fərdi yaşayış evini benzin vasitəsilə yandırmış və nəticədə iddiaçılara maddi ziyan dəymişdir. Həmçinin, cavabdeh cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. Cavabdeh1 həmin əməlinə görə Gəncə Ağır Cinayətlər məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilməsi və onun ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğuna görə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Həmin hökmdən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayə ti Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(104)-85/2021 saylı qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. İşin qeyd olunan halları qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapır. Gəncə Ağır Cinayətlər məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin yanması nəticəsində yaranmış qüsurların aradan qaldırlması üçün aparılmalı təmir-tikinti işləri ilə bağlı İddiaçı1, İddiaçı3 və İddiaçı2 birlikdə cəmi 6.804 manat, həmçinin ayrı-ayrılıqda İddiaçı1 məxsus 10 adda əşyaların, yəni 1 ədəd dəri kurtkanın, 1 ədəd dəri yaz kurtkanın, 4 ədəd yubkanın, 5 ədəd qış koftanın, 6 ədəd yay koftasının, 4 ədəd yaylığın, 2 cüt dəri saba şkinin, 3 cüt dəri ayaqqabının, 6 cüt corabın, 1 ədəd 583 əyarlıq, 10 qramlıq qızıl üzüyün yanması nəticəsində cəmi 1.245 manat, İddiaçı3 məxsus 22 adda əşyaların, yəni 1 cüt 4 qramlıq, 583 əyarlıq, qızıl sırğanın, 1 ədəd 5 qramlıq, 583 əyarlıq qızıl bilərziyin, 1 ədəd 5 qramlıq, 583 əyarlıq, qızıl üzüyün, 1 ədəd 6 qramlıq, 583 əyarlıq qızıl sepin, 1 ədəd cins jiletin, 1 ədəd ipək jiletin, 1 ədəd yun jiletin, 1 ədəd pambıq jiletin, 2 ədəd dəri kurtkanın, 2 cüt dəri sabaşkinin, 2 cüt idman krasovkasının, 4 ədəd cins şalvarın, 5 ədəd idman şalvarının, 20 ədəd uzunqol qış koftasının, 15 ədəd qısaqol yay koftasının, 5 ədəd tumanın, 4 ədəd lifcikin, 3 ədəd boğaz şərfinin, 20 cüt corabın, 3 ədəd şərfin, 3 ədəd papağın, 3 ədəd sumkanın, 2 ədəd qol saatının, 3 ədəd ətirin, 1 dəst komplekt pudranın yanması nəticəsində cəmi 2.494 manat, X6 məxsus 10 adda əşyaların, yəni 2 ədəd dəri kurtkanın, 1 cüt dəri sabaşkinin, 1 cüt dəri ayaqqabının, 3 ədəd yun uzunqol koftanın, 3 ədəd rubaşkanın, 2 ədəd qış jiletinin, 2 ədəd tumanın, 2 ədəd maykanın, 5 cüt cins şalvarın yanması nəticəsində cəmi 585 manat, Ozal Vəliyevə məxsus 16 adda əşyaların, yəni 10 ədəd uzunqol qış köynəyinin, 15 ədəd uzunqol rubaşkanın, 8 ədəd qısaqol rubaşkanın, 5 ədəd maykanın, 5 ədəd trusikin, 2 ədəd qış kurtkasının, 2 ədəd yaz kurtkasının, 8 ədəd cins şalvarın, 1 dəst məktəbə geyinmək üçün 1 ədəd rubaşkanın, 1 ədəd pencəyin, 1 ədəd şalvarın, 3 cüt dəri ayaqqabının, 2 cüt dəri sabaşkinin, 5 ədəd papağın, 3 ədəd kepkanın, 10 cüt corabın, 1 ədəd məktəb sumkasının, 2 ədəd jiletin yanması nəticəsində cəmi 875 manat, Aqşin Əliyevə məxsus 16 adda əşyaların, yəni 2 ədəd dəri qış qurtkasının, 2 ədəd dəri yaz qurtkasının, 6 ədəd cins şalvarın, 5 ədəd qısaqol köynəyin, 7 ədəd uzunqol koftanın, 2 cüt dəri sabaşkinin, 1 cüt krasovkanın, 2 cüt dəri ayaqqabının, 5 ədəd maykanın, 5 ədəd papağın, 5 cüt corabın, 3 ədəd tumanın, 3 ədəd maykanın, 2 ədəd qol saatının, 1 ədəd “Samsung J5” markalı mobil telefonunun, 2 ədəd 4 qramlıq, 583 əyarlıq sepin yanması nəticəsində cəmi 918 manat, İddiaçı2 məxsus 11 adda əşyaların, yəni 5 ədəd qolsuz koftanın, 6 ədəd qış koftasının, 5 ədəd cins şalvarın, 1 ədəd yay qurtkasının, 1 ədəd dəri qış kurtkasının, 4 ədəd yubkanın, 1 ədəd dəri sabaşkinin, 2 cüt dəri ayaqqabının, 5 cüt corabın, 4 ədəd maykanın, 1 ədəd 5 qramlıq, 583 əyarlıq qızıl üzüyün yanması nəticəsində cəmi 983 manat, Elgün Əliyevə məxsus 10 adda əşyaların, yəni 5 ədəd qısaqol rubaşkanın, 4 ədəd uzunqol koftanın, 3 ədəd şalvarın, 1 ədəd yay kurtkasının, 1 ədəd qış kurtkasının, 1 ədəd dəri sabaşkinin, 2 ədəd dəri ayaqqabının, 6 cüt corabın, 4 ədəd maykanın, 1 ədəd 2 qramlıq 583 əyarlıq qızıl bilərziyin yanması nəticəsində cəmi 568 manat, Hüsniyə Əliyevaya məxsus 10 adda əşyaların, yəni 5 ədəd qısaqol koftanın, 6 ədəd uzunqol qış koftasının, 7 ədəd cins şalvarın, 1 ədəd yay kurtkasının, 1 ədəd dəri qış kurtkasının, 2 cüt dəri sabaşkinin, 3 cüt dəri ayaqqabının, 7 cüt corabın, 5 ədəd maykanın, 1 ədəd 4 qramlıq 583 əyarlıq qızıl sepin yanması nəticəsində cəmi 817 manat, ümumi istifadədə olan 31 adda əşyaların, yəni 1 ədəd “LG” markalı televizorun, 1 ədəd krosnu antenanın, 1 ədəd “Samsung” markalı paltaryuyanın, 1 ədəd “Samsung” markalı soyuducunun, 1 ədəd şkafın, 1 ədəd iki nəfərlik çarpayının, 1 ədəd tumbuçka və güzgünün, 1 ədəd stolun, 6 ədəd stulun, 2 ədəd sandığın, 2 ədəd taxta çarpayının, 100 ədəd tarelkanın, 150 ədəd boşqabın, 100 ədəd xrustal stəkanın, 50 ədəd nəlbəkinin, 5 ədəd çaynikin, 5 ədəd qazanın, 150 ədəd xörək qaşığının, 50 ədəd çay qaşığının, 60 ədəd çəngəlin, 6 ədəd xrustal meyvə qablarının, 7 ədəd xrustal ləpə qabının, 30 ədəd xrustal mürəbbə qabının, 25 ədəd kasanın, 5 ədəd sininin, 10 ədəd xrustal qrafinkanın, 10 ədəd yun döşəyin, 10 ədəd yun yorğanın, 15 ədəd yastığın, 30 ədəd yun döşəyin, 4 ədəd gəvənin yanması nəticəsində İddiaçı1, İddiaçı3 və İddiaçı2 cəmi 4.011 manat maddi ziyan, İddiaçı3 ilə İddiaçı2 məxsus pulların yanması nəticəsində sonunculara 3.600 manat- cəmi İddi açı1, İddiaçı3, İddiaçı2, Nurəddin Vəliyevə, Hüsniyə Əliyevaya, Ozal Vəliyevə, Aqşin Əliyevə və Elgün Əliyevə birlikdə 22.900 manat məbləğində ziyan vurulmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Şəmkir rayon 1 saylı notariat ofisinin 27 oktyabr 2022-ci il tarixli, 1737 saylı məktubundan görünür ki, 20 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Cav abdeh1 Mastan oğlundan miras qalmış əmlaka dair Gədəbəy rayonu notariat ofisində övladı İsmayılova Mətanət Əmiraslan qızının ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır. Cavabdeh1 ölümündən sonra vərəsəlik işi açılmış və sonuncun mirasını övladı İsmayılova Mətanət Əmiraslan qızı qəbul edərək vərəsəsi olduğundan hüquqi varisi qismində cəlb edilmişdir. Belə ki, miras- miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi, eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Cavabdeh1 tərəfindən cinayət ə məli üzrə iddiaçılara maddi ziyan vurulduğundan, həmin ziyan məbləğinin vərəsələrdən tutulması əsaslıdır. İddiaçılara dəymiş maddi ziyana görə cavabdehin hüquqi varisindən tutulacaq pul iddia həcmində deyil, hər bir iddiaçıya dəymiş ziyan məbləğində müəyyən edilməlidir.

21. Belə ki, yuxarıda göstərilən cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə- əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarında və avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədqiqat obyektlərinin, 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissə sində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12.496 manat müəyyən edilir. O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat; İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat; Elgün Əliyevə məxsus 10 adda əmlak üzrə 568 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4.011 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat, İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat məbləğində zərər dəymişdir. İddia tələbinin digər hissəsi üzrə olan məbləğ isə iddiaçılara deyil, başqa şəxslərə münasibətdə dəymiş maddi ziyan məbləğidir və həmin ziyan tələb olunmamışdır. İddiaçılar onlara dəymiş ziyanı tələb etmişlər. Cavabdeh1 öldüyündən cinayət işi üzrə qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Belə ki, o Cavabdeh1 miras qalmış əmlakı qəbul etməmiş və qanunvericilikdə isə ölmüş şəxsin qanuni nümayəndəsinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmamışdır.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1105, 1133, 1151-ci maddələrinə, CPM-in 7.0.36, 12.2, 87.1, 180.2 -ci maddələrinə, habelə MPM-in 14.1, 77.1, 82.488-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçılar (onların vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və mülki işin iddianın təmin olunmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsi n həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Şəmkir rayon 1 saylı notariat ofisinin 27 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, 20 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 miras qalmış əmlaka dair Gədəbəy rayonu notariat ofisində övladı İsmayılova Mətanət Əmiraslan qızının ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 ölümündən sonra vərəsəlik işi açılmış və sonuncun mirasını İsmayılova Mətanət Əmiraslan qızı qəbul edərək vərəsəsi olduğundan hüquqi varisi qismində cəlb edilmişdir. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mərhum Cavabdeh1 tərəfindən cinayət əməli üzrə iddiaçılara maddi ziyan vurulduğundan, həmin ziyan məbləğinin vərəsələrdən tutulması əsaslıdır. Bundan sonra məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara dəymiş maddi ziyana görə cavabdehin hüquqi varisindən tutulacaq pul iddia həcmində deyil, hər bir iddiaçıya dəymiş ziyan məbləğində müəyyən edilməlidir. Belə ki, yuxarıda göstərilən cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarda və digər satış məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədqiqat obyektlərinin 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12.496 manat müəyyən edilir. O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat; İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat; Elgün Əliyevə məxsus 10 adda əmlak üzrə 568 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4.011 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Göründüyü kimi, İddiaçı1 məxsus10 adda əmlak üzrə 1.245 manat İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat məbləğində zərər dəymişdir. İddia tələbinin digər hissəsi üzrə olan məbləğ isə iddiaçılara deyil, başqa şəxslərə münasibətdə dəymiş maddi ziyan məbləğidir və həmin ziyan tələb olunmamışdır. İddiaçılar onlara dəymiş ziyanı tələb etmişlər. Məhkəmə kollegiyası həmçinin bir xüsusatı da qeyd edir ki, cavabdeh öldüyündən cinayət işi üzrə qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə haz ırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Belə ki, o, mərhum Cavabdeh1 miras qalmış əmlakı qəbul etməmiş və qanunvericilikdə isə ölmüş şəxsin qanuni nümayəndəsinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçılara dəymiş maddi və mənəvi ziyanın dəyəri düzgün hesablanmamış, və məhkəməyə təqdim edilmiş 20 noyabr 2019-cu il tarixli, 26578 saylı ekspert rəyinə görə, 136 adda əmlakın dəyərinə görə onlara 12.496 manat maddi ziyan dəydiyi halda, iddia qismən 4.722 manat məbləğdə təmin edilmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

26. Cavabdeh1 hüquqi varisi İsmayılova Mətanət Əmiraslan qızının kassasiya şikayətinə etiraz ərizəsi daxil olmuşdur və o, etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnm əsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. İddiaçılar kassasiya şikayətinin məzmununda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdikləri üçün, kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi, iddianın- ümumi istifadədə olan 31 adda əmlaka dəymiş ziyana görə 4.011 manat pul tələbinin rədd olunması hissəsində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin di gər mübahisələndirilən, yəni iddianınNurəddin Vəliyevə məxsus 10 adda əmlaka dəymiş ziyana görə 585 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlaka dəymiş ziyana görə 875 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlaka dəymiş ziyana görə 918 manat; İddiaçı2 məxsus 11 adda əmlaka dəymiş ziyana görə 983 manat; Elgün Əliyevə məxsus 10 adda əmlaka dəymiş ziyana görə 568 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlaka dəymiş ziyana görə 817 manat pul tələbinin rədd olunması hissələrində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib.

44. Ona görə də kassasiya instansiyası məhkəməsi mübahisələndirilən həmin h issələrdə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, qətnamə mübahisələndirilən qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Lakin, kassasiya instansiyası məhkəməsi, iddianın mübahisələndirilən ümumi istifadədə olan 31 adda əmlaka dəymiş ziyana görə 4.011 manat pul tələbinin rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil.

46. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “üzvi mənşəli şəxsiyyət pozuntusu” dekompensasiya vəziyyətində olmuş Cavabdeh1 31 avqust 2019-cu il tarixdə, saat 12 radələrində tamah məqsədilə İddiaçı1, Rüsx arə Vəliyeva, Aqşin Əliyev, Ozal Vəliyev, İddiaçı2, Elgün Əliyev, Hüsniyə Əliyevanı öldürüb, onların yaşadıqları Gədəbəy rayonu, Arısu kəndində yerləşən evə sahiblənmək üçün maddi mənfəət əldə etmək üçün həmin evi benzin vasitəsilə yandırıb və nəticədə iddiaçılara maddi ziyan dəyib. Lakin, Gəncə Ağır Cinayətlər məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı ilə müəyyən edilib ki, Cavabdeh1 Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib və o, ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğu üçün cinayət məsuliyyətindən azad edilib. Həmçinin həmin qərarla müəyyən olunub ki, ümumi istifadədə olan 31 adda əşyaların, yəni 1 ədəd “LG” markalı televizorun, 1 ədəd krosna antenanın, 1 ədəd “Samsung” markalı paltaryuyanın, 1 ədəd “Samsung” markalı soyuducunun, 1 ədəd şkafın, 1 ədəd iki nəfərlik çarpayının, 1 ədəd tumbuçka və güzgünün, 1 ədəd stolun, 6 ədəd stulun, 2 ədəd sandığın, 2 ədəd taxta çarpayının, 100 ədəd tarelkanın, 150 ədəd boşqabın, 100 ədəd xrustal stəkanın, 50 ədəd nəlbəkinin, 5 ədəd çaynikin, 5 ədəd qazanın, 150 ədəd xörək qaşığının, 50 ədəd çay qaşığının, 60 ədəd çəngəlin, 6 ədəd xrustal meyvə qablarının, 7 ədəd xrustal ləpə qabının, 30 ədəd xrustal mürəbbə qabının, 25 ədəd kasanın, 5 ədəd sininin, 10 ədəd xrustal qrafinkanın, 10 ədəd yun döşəyin, 10 ədəd yun yorğanın, 15 ədəd yastığın, 30 ədəd yun döşəyin, 4 ədəd gəvənin yanması nəticəsində İddiaçı1, İddiaçı3 və İddiaçı2 cəmi 4.011 maddi məbləğində maddi zərər dəyib.

47. Daha sonra işdən görünür ki, Cavabdeh1 20 may 2021-ci il tarixdə ölüb və ondan Gədəbəy rayonu, Arısu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və 0,8904 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalıb. Həmin miras əmlakı Cavabdeh1 övladı İsmayılova Mətanət Əmiraslan qızı qəbul edib və sonuncunun ərizəsinə əsasən 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılıb.

48. Apellyasiya instansiyası məhkəməsi qətnamədə, iddia tələbinin bu hissəsi üzrə olan məbləğin iddiaçılara deyil, başqa şəxslərə münasibətdə dəymiş maddi ziyan olduğunu və həmin ziyanın tələb olunmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

49. Əvvəla, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunur ki, mərhum Cavabdeh1 törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçıların hər birinin ayrıca mülkiyyətlərində olan əşyalarla yanaşı, onların ümumi istifadələrində olmuş dəyəri 4.011 manat təşkil edən 31 adda əşyalarına da zərər dəyib və hazırda iddiaçılar ümumi istifadələrində olmuş həmin əşyalara dəymiş zərəri də tələb edirlər.

50. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

51. Habelə Mülki Məcəllənin 213.6-cı maddəsinin mənasına görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini, habelə dəyəri 4.011 manat olan 31 adda əşyanın iddiaçıların ümumi istifadələrində olmasını və həmin əşyalarla bağlı da onların məhkəmədə iddia qaldırmalarını nəzərə almadan, iddianı bu hissədə rədd edib.

53. Digər tərəfdən, hazırkı işdə, iddiaçıların cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir.

54. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

55. Həmin Məcəllənin 1097.1-ci maddəs inə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

56. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

57. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçıların ümumi istifadələrində olan sözügedən əşyaları da yandırmaqla onlara qarşı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verməsini, cavabdehin törətdiyi əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçılara 4.011 manat maddi ziyan dəyməsini, onlara vurulmuş ziyanla cavabdehin hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizliyi) arasında səbəbli əlaqənin olmasını nəzərə almadan, habelə iddiaçıların bu barədə apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmadan, işin müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərin i pozub.

58. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

59. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

60. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın ümumi istifadədə olan 31 adda əmlaka dəymiş maddi ziyana görə 4.011 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçılar İddiaçı1, X3 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(104)-53/2023 saylı qətnaməsi qismən - iddianın ümumi istifadədə olan 31 adda əmlaka dəymiş maddi zərərə görə 4.011 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan mübahisələndirilən hissədə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar