Məhkəmə qərarları › İş №2(102)-4412/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4412/2019

21.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4412/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Abdullayev İkram Yusif oğlu, Cavabdeh iştirakları ilə, Cavabdeh və İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsində n kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “215 000 (iki yüz on beş min) manat pul tələbinə dair iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət etmişdir. Qax rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Qarayev, iş 2(024)-06/2018) iddia qismən təmin edilmiş, Cavabdeh 160 000 (bir yüz altmış min) manat pulun alınaraq İddiaçı Abdülməcid oğluna verilməsi və idd ia tələbinin qalan hissəsi əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər M.Əsədli və İ.Quliyev, iş № 2(107)-1410/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Qax rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadıyev, iş № 2 (102)-6970/2018) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), hakimlər M.Hüseynov və R.Əliyev, iş № 2(107)-402/2019) İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verm işdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Abdullayev İkram Yusif oğlu izahatın da göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Həmçinin Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının p rosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 2006cı ildən tanış olmuş, aralarında münasibət yaranmışdır. 2007-ci ilin noyabr ayında tərəflər ağac emalı və taxta məhsullarının, parket istehsalı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün İddiaçı avadanlıq almış və digər işlər üçün 420 000 (dörd yüz iyirmi min) manat pul xərcləmişdir. Bir müddət sonra isə aralarında olan münasibətlər kəskinləşmiş və şərikliyə son qoymuşlar. İddia tələbində göstərilən borc məbləğindən 160 000(bir yüz altmış min) manatına cavabdeh borcl u qalmışdır. İddiaçı Qax Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(024)-06/2018 nömrəli qətnaməsini ləğv edərək, apellyasiya şikayətinin təmin edilməsini və Cavabdeh 215 000 (iki yüz on beş min) manat pul alınaraq ona verilməsi barədə yeni qətnamə çıxarılmasını, cavabdeh isə Qax Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(024)-06/2018 nömrəli qətnaməsinin əsassız olduğu üçün ləğv edilməsini, İddiaçı ona qarşıqaldırdığı “215 min manat pul tələbinə dair” iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin ona 215000 manat borcunun qaldığını sübut edə bilməmiş, cavabdeh isə birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı ilə birgə iş gördüklərini, iddiaçının bu məqsədlə 420 00 0 (dörd yüz iyirmi min) manat pul xərclədiyini, həmin pulları, o cümlədən qalan 160 000 (bir yüz altmış min) manatı İddiaçı qaytardığını və ona borclu qalmadığını göstərmiş, lakin bu halların təsdiqi ilə bağlı məhkəmə kollegiyasına mötəbər sübut təqdim etməmişdir Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq normasına istinad etməmişdir. “İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin 215000 manat həcmində tam təmin edilməsi ilə əlaqədar aşağıdakılara istinad etmişdir: Qətnamənin 3-cü səhifəsində aşağıdan İİ abzasda göstərilir ki, “Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, xırda bizneslə məşğul olaraq qazanc əldə edir. İddiaçıla tanış olmuş və ortaqlı biznes qurmuşlar. Şərikli biznes üçün İddiaçı xərclədiyi 420000 manat pulun bir hissəsini qaytardıqdan sonra 160000 manat qalmış, həmin məbləği də sonradan İddiaçı qaytarmışdır”. Göründüyü kimi, cavabdeh iddiaçının xərclədiyini göstərdiyi 420000 manatın həqiqət olması faktını təsdiq etmişdir. Həmin məbləğin əvvəlcə 260000 manatını qaytarmasını, sonra isə 160000 manatını qaytarmasını etiraf etmişdir. Mülki işin 121-ci səhifəsindəki 23.02. 2018-ci il tarixli məhkəmə iclas protokolundan da görünür ki, cavabdehin izahatı protokolda da qətnamədə göstərildiyi kimi öz əksini tapmışdır. Məhkəmə İddiaçı cavabdehə şərikli biznes fəaliyyəti ilə əlaqədar 420000 manat pul verməsini qəbul edirsə və həmin pullardan 205000 manatının iddiaçıya qaytarılmasını mübahisə edilməyən hal hesab edirsə, qalan borcun 215 000 manat yox, 160000 manat olduğunu qəbul etməkdə haqlı deyildir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı kassasiya şikayətində tələbinin əsas dəlili kimi, cavabdehin birinci instansiyası məhkəməsində 420000 manat borcu etiraf etməsinə əsaslanır. Apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən müvafiq sübutlar təqdim olunmadığına görə onun iddia tələbini 215000 manat həcmində deyil, cavabdehin etirafı əsas götürülməklə 160000 manat həcmində təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada İddiaçı dəlilləri apelyasiya instansiyası məhkəməsi qətnaməs inin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası aşağıda cavabdeh tərəfindən iddia tələbinin etirafı ilə bağlı xüsusata da öz münasibətini bildirəcəkdir Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “ Qax rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamiylə qanunsuz olan qətnamə çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 24 yanvar 2019-cu il tarixli 2(107)-402/2019 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qax rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(024)-06/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə mənim qanuni hüquqlarımı pozmuşdur” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki prosessual qanunvericiliyin tələblərindən biri də mülki məhkəmə icraatı zamanı məhkəmənin tərəflər arasında qarşılıqlı münasibətlərin həqiqi vəziyyətini müəyyən etməsidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qar şılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-nin 218.1-ci maddəsi isə müəyyən edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunim tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. MPM-nin 218.1-ci maddəsində təsbit edilmiş qaydalar tətbiq edilərkən, nəzərə almaq lazımdır ki, həmin qaydalar imperativ xarakter daşıyır və məhkəmənin üzərinə həmin maddədə nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi öhdəliyini qoyur. MPM-nin 218.1-ci maddəsində müəyyən edilmiş qaydalar məhkəmə aktı qəbul edilərkən məhkəmənin hüquqtətbiqetmə fəaliyyətinin məcmusunu təşkil edir. Həmin qa ydalara müvafiq olaraq məhkəmə aşağıdakıları yerinə yetirməyə borcludur:

1. Sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsi MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

2. İş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyi, nə kimi halların müəyyən edilmədiyi qərarlaşdırılmalıdır. Məhkəmə işdə iştirak edən tərəfin tələbləri və etirazları, həmçinin maddi hüquq norması əsasında iş üçün əhəmiyyətli olan hallan müəyyən edir, sübutlan qiymətləndirərək məhkəmə onlann işin halları üçün əhmiyyətlilik kontekstində müqayisə edir və iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyi və nə kimi halların müəyyən edilmədiyi barədə nəticəyə gəlir.

3. Tərəflərin hansı hüquq münasibətində olmaları müəyyənləşdirilməlidir. Məhkəmə tətəfindən sübutlann a raşdınlıb qiymətləndirilməsi, iş üçün əhəmiyyəti olan hansı hallann müəyyənləşdirilməsi, hansı halların müəyyənləşdirilməməsi barədə müəyyən qənaətə gəldikdən sonra tərəflər arasında olan münasibətlər hüquqi baxımdan qiymətlədirilərək onlann arasındakı münasibətlərin predmeti, xarakteri, həmin münasibətləri maddi hüquq normalarının hansı sahəsi ilə tənzimlənməli olması barədə mövqeyini formalaşdırır. Yəni məhkəmə tərəflər arasındakı münasibətləri hüquq müstəvisinə çıxarır, hüquq münasibətləri baxımından dəyərləndirir.

4. Həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyənləşdirir. Məhkəmə tərəflər arasında münasibətlərin hüquiqi xarakterini müəyyənləşdirdikdən, yəni həmin münasibətlərin, məsələn borc, podrat, vərəsəlik, sığorta və s. münasibətlərə aid olmasını qərarına gəldikdən s onra həmin münasibətlərin hansı qanun və onun hansı normaları əsasında tənzimlənməli olduğunu müəyyən edib, həmin normaları işin hallan prizmasında ədalətlilik tələblərinə müvafiq qaydada şərh etməklə, maddi hüquq normasını mübahisəli hüquq münasibətinə tətbiq edir.

5. İddianın təmin olunub-olunmadığını müəyyən edir. Tərəflər arasındakı hüquq münasibətləri, onlara tətbiq edilməli olan maddi hüquq normaları müəyyən edilib şərh və mübahisəli hüquq münasibətinə tətbiq olunduqdan sonra məhkəmə iddia tələbi maddi hüquq normasına müvafiq olduqda onu təmin, maddi hüquq normasının tələblərinə müvafiq olmadıqda isə onu rədd edir. Qeyd olunanlar ona dəlalət edir ki, qətnamədə işin faktiki halları ilə bağlı məhkəmənin gəldiyi nəticə öz əksini tapmalıdır. Əks halda qətnamə çıxarılarkən həll edilməli o lan məsələlərlə bağlı məhkəmənin prosessual qanunvericiliyin tələbləri pozulacaq, məhkəmənin mübahisəli hüquq münasibətinə hə üçün məhz həmin maddi hüquq normasım tətbiq etməsi, iddia tələbini nə üçün təmin etməsi və ya etməməsi aydın olmayacaqdır. Qətnamədə işin faktiki hallan ilə bağlı məhkəmənin gəldiyi nəticənin göstərilməsi həmçinin onunla şərtlənir ki, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir ( MPM- nin 220.4-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında məhkəmənin qətnamədə işin faktiki hallan barədə məhkəmənin gəldiyi nəticənin göstərilməsi ilə bağlı qeyd etmişdir ki, “qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun”. İşin faktiki hallarının düzgün müəyyənləşdirilməsi işin düzgün və ədalətli həlli üçün zəmin yaradır. Çünki işin faktiki halları, tərəflər arasında münasibətlərin həqiqi vəziyyəti düzgün müəyyən edilirsə, hakim həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normasını seçməkdə və tətbiq etməkdə çətinliklə rastlaşmır. Mülki işin materialları ilə müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflərin hansı münasibətdə olmalarını müəyyənləşd irməmiş, tərəflər arasında olan münasibətə müvafiq olan maddi hüquq normasını müəyyən etməmiş və mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq normasını tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında münasibəti müəyyən edilmədiyi və mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq norması göstərilmədiyinə görə Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılan birinci instansiyası məhkəməsinin qətnaməsinə müraciət etməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsi işin faktiki halları ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir. “İddiaçı ilə Cavabdeh 2006-cı ildən tanış olmuş, aralarında münasibət yaranmışdır. 2007-ci ilin noyabr ayında tərəflər ağac emalı və taxta məhsullarının, parke t istehsalı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün İddiaçı avadanlıq almış və digər işlər üçün 420 000 (dörd yüz iyirmi min) manat pulxərcləmişdir. Bir müddət sonra isə aralarında olan münasibətlər kəskinləşmiş və şərikliyə son qoymuşlar. İddia tələbində göstərilən borc məbləğindən 160 000(bir yüz altmış min) manatının cavabdeh tərəfindən borclu qalması məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X5, X6, X1 və X2 tərəfindən təsdiq edilmiş, Cavabdeh isə sözgedən məbləğdə borclu olmaması ilə bağlı ziddiyyətli izahat verərək hər hansı dəlil gətirə bilməmişdir.” Bundan sonra birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 740-cı, 741-ci, 742.1-ci maddələrini tə tbiq etmişdir. Beləliklə, birinci instansiyası məhkəməsi bir tərəfdən iddiaçı və cavabdehin şərikli fəaliyyətlə bağlı pul vəsaiti qoyaraq biznes ilə məşğul olması qənaətinə gəldiyi halda, digər tərəfdən bu şərikli biznes münasibətinə borc müqaviləsinin müddəalarını tətbiq etmiş və qətnaməsinə ziddiyyətlər yaratmış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası məhkəmə qətnaməsində ziddiyyətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini xatırlamağı da vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakç ıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla tərəflər arasında hüquq münasibətinin düzgün müəyyən edilməməsi ilə razılaşmışdır. Beləliklə məhkəmə qətnaməsindəki ziddiyyətlər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin də ziddiyyətliliyini şərtləndirir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Həmin Məcəllənin 418.4.7-ci maddəsi isə müəyyən edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərind ən asılı olmayaraq məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasına istinad etmədiyinə görə həmin qətnamə ləğv olunmalıdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsində göstərilmişdir ki, “MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə bağlı olan faktlar və cavadeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi mülki qanunvericilikdə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşsə də, faktiki olaraq iddia tələbi cavabdeh tərəfindən etiraf edilmiş, bununlada iddiaçı sübutetmə yükündən azad edilmiş, lakin sonradan cavabdeh müabhisələndirilən borc məbləğini (160000 mantı) idiaçıya qaytardığını bildirsə də, öz növbəsində etirazında haqlı olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Oxşar münasibətləri nizama salan MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdı ğı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.” Beləliklə apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmininin əsası kimi cavabdehin iddia tələbini qismən (160.000 manat həcmində) etiraf etməsini və bununla bağlı MPM-nin 106.3-cü maddəsinə istinad etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi MPM-nin 106.3-cü maddəsinin birinci cümləsini qətnaməsində qeyd edib iddiaçının iddia tələbini sübutetmə vəzifəsindən azad etsə də, həmin maddənin ikinci cümləsini qətnaməyə qeyd etməmiş, birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan maddənin 2-ci cümləsinin tələblərinə riayət olunub olunmamasını yoxlamamışdır. MPM-nin 106.3-cü maddəsinin ikinci cümləsində qeyd olunur ki, “Faktın etiraf olunması məhkəmə iclasının protokolu na yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.” Lakin birinci instansiyası məhkəməsi MPM-nin həmin tələbinə riayət etməmişdir. Sonradan cavabdeh məhkəmə prosesində belə bir etirafı etmədiyi barədə şikayətlərlə məhkəməyə müraciət etsə də, bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018ci il tarixli qərarında göstərilmişdir ki, “mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən ha lları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qan una və sübutlara əsaslanmalıdır.” Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə Cavabdeh birinci instansiyası məhkəməsindən izahatı iddianın qismən etirafı kimi qiymətləndirilə bilməz və bu xüsusat iddia tələbinin qismən 160000 manat həcmində təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qət naməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən, Cavabdeh kassasiya şikayəti tam təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. İddiaçı kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar