Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4416/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, delikt öhdəliyi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “avtoqəza nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11407/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcarəyəverən İddiaçı təsisçisi X6 ilə icarəçi Mətanət-A” şirkəti arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında icarəyəverən qanuni əsaslarla ona məxsus olan **-LF-*** dövlət qeydiyyat nişanlı, “Toyota hilux” minik markalı, pikap tipli 2011-ci il buraxılışlı, ağ rəngli, ban MR0FR22G8B0587624, mühərrik 2KD5282784 olan nəqliyyat vasitəsini icarəçiyə icarəyə vermiş, icraçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən icarəçi icarə obyektinə dəyən zərərlə bağlı birbaşa olaraq üçüncü şəxslərə qarşı iddia və tələb irəli sürmək hüququna malikdir.
2. X6 ona mə xsus olan “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21 noyabr 2019-cu il tarixli, ƏN-V seriyalı, №107279 saylı etibarnamə ilə İddiaçı sürücüsü X1 Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar etmişdir. Etibarnamə 1 il 8 ay 14 gün müddətinə verilmişdir və xx.xx.2021-ci il tarixinə kimi etibarlı olmuşdur.
3. Cavabdeh idarə etdiyi “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Binəqədi-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Cavabdeh X3 idarə etdiyi “Wolswagen Touareg” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən vurmuş, daha sonra isə **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilllə toqquşmuş, nəticədə “Toyota Hilux” markalı avtomobilə ciddi ziyan dəymişdir. Nəqliyyat hadisəsinin törədilməsinə səbəb olan “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X7 məxsus olmuşdur.
4. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilən 08 iyul 2020-ci il tarixli cinayət işinin balanmasının rədd edilməsi haqqında qərarı ilə X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 5. “X10” MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilən rəy ilə “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin həcmi 36188,61 manat həddində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 36188,61 manatın və 30 manat dövlət rüsumunun, ümumillikdə 36218,61 manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyun 2020-ci il tarixdə cavabdehin idarə etdiyi “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşıdan g ələn “Wolswagen Touareg” markalı avtomobillə, daha sonra isə onun arxasınca hərəkət edən İddiaçı təsisçisi X2 mülkiyyətində olan **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilllə toqquşmuş, qəza nəticəsində **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilə ciddi ziyan dəymişdir.
8. Avtomobil "xxxx" MMC-nin təmir mərkəzinə aparılarkən təmirin 36188,61 manata başa gələcəyi bildirilmişdir. Beləliklə də, cavabdehin törətdiyi qəza nəticəsində iddiaçıya 36188,61 manat ziyan dəymişdir. Cavabdehin avtomobilinin icbari sığortası olmadığından dəyən ziyanın bir qismini də aradan qaldırmaq mümkün olmamışdır.
9. Cavabdeh hazırlıq iclasında bildirmişdir ki, o yol nəqliyyat hadisəsi zamanı yalnız 1 maşınla toqquşmuşdur. Sığortası olmamışdır.
10. Cavabdeh vəsatət verərək dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsi vəsatəti təmin edərək, mübahisədə adı keçən avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb edilməsi məqsədilə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 9/6053 saylı ekspert rəyinə əsasən tədqiq edilən “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanının məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 22750 (32500 manat-30%) manat təşkil edir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəmə sinin 13 aprel 2021-ci il tarixli, 2(001)775/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 22750 (iyirmi iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 28 (iyirmi səkkiz) manatının İddiaçındən, 72 (yetmiş iki) manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (sədrlik edən hakim İlkin Əliyev)
14. Birinci instansiya məhkəməsi işdəki materiallara əsasən müəyyən etmişdir ki, xx.xx.20 20-ci il tarixində cavabdeh idarə etdiyi “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilllə toqquşmuş, qəza nəticəsində “Toyota Hilux” markalı avtomobilə ciddi ziyan dəymişdir. Nəqliyyat hadisəsinin törədilməsinə səbəb olan “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X7 məxsus olmuşdur. Nəqliyyat hadisəsi törədilən zaman avtomobil etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda sürücü İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
15. Birinci ins tansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan qəza törətməsi halı mövcud olmamışdır. **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobil isə mülkiyyət hüququ ilə X4 məxsus olmuşdur. **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı icarə müqaviləsi əsasında icarəçi İddiaçınə verilmişdir. İcarə müqaviləsində icarəçiyə icarə obyektinə dəyən zərərlə bağlı birbaşa olaraq üçüncü şəxslərə qarşı iddia və tələb irəli sürmək hüququ verilmişdir. Şirkət tərəfindən isə etibarnamə əsasında idarə etmək səlahiyyəti X1 verilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının icarə müq aviləsinə əsasən sahiblik və istifadəsində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Bu fakt iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu tip işlərdə zərər vuran şəxsin təqsiri və əməlin hüquqa zidd olması cinayət təqibinin və ya inzibati xətalara dair icraatın nəticəsini özündə əks etdirən qərarla sübut edilə bilər.
18. Birinci instansiya məhkəməsi vurulmuş zərərin məbləği ilə bağlı belə nəticəyə gəlib ki, məbləğlə bağlı ekspert rəyi əsas götürülməlidir, ekspert rəyi ilə zərər 22750 manat məbləğində müəyyən edilib, buna görə də, salamat qalan yararlı hissələrin iddiaçıda olduğu nəzərə alınarsa, ekspert tədqiqatı nəticəsində müəyyən edilmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108.1-ci, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli ekspert rəyi əsassızdır. Belə ki, cavabdeh ekspertiza barədə məlumatlandırılmamış və onun iştirakı təmin edilməmişdir. Bundan başqa, eskpert mübahiləsi avtomobili qiymətləndirərkən avtomobilin 2011-ci il buraxılışlı olmasını, 542832 km yürüş məsafəsinin olmasını, saz vəziyyətdə olmamasını nəzərə almamışdır.
22. Cavabdeh tərəfindən ape llyasiya baxışında təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nömrəli avtomobilin (işlək vəziyyətdə olduğu halda) orta bazar qiyməti 28000-28500 manatdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11407/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətini zərərin məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırsa da, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur.
25. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə istinadən birinci instansiya məhkəməsini gəldiyi bəticəni əsaslı saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan ekspert rəyləri arasında ziddiyyət olsa d a, apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətin aradan qaldırılmasını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı di gər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, tək rar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh apellyasiya qaydasında iddianın təmin edilən hissəsində mübahisələndirib, apellyasiya məhkəməsi də qətnaməni həmin his sədə yoxlayıb. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissəsinin yoxlanılması başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
33. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.
34. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçıya zərər vurulmasında cavabdehin əməli hüquqa zidd olub, cavabdehin əməli (hərəkətsizlik) nəticəsində iddiaçıya zərər dəyib və bu zərərlə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqə olub.
36. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hall arına uyğun omuşdur. Çünki həmin normaların dispozitiv şərtləri iddianın təmini üçün əsas vermişdir.
37. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
38. Dəymiş zərərin məbləğinin düzgün olmaması, ekspert rəyləri arasında ziddiyyət olsa da, apellyasiya instansiyası məhkəməsinin bu ziddiyyəti aradan qaldırılmaması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaş madıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdehin ekspert rəyinin düzgün olmaması barədə dəlillərini apellyasiya məhkəməsi qəbul etməmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11407/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.