Məhkəmə qərarları › İş №2(102)-442/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-442/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-442/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Firudin oğlunun Cavabdeh1 Abzal oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-442/22 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(103)6356/2021 saylı qətnaməsindən İddiaçı Firudin oğlunun kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Firudin oğlu məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 92.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 isə məhkəmədə İddiaçı və Cavabdeh3 qarşı qarşılıqlı iddia verərək, onlardan müştərək qaydada 160.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Səmədov) ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırı b ki, tərəflər öz aralarında ticarət əlaqələrini genişləndirmək üçün birlikdə quşçuluq təsərrüfatı ilə məşğul olmaq barədə razılığa gəliblər. Onlar quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün 10 aprel 2019-cu ildə Cavabdeh3 adına Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində 5 sexdən ibarət fabriki icarəyə götürərək quşçuluq təsərrüfatına başlayıblar. Demələrinə görə hər biri həmin işin dövriyyəsi üçün müəyyən qədər pul vəsaiti xərcləsələr də sonda xeyli miqdarda zərərə düşmüşlər. Lakin, tərəflər arasında bu işin görülməsi ilə bağlı hər hansı razılaşma, müqavilə olmayıb. Eyni zamanda, təsərrüfat məhsullarının istehsalı, satışı, gəliri və xərcləri barədə rəsmi mühasibatlıq uçotu və ya ticarət qaydalarına uyğun haqq-hesab aparılmayıb. Tərəflər ilk və qarşılıqlı iddia ərizələrində biri-digərlərini təqsirli bilərək, itirdikləri pul vəsaitlərini tələb etsələr də, öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməyiblər və bu barədə məhkəməyə heç bir sübut təqdim etməyiblər. Ona görə də ilk və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xa hiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddiaları rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izah atları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəl mədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddi anın təmin olmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər öz aralarında ticarət əlaqələrini genişləndirmək üçün birlikdə quşçuluq təsərrüfatı ilə məşğul olmaq barədə razılığa gəliblər. Onlar quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün 10 aprel 2019-cu ildə Cavabdeh3 adına Suraxanı rayonu, DədəQorqud qəsəbəsində 5 sexdən ibarət fabriki icarəyə götürərək quşçuluq təsərrüfatına başlayıblar. Tərəflərin izahatlarına görə hər biri həmin işin dövriyyəsi üçün müəyyən qədər pul vəsaiti xərcləsələr də sonda xeyli miqdarda zərərə düşmüşlər. Lakin, tərəflər arasında bu iş in görülməsi ilə bağlı hər hansı razılaşma, müqavilə olmayıb. Eyni zamanda, təsərrüfat məhsullarının istehsalı, satışı, gəliri və xərcləri barədə rəsmi mühasibatlıq uçotu və ya ticarət qaydalarına uyğun haqq-hesab aparılmayıb. Tərəflər ilk və qarşılıqlı iddia ərizələrində biri-digərlərini təqsirli bilərək, itirdikləri pul vəsaitlərini tələb etsələr də, öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməyiblər və bu barədə məhkəməyə heç bir sübut təqdim etməyiblər. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşma dığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr düzgün olub. Əvvəla, İddiaçı ilk iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, ilk iddia üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin, İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin halla ra mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya instansiya sı məhkəməsi, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, maddi zərər vurulması üçün tərəflər bir-birinə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və onlar bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə tərəflərin bir-birinə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud onların təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilmir. Belə ki, tərəflər aralarında quşçuluq təsərrüfatı ilə bağlı münasibətlərin yarandığını, bir tərəfin quşların alınmasına vəsait qoyduğunu, digər tərəfin isə quşların saxlanılması və yetişdirilməsi üçün yem alınması üçün vəsait xərclədiyini gö stərsələr də bu ümumi məlumatlar iş üzrə ilk iddianın əsaslı və təmin olunmalı olmasını bilavasitə mümkün etmir. Çünki, hər iki tərəf özünün haqlı və iddiasının əsaslı olduğunu bəyan edir. Lakin əslində onlar arasında yaranmış quşçuluq biznesi ilə bağlı, yəni quşların(cücənin) qiyməti, sayı, sağlamlıq vəziyyəti, haradan və kimin vəsaiti hesabına alınacağı, hansı qaydada və kim tərəfindən saxlanılacağı, yetişdirilib satılarkən qazancın necə bölüşdürüləcəyi, yaranmış mübahisə ilə bağlı tərəflərin hansı formada və həcmdə mülki hüquqi məsuliyyət daşımalı olduqları və.s məsələlər müəyyən edilməmişdir. İstisna olunmur ki, tərəflər bu şərtlərin hansıları barədəsə öz aralarında şifahi formada razılığa gəlsinlər. Lakin bu razılaşmaların mötəbərliliyi barədə tərəflərin məlumatları məhkəmə müstəvisin də inandırıcı və mötəbər olmadığından, yəni bir tərəfin izahatını digər tərəf təkzib etdiyindən hər iki iddianın hansısa hissədə təmin olunmasını mümkünsüz edir. Çünki, tərəflərin qarşılıqlı münasibətlərindən də aydın olur ki, əslində hər iki tərəf bir tərəfin digərinə maddi ziyan vurması nəticəsində deyil, məhz uğursuz quşçuluq biznesi ilə məşğul olmaları nəticəsində maddi ziyana məruz qaldıqlarını anlayırlar. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Firudin oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(103)-6356/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar