Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4420/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş 5000 manat sığorta pulunun qaytarılması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1127/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 n oyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları:
1. X3 etibarnamə üzrə nümayəndəsi İddiaçı ilə Cavabdeh arasında Toyota Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi baglanmışdır. 2. xx.xx.2021-ci il tarixli, 7E-7700 reyestr nömrəli etibarnamə ilə X1 Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı avtomobili idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri həyata keçirməyi İddiaçı etibar etmişdir. 3. xx.xx.2021-ci il tarixli, 28102 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə illik 53 faiz ödəmək şərti ilə 3700 manat məbləğində kredit götürmüşdür. 4. "xxxx" A çıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilən sms məlumatı ilə müəyyən olunur ki, 10TX186 qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişinin məbləği 5000 manat təşkil etmişdir.
5. Toyota Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qəza nəticəsində ödənilmiş 5000 manat sığorta pulunun və ona məxsus olan 3700 manat dəyərində qiymətlənd irilmiş qızıl-zinət əşyalarının, onlar olmadıqda dəyəri olan 3700 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh avtomobil alınması üçün kredit götürmüşdür. Belə ki, X2 qeyd olunan avtomobili faktiki olaraq almış, avtomobil üzərində faktiki sahibliyi həyata keçirmiş və etibarnamə əsasında avtomobili adına rəsmiləşdirmişdir. Lombarddan kredit götürərəkən cavabdeh kredit verilməsi üçün avtomobili adına rəsmiləşdirməyi tələb etdiyindən avtomobili saxta alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirmişdir. Aralarında uydurma alqı-satqı müqaviləsi bağlamış və müqavilə onun adından imzalanmışdır. Bundan sonra, avtomobil qəzaya düşmüşdür və avtomobilə dair 5000 manat sığorta pulu ödənilm işdir. Qeyd olunan sığorta pulunu cavabdeh sığorta şirkətindən almış və ona verməmişdir. Aralarında olan razılaşmaya əsasən lombardda kredit müqaviləsi bağlanaraq avtomobili ona verməklə kasko sığorta olunması üçün onunla 3700 manatla bağlı müqavilə bağlasa da, ona 3000 manat verdikdən sonra 700 manat pulu kasko sığortası üçün ondan almışdır. Cavabdeh adına 3700 manat kredit borcu qoymuşdur. Bu müddət ərzində ödəniş aparılmış lakin cavabdeh onu aldatdığına görə kredit borcunun ödənilməsi dayandırılmışdır. Həmçinin cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını da girov götürsə də, geri qaytarmır. Bu baxımdan cavabdehə qarşı aralarında bağlanmış uydurma alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, onu aldadaraq aldığı 5000 manat sığorta pulunun və ona məxsus olan qızıl-zinət əşyalar ının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ondan aldığı qızıl əşyalarını və avtomobili almaqla onu maddi zərərə saldığından əsassız olaraq varlanmışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, realda hər hansı qızıl əşyası olmamış və girova qoyulmamışdır. Həmçinin iddia müddəti də ötürülmüşdür.
10. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, iddiaçı Ruzi xalası oğludur. Əhmədi isə Gəncə-Bakı istiqamətində sürücülük edərkən tanımışdır. Belə ki, uşağı xəstələnmiş və ona 2000 manat pul lazım olmuşdur. Bu məsələni Ruziyə bildirmişdir. Ruzi il ə birgə pul almaq üçün Əhmədin yanına gəlmişlər. Əhməd 3700 manat pul yazmış onlara 3000 manat pul vermişdir. Girov olaraq avtomobili qoymuşlar. Ancaq hər hansı qızıl-zinət əşyaları olmamışdır. Belə ki, avtomobil girovdan çıxdıqdan sonra Ruziyə geri qaytarılmalı idi. Avtomobili Ruzi idarə edərkən hadisə törətmişdir. Sığorta pulunu 5000 manatı Əhməd alaraq Ruziyə verməmişdir.
11. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunan Cavabdeh izahatında qeyd olunmuşdur ki, Ruzi əvvəllər müştərisi olan şəxs Şakirlə “Zəfər Kredo”ya gələrək ona müraciət etmişlər və kreditə pul götürmək istədiklərini demişlər. Onların sözünə görə kredit Ruzinin adına götürülərək pulu hər ikisi bölməli olmuşlar. Şakir əvvəlcə girov olaraq başqa avtomobil təklif etmiş, o isə razılaşmamışdır. Sonr adan isə X10 avtomobilini girov olaraq götürməyə razılaşmışdır. Ruzi ondan 3700 manat pulu kreditə götürməyə razılaşmışdır. Razılaşmaya əsasən Ruzinin həmin avtomobili girov olaraq onun adına rəsmiləşmiş və Ruzi ondan kreditə aldığı 3700 manat pulu ödədikdən sonra o, avtomobili Ruzinin özünə qaytaracaqmış. Qeyd olunun qərardan görünür ki, İddiaçı izahatında krediti götürərkən girov qoymaq üçün qızıl-zinət əşyaları olmadığı üçün avtomobilini girov qoyduğunu göstərmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 5000 manat pulun alınaraq İdd iaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd olmaqla əhəmiyyətsiz əqddir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan cavabdehin icbari sıgorta üzrə iddiaçıya məxsus avtobobilə dəymiş zərərlə bağlı aldığı 5000 manat pulu cavabdeh əldə etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta pulunun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla və cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına va rlanmış hesab olunur.
15. İddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı polis orqanında da verdiyi izahatında qızıl əşyaları olmadığı üçün avtomobili girov qoyduğunu qeyd etmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 340.1, 340.2,1091.2 və 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tə ləbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində sürülə bilməsi qeyd edilsə də, iddiaçı həmin tələbi 1 il müddət ötürüldükdən sonra qaldırmış, bu hal məhkəmənin diqqətinə çatdırılsa da, nəzərə alınmamışdır. Belə ki, tərəflər xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlamış, elə həmin tarixdə də İddiaçı etibarnamə əsasında idarə etdiyi avtomobil Cavabdeh mülkiyyətinə keçmiş və İddiaçı sürmək üçün etibarnamə verilmişdir.Yəni, İddiaçı hüququn un pozulmasını xx.xx.2021-ci il tarixdən artıq bilirdi, iddianı isə xx.xx.2023-cü il tarixdə vermişdir. Həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən tələbləri pozulmuşdur. Həmin maddədə qeyd edilir ki, əsassız varlanma halının baş verməsi üçün hər hansı müqavilə olmaması halı mütləqdir ki, cavabdeh Əhməd Naxmedov ilə "xxxx" ASC arasında sığorta müqaviləsi olmuş və həmin müqaviləyə əsasən 5.000 manat məbləğində pul Əhməd Naxmedova verilmişdir. Yəni, Əhməd Naxmedov etibarlı müqavilə şərtləri daxilində sözügedən 5000 manatı əldə etmişdir. Çünki sığorta ödənişi Əhməd Naxmedov tərəfindən edilmiş və haqlı olaraq 5000 manat məbləğində pul Əhməd Naxmedova verilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Azər Bayramov (sədrlik edən və məru zəçi), Şamil Rzaquliyev və Aygül İsgəndərova) 2(104)1127/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-357/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 5.000 manat pulun alınaraq İddiaçı ödənilməsinin təmin edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququnun olub-olmamasını araşdırmadan iddia tələbinin t əmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hazırda etibarsızlığını mübahisələndirdiyi alqı-satqı müqaviləsinin tərəfləri X6 ilə Cavabdeh olmuşlar. İddiaçı X6 tərəfindən verilmiş etibarnamə əsasında həmin əqd bağlanan zaman mülkiyyətçini təmsil etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ 062239 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, “Toyota Corolla” markalı, 10TX186 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi X6 tərəfindən İddiaçı etibar edilmiş, sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər verilmişdir. İddiaçı nə qliyyat vasitəsi üzərində sərəncam verməklə, yəni mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamaqla etibarnamə ilə nəzərdə tutulmuş hərəkətləri həyata keçirməli olmuşdur. Bu isə, mülki qanunvericiliyə əsasən, etibarnaməyə xitam verilməsi əsaslarından biridir.
21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı etibarnamə ilə nəzərdə tutulmuş hərəkətləri həyata keçirdiyindən etibarnamənin qüvvəsinə xitam verilmiş və buna görə də, iddiaçı artıq qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmama sını araşdırmalıdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia tələbinin hüququ əsası yoxdur, onun belə bir tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququ olmamışdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 325.1, 337.2, 359.1, 362.1, 365.1, 389.1, 390.1, 390.3, 399.1, 405.1, 567-ci maddələrinə,. “M.Bağırovun şikayəti üzrə X4 Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına,. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 okt yabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il qərarına və N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1127/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında görüntü xarakterli alqı-satqı müqaviləsi bağlanmış və tərəfl ərin həqiqi iradə ifadəsini, yəni əslində avtomobilin alqı-satqı edilməsi ilə bağlı olmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tətbiqində göstərmişdir ki, avtomobil X3 adına olduğundan həmin avtomobilin alqı-satqı müqaviləsini o mübahisələndirə bilərdi. Lakin müqavilənin özünə diqqət yetirdikdə görünür ki, müqavilə tərəfi olaraq hazırkı iddiaçı və cavabdehdir. İddia tələbində avtomobilin alınması deyil, bağlanmış etibarsız alqı-satqı müqaviləsi mübahisə edilir. Həmçinin qeyd olunan avtomobil iddiaçı tərəfindən alınmış və onun sahibliyində olmuşdur. Bundan əlavə, avtomobilə dair Nərmin Əliyeva tərəfindən İddiaçı verilmiş etibarnamə ilə sonuncu, alqı-satqı müqaviləsi bağlaması özlüyündə bağlanmış alqı-satqı müqaviləsini etibarsız edir. Belə olan halda, bağlandığı andan etibar sız olan alqı-satqı müqaviləsinin etibarsızlığına baxmayaraq məhkəmənin iddia tələbini təmin etməməsi əsassızdır. Məhkəmə iş üzrə tərəflər arasında həqiqi iradə ifadəsini və işin faktiki halını düzgün qiymətləndirməmişdir. Belə ki, avtomobilin alqı-satqısı həqiqi olmadığı halda və o, öz sahibliyində olan avtomobilə dair əməliyyatların həyata keçirilməsini təmin etməli olduğu halda, avtomobilə dəymiş zərəri almaq hüququna malik olduğu halda, ağır maddi zərərə düşməsi məhkəmə tərəfindən işin həqiqi və faktiki halları və işdə olan sübutlar, tərəflərin əsl iradə ifadəsi düzgün qiymətləndirməmişdir.
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
30. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
32. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında i ki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
35. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
36. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şə rtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
39. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür.
40. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
41. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
42. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qab iliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. “M.Bağırovun şikayəti üzrə X4 Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı 43. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüqu qi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayday a riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il qərarı
44. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunveri ci mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan MPMdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir. N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı
45. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iddiaçının tələb irəli sürülməsi üçün subyektiv hüququnun olmamasına dair iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma p redmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1127/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul