Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4421/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, borcun girov əmlaka yönəldilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)- 4278/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 22 iyun 2015-ci il tarixli, 014/15-K saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18% ödənilməsi şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən X1 məxsus **********5990001 saylı depozit hesabından 30000 manat və X2 məxsus **********3360000 saylı depozit hesabından 20000 manat məbləğində pul vəsaiti kreditin təminatı kimi verilmişdir. 2. 12 fevral 2016-cı il tarixdə kredit müqaviləsinin şərtləri dəyişdirilərək, müddəti 12 fevral 2020-ci il tarixədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi 12% müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12064,71 ABŞ dolları məbləğində əsas borcun, 6914,64 ABŞ dolları məbləğində faiz borcunun, 1584,24 ABŞ dolları məbləğində Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun, ümumilikdə 20563.59 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 195 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtıvaxtında etməmişdir.
5. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 12064,97 ABŞ dolları, faiz borcu üzrə 4077,96 ABŞ dolları (12 fevral 2020-ci il tarixə), iddia tarixinə - əsas borc üzrə 12064,97 ABŞ dolları, faiz borcu üzrə 4077,96 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 1558,39 ABŞ dolları olaraq müəyyən edilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(007)281/2023 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 22 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12064,71 ABŞ dolları əsas borc, 4077,96 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin qərarına əsa sən hesablanmış 1558,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17701,06 ABŞ dolları borc məbləğinin və ödənilmiş 195 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borclu Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə d axil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə borclu qismində əsas borc üzrə 12064,71 ABŞ dolları, faiz borcu üzrə 6914,64 ABŞ dolları, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1584,24 ABŞ dolları faiz borcu borc müəyyən edilsə də, cavabdehdən iddiaçının xeyrinə əsas borc qismində 20 sentyabr 2022-ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 12064,71 ABŞ dolları əsas borc və ekspert rəyi ilə müəyyən olunmuş 4077,96 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmaqla 1558,39 ABŞ dolları məbləğində faiz borc tutulmalıdır.
8. Məhkəmə, həmçinin kredit müqaviləsinin təminatı olaraq depozit hesablarının qoyulmasına baxmayaraq, iddia tələbində onlarla bağlı tələb irəli sürülməməsinə münasibətdə bildirmişdir ki, hazırda iddiaçı iddias ında müqavilə üzrə borc məbləğinin tutulmasını tələb etdiyi üçün, məhkəmə də iddia tələbi həcmində işə baxıb qətnamə çıxarmalıdır.
9. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(007)-281/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditin təminatı olaraq X1 məxsus **********5990001 saylı depozit hesabından 30000 manat vəsait və X2 məxsus **********3360000 saylı depozit hesabından 20000 manat məbləğində pul vəsaiti təminat verilmişdir. Lakin kreditin təminatı ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Kredit müqaviləsi təminatlı kredit olmuş, yəni kreditin təminatı kimi pul məbləği girov qoyulmuşdur. Lakin iddiaçı ona məlum olmayan səbəblərdən iddia ərizəsində borc məbləğinin girov qoyulmuş pul vəsaitlərinə yönəldilməsini tələb etməmiş, məhkə mə də bu hala qiymət verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-4278/2023 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(007)281/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilinə əsasən, cavabdeh məhkəmənin qətnaməsi ilə tutulan borcun məbləğini mübahisələndirmir, onun şikayəti borc məbləğinin kreditin təminatına yönəldilməməsi ilə bağlıdır.
15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya dəlilinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borcun kreditin təminatına yönəldilməsini tələb etmək kreditorun hüququdur. Bundan əlavə, məhkəmə iddiaçının irəli sürdüyü iddia tələbi həcmində işə baxır. İddiaçının isə tutulmalı olan borcun kreditin təminatına yönəldilməsi kimi tələbi olmamışdır. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-4278/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən Mülki Məcəllənin 269, 739.1-ci, Mülki Prosessual Məcəllənin 217.1, 217.3-cü maddələrinin tələblərini pozmuşdur.
18. Belə ki, məhkəmə iddia tələbinin girov qoyulmuş pul vəsaitlərinə yönəldilməli olması nəticəsinə gəlməli olduğu halda, düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tələbin girova yönəldilməsini tələb etmədiyi üçün iddia rədd olunmalı idi.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər tamamilə əsassızdır. Apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normaları pozulmamışdır. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısınd a pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlilləri açıq aydın əsassızdır.
28. Belə ki, kassatorun özünün istinad etdiyi Mülki Məcəllənin müddəalarına görə girov – girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan q arşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla təmin edilmiş öhdəlik üzrə kreditorun hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (Mülki Məcəllənin 269.1, 269.7-ci maddələri).
29. Beləliklə, girov kreditorun hüququ olduğu üçün, onun bu hüququndan istifadə etməməsi borcun tutulması barədə tələbin təmin olunmaması üçün əsas ola bilməz. Girov aksessor öhdəlik olmaqla, onun irəli sürülməməsi və ya sürüldüyü halda, təmin olunmaması əsas öhdəliyi aradan qaldırmır.
30. Digər tərəfdən, iddiaçı tələbin girov əmlaka yönəldilməsini tələb etmədiyi, girov qoyanlar isə işə cəlb olunmadıqları halda, Mülki Prosessual Məcəllənin 218. 3-cü maddəsinin tələblərinə əsasən məhkəmə tələbin girova yönəldilməsi əsaslarını yoxlaya və bu istiqamətdə araşdırma aparmağa səlahiyyətli deyildir.
31. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-4278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.