Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4424/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və üçüncü şəxs X2 vəkili Vəkil1, Üçüncü şəxs X2, Cavabdeh vəkili X5 iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(107)-196/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-14 22/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən, tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kvadrat metr yaşayış sahəsi 35 kvadrat metr, yardımçı sahəsi 65,4 kvadrat metr olan 2 otaq), sahəsi 135,8 kvadrat metr olan 1 talvar, sahəsi 28 kvadrat metr olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kvadrat metr 2 otağına aid hissəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə133 nömrə ilə qeydiyyatı aparılmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mah ir Əsədli, Ayaz Mahmudov) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdehnm tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: X6 iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən A yaşayış binası olmaqla, ümumi sahəsi 100,4 kvadrat metr yaşayış sahəsi 35 kvadrat metr, yardımçı sahəsi 65,4 kvadrat metr olan 2 otaq, 1 talvar, 135,8 kvadrat metr köməkçi tikili, 28 kvadrat metr olan bağ evini dayısı Binnət Şahmarov qız övladına hədiyyə olaraq tikdirmiş, buna görə də onun kürəkəni X7 tikilinin inşa edilməsində həm maddi, həm də digər məsələlərdə y axından köməklik etmiş, həmin tikili ilə bağlı bəzi sənədləşmə işləri ilə əlaqədar müəyyən orqanlara getmək zərurəti yaranmış, bu zaman o, səhhətində yaranmış problemlərlə bağlı gedə bilməyəcəyindən S.Abdullayev bu işləri görəcək yaxşı tanışının olduğunu və həmin şəxsə etibarnamə verməsini təklif etmiş, sənədlərin hazırlanmasını həmin dövrdə lə yaxşı münasibətləri olan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı öz üzərinə götürmüş, bununla bağlı iddiaçıdan onun dediyi adama etibarnamə verməsini istəmiş, o, notariat orqanına gedərək etibarnamə vermiş, çıxarışın və digər sənədlərin əsillərini ə vermiş, sonradan dayısı mübahisəli tikilini öz adına rəsmiləşdirmək üçün ondan sənədlərin əsillərini istədikdə, o, həmin sənədləri ə verdiyini bildirmiş, dəfələrlə sənədlərin əsillərini d ən istəsələr də, sənədləri verməyərək, sənədlərin itdiyini bildirmişdir. Sənədlərin əsillərini əldə edə bilmədiklərindən onlar sənədlərin dublikatının alınması üçün ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə, sənədlərin itməsi ilə bağlı Polis İdarəsinə müraciət etmiş, nəticədə sənədlərin dublikatını almış, xx.xx.2018-ci il tarixdə də mübahisəli tikili bağışlama müqaviləsinə əsasən onun tərəfindən X8 bağışlanmış, həmin müqaviləyə əsasən də B.Şahmarov öz adına çıxarış almış, bundan sonra onlar mübahisəli tikiliyə gedən zaman tikilinin Şahid tərəfindən zəbt edildiyini görmüş, Şahid onlara bildirmişdir ki, mübahisəli tikili ona keçmiş Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə Gəncə çayının yatağında mülkiyyətində olmuş evinin sökülməsinin əvəzində tərəfindən verilmişdir. Onlar Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə müraciət etmiş, sahə müvəkkili ilə birlikdə ora getmişlər, həmin vaxt Şahid evin Cavabdeh satıldığını bildirmiş, bununla bağlı Ə.X9 çağrılaraq dindirilmiş, bu hadisədən sonra dəfələrlə onlara zəng edərək, bu məsələdən əl çəkmələrini tələb etmişdir. O, notariat kontoruna etibarnamə vermək üçün getmiş, həmin sənədin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir, əks halda 100000 manatdan çox qiyməti olan tikiliyə dair 5000 manata alqı-satqı müqaviləsini bağlaya bilməzdi. Göstərilənlərə əsasən onunla Cavabdeh arasında mübahisəli tikiliyə dair bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (İddiaçı tərəfindən iddia tələ bi dəqiqləşdirilmişdir.) Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı ərizəsində bir-birinə ziddiyyətli fikirlər bildirərək, mübahisələndirdiyi müqaviləni gah aldatma nəticəsində bağladığını, gah da qorxunun təsiri ilə bağladığını qeyd etmişdir. Alqı-satqı müqaviləsini iddiaçı şəxsən özü imzalamış, iddiaçının həyat yoldaşı da notariat kontoruna gedərək, alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Əslində 2015-ci ildə S.Abdullayev Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23000 manata razılaşaraq tikilini almış, notariat orqanında sənədləşmə həyata keçirilmiş, alqı-satqı müqaviləsi və tikilinin texniki pasportu ona verilmiş, lakin tikilinin sənədləri oldu ğunu bilmiş və tikilinin DƏDRX-in 3 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirilməli olduğunu bilməmişdir. Bu müddətdə orada təmir-tikinti işləri görmüş, təmir-tikintiyə 30000 manatdan artıq pul sərf etmişdir. Mübahisəli tikiliyə dair iddiaçının çıxarışı olduğu halda, hansı sənədləşməüçün çıxarışı ə verməsini iddia etməsi də onun bu dəlilinin düzgün olmadığını təsdiq edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla iddiaçının 2018-ci ildə özünə məxsus çıxarışın itməsi barədə polisə müraciəti, çıxarışın etibarsız hesab edilməsi üçün elan verməsi və iddiaçının öz çıxarışının dublikatını alması tərəflər arasında 3 il əvvəl bağlanmış əqdin etibarsızlığı üçün əsaslar deyildir. Yəni iddiaçı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirdiyi vaxtdan 3 il keçdikdən sonra çıxarışının itməsi barədə müvafiq hərəkətlər etmiş və dublikat əldə etmişdir. Beləliklə, mübahisələndirilən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman çıxarış iddiaçıda olmuşdur, əks təqdirdə notariat orqanının həmin alqı-satqı müqaviləsini rəsmiləşdirməsi mümkün olmazdı. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən cavabdehin izahatlarında qeyd etdiklərini ağlabatan hesab etməmiş, lakin digər tərəfdən notariat orqanında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman şəxsən özü və həyat yoldaşı iştirak etmiş, notariusda foto şəkil çəkdirmiş, alqı-satqı müqaviləsini şəxsən imzalamış, həyat yoldaşından notariat qaydasında yazılı razılıq ərizəsi alınmış iddiaçının notariusa etibarnamə vermək üçün getdiyini və alqı-satqı bağlanıldığını bilmədiyi barədə izahatlarını ağlabatan hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi ən azı iddiaçının güya notariusa etibarnamə vermək üçün getdiyi və alqı-satqı bağlanıldığını bilmədiyi barədə izahatlarını yoxlamaq üçün notariat orqanını işə cəlb etməli idi. Məhz bu məsələ əqdin etibarsızlığı işləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmalı idi. Bundan əlavə, apelly asiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən imzalandığı qeyd edilən ərizəyə istinad etsə də, həmin ərizənin bağ evi ilə deyil, torpaq sahəsi ilə bağlı olduğuna diqqət yetirməmişdir. Həmçinin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin ərizədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi zamanı iddiaçı tərəfindən pul ödənilməməsinə dair hər hansı qeyd yoxdur. Alqı-satqının dəyərinə gəlincə isə, "anın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2019-cıı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəmsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, ''Məhkəmənin Mülki Kollegiyasının x xxxxxx 2019-cıı il tarixli qərar ındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır." Beləliklə, apellyasiva instansiyası məhkəmədi tərəfindən maddi hüquq normaları, xüsusi ilə də prosessual hüquq normaları kobud şəkildə pozulmuş, ədalət mühakiməsi ümumiyyətlə həyata keçirilməmiş və qanunsuz qətnamə çıxarılmışdır. Tərəflərin izahatları: Cavabdeh vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs X2 vəkili Vəkil1, üçüncü şəxs X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sa xlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki,mübahisəli bağ evi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1711 saylı sərəncamına əsasən İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2015-ci il tarixində çıxarış verilmiş, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağ evi onun tərəfindən X8 bağışlanmış və xx.xx.2018-ci il tarixdə B.Şahmarov adına çıxarış almışdır. Sözügedən əqd bağlanarkən İddiaçı adına olan xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər həyata keçirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, İddiaçı Nizami RPİ-yə ərizə ilə müraciət edərək ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən bağ evinin xx.xx.2015-ci il tarixli çıxarışının Gəncə şəhərində itdiyini bildirmişdir. Həmin sənədin tapılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, nəticəsi olmamışdır. “Ədalət” qəzetinin xx.xx.2018-ci il tarixli buraxılışında Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən İddiaçı məxsus bağ evinin xx.xx.2015-ci il tarixli çıxarışının itdiyi üçün etibarsız sayılmasına dair elan yerləşdirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin materiallarından müəyyən olunmuşdur ki, mübahisəli evin Şahid tərəfindən zəbt olunması ilə bağlı ərizə ilə İdarəyə müraciət olunmuş, bununla bağlı İdarə tərəfindən tərəflər çağırılaraq izahatları alınmış və mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə edilmiş dir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(104)-2313/19 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, iddiaçı X4 cavabdeh Şahid qarşı mübahisəli evdən çıxarılma tələbinə dair iddiası Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-5133/19 saylı qətnaməsi ilə təmin edilmiş və Şahid tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X3 vəsiyyət etmişdi. Hazırda iddiaçı onunla cavabdeh arasında mübahisəli bağ evi ilə bağlı bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 339.2 və 404.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən həqiqətən də iddiaçı xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etmiş, çıxarışın itməsi ilə bağlı polisə müraciət etmiş, qəzetdə elan yerləşdirmiş, mübahisəli tikilinin Şahid tərəfindən zəbt olunması ilə əlaqədar polisə müraciət etmişdir. Cavabdeh mübahisəli tikilinin həqiqətən də iddiaçı tərəfindən ona satıldığını bildirsə də, lakin aradan keçən bu müddətdə həmin alqı-satqıya əsasən tikiliyə dair niyə öz adına müvafiq çıxarış almadığını ağlabatan şəkildə əsaslandıra-izah edə bilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Gəncə şəhəri 1 saylı Notariat Ofisindən tələb edilmiş 4 Ə-133 saylı notariat işindən müəyyən olunmuşdur ki, notariat işində hazırkı iş üzrə Cavabdeh məxsus ərizə mövcuddur. Həmin ərizədə cavabdeh göstərmişdir ki: “Qohumumuz olan İddiaçı məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 400 kvadrat metr torpaq sahəsini 2013-cü ildə 5000 manata razılaşaraq, pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alqı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz.” Lakin cavabdeh tərəf iddiaya dair etirazında, izahatında, mübahisəli tikiliyə dair bağlan mış bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsində həmin hallarla bağlı hər hansı xüsusatı qeyd etməmiş, əksinə həmin hallardan fərqli hallar göstərərək bildirmişdir ki, 2015-ci ildə S.Abdullayev Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23000 manata razılaşaraq almışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflərin əqdin bağlanmasından sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) mübahisəli tikilinin alınıb-satılması olmamış, onların iradə ifadəsi buna yönəlməmişdir. Halbuki müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin zəruri şə rtidir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin əqdin bağlanması zamanı cavabdehdən hər hansı məbləğ almamışdır. Cavabdeh həmin əqdə dair yuxarıda istinad olunan notariat işindəki ərizəsində də məbləğin formal olaraq yazıldığını təsdiq etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsindən xəbərinin olmamasını, notariat orqanına etibarnamə vermək üçün getdiyini göstərmiş və bu əsasla da həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmış, müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqavilən i öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alqı-satqıya razılıq barədə notariat qaydada təsdiqlənrmiş ərizə vermişdir. İş materiallarında iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara dair kifayəət qəjər sübutlar olmadığı halda, birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməyərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təm in edərkən iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən onun həqiqətən də xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etdiyini, çıxarışın itməsi ilə bağlı polisə müraciət etməsini, qəzetdə elan yerləşdirilməsini, mübahisəli tikilinin Şahid tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etməsini göstərmişdir. Lakin nə birinci instansiya, nədə ki apellyasiya instansiyası məhkəməsi bu halların iddiaçının hazırda mübahisələndirdiyi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin aradan keçən müddətdə həmin alqı-satqıya əsasən tikiliyə dair niyə öz adına müvafiq çıxarış almadığını əsaslandıra bilməd iyini qeyd etmişdir. Lakin məhkəmə bu halın da hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızılığı üçün əsasların olmasına hansı qaydada təsir etdiyini göstərməmişdir. Alqı-satqı edilmiş daşınmaz əmlakın satış qiyməti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "anın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəmsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, ''Məhkəmənin Mülki Kollegiyasının x xxxxxx 2019-cıı il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımı ndan satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır." Apelyasiya instansiyası məhkəməsi həmçini qeyd etmişdir ki, cavabdeh müqavilə zamanı hər hansı bir məbləğdə pul almamışdır. Lakin bu qənaətə gələn məhkəmənəzərə almamışdır ki, alqı-satqı müqaviləsində daşınmaz əmlakın 5000 manat alınması barədə bənd əksini tapmış, iddiaçı bunun əksini sübut edəcək hər hansı bir sübut təqdim etməmiş, məhkəmə iş üşün əhəmiyyət kəsb edən bu halı müəyyən etmək üçün notarait işini tələb edərək tədqiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanma sı məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. İşdən daha sonra görünür ki, bağ evinin alqı-satqısına dair notariat işində olan və Cavabdeh tərəfindən yazılmış ərizəni alqı-satıqı müqaviləsinin etibarsızlığı üçün sübutlardan biri kimi göstərən məhkəmə qeyd etmişdir ki, həmin ərizədə göstərilən hallar cavabdehin izahatında və etirazında göstərilən hallara ziddir, ərizənin məzmunu müqavilə tərəflərinin əsl niyyətinin mübahisəli tikilinin alqı-satqısına yönəlmədiyinə dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cavabdeh tərəfindən yazılmış yuxarıda göstərilən ərizəyə qiymət verərkən həmin sənədə tam və hərtərə fli baxmamış, ərizədə bağ evinin alqı-satqısı ilə əlaqədar tərəflər arasında münasibətlərin hələ 2013-cü ildə başlanması, hələ o vaxt alıcı Cavabdeh tərəfəndən satıcı İddiaçı 4 sot torpaq sahəsinə görə 5000 manat pul verilməsi, torpaq sahəsinin İddiaçı tərəfindən alıcıya təhvil verilməsi, həmin sahədə cavabdeh tərəfindən bağ evinin inşa olunması kimi halların göstərilməsinə, həmin halların Cavabdeh izahatında və iddiaya etirazında göstərilən hallarla uyğunluq təşkil etməsinə diqqət yetirməmiş, həmin vaxtlardan da bağ evinin cavabdehin sahibliyində və istifadəsində olmasına, sonuncunun həmin evdə Şahid adlı şəxsi yerləşdirməsinə, iddiaçının isə ümumiyyətlə bağ evindən xəbərinin olmamasına, yalnız 2018-ci ilin axırlarında evi bağışladığı dayısı Binnət Şahmarovun iddiası ilə Şahid məhkəmə q aydasında evdən çıxarılmasına da əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsmnə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına görə məhkəmə kollegiyası daha sonra qeyd edir ki, alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsini tətbiqini müzakirə etməmiş, işin nəticəsi üzrə çıxarılan qətnamə müqaviləni təsdiq etmiş Gəncə şəhəri 1 saylı Notariat Ofisinin maraqlarına toxunduğu halda notariat orqanının birinci instansiya məhkəməsi tərəfindən işə cəlb olunmadığını nəzərə almamışdır. Mülk i Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tə rəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araş dırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh qıznın kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-196/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4424/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4424/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver