Məhkəmə qərarları › İş №2(102)-4425/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4425/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4425/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx” QSC-nin vəkili X1, işdə iştrak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X2 vəkili Vəkil istirakları ilə. İşdə iştrak etməyə cəlb edilməyən,Birinci instansiya məhkəməsinin lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh X3 Gəncə Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: V.Ə.Abdullayev; 2(043)-5808/2017) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ********** saylı kredit razılaşması üzrə 18898,85 ABŞ dolları məbləğində kredit borcunun, 6485,91 ABŞ dolları məbləğində faiz borcunun və 261,08 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 2711,02 ABŞ dolları məbləğində kredit borcunun, 917,83 ABŞ dolları məbləğində faiz borcunun, 115,1 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 06KK********** saylı kredit razılaşması üzrə 2893,39 ABŞ dolları məbləğində kredit borcu,54,03 ABŞ dolları məbl əğində faiz borcunun, 298,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32635 (otuz iki min altı yüz otuz beş) ABŞ dolları 84( səksən dörd) sent borcun ödəniş günündəki məzənnəyə uyğun milli manat ekvivalentində əvəzi və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma X4 məxsus, Gəncə şəhərinin ********** küçəsində yerləşən ********** nömrəli mənzilinə yönəldilməsi və mənzil açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 40000 (qirx min) manat məbləğində müəyyən edilmiş, fərd i yaşayış evi açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzil boşaldılsın Cavabdeh1 həmin mənzildən çıxarılması, qətnamənin icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi qət edilmişdir. İddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva, Ə.İ.Məmmədov; 2(104)-1552/2018)işdə iştrak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X2 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhk əməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, ********** saylı kredit razılaşması üzrə 18898,85 ABŞ dolları məbləğində kredit borcu, 6485,91 ABŞ dolları məbləğində faiz borcu və 10061,08 ABŞ dolları məbləğində cərimə borcu, 006R********** saylı kredit razılaşması üzrə 2711,02 ABŞ dolları məbləğində kredit borcu, 06KK********** saylı kredit razılaşması üzrə 2893,39 ABŞ dolları məbləğində kredit borcu, 54,03 ABŞ dolları məbləğində faiz borcu, 1798,63 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45235( qırx beş min iki yüz otuz beş) ABŞ dolları 84 (səksən dörd) sent borcun,məhkəmin mədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmi ş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın Gəncə şəhəri, ************************* nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Gəncə şəhəri, ******************************* nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 28.03.2014-cü il tarixli ********************** saylı kredit xətti müqaviləsinə əsasən 120 ( bir yüz iyirmi) ay müddətinə 100000 (bi r yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə Cavabdeh1 31.03.2014-cü il tarixli ********** saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 11.03.2015-ci il tarixli ********** saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasına 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 04.01.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11101,15 ABŞ dolları ödəmiş, onun banka18898,85 ABŞ dolları borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndin ə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən tam qaytarılanadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün 21.06.2017-ci il tarixə, 534 gün üçün hesablanmış faiz borcu 6485,91 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. 21.06.2017- cil il tarixə 534 gün üçün hesablanmış cərimə 10061,08 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 13.03.2015-ci il ta rixli 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4000 (dörd min) ABŞ dolları kredit götürmüşdür. Kredit razılaşmasının 1.2-ci bəndinin tələbləri borcalan tərəfindən pozulduğundan kredit razılaşması üzrə ödəmələr dəfələrlə gecikdirilmiş, nəticədə kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 13.01.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1288,98 ABŞ dolları ödəmiş 2711,02 ABŞ dolları isə borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən tam qaytarılanadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığına görə 21.06.2017-ci il tarixə,525 gün hesablanmış faiz borcu 917,83 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 21.06.2017-ci il tarixə 525 gün üçün hesablanmış cərimə 1415,1 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 30.09.2014-cü il tarixli 06KK********** saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə, aylıq 2 faiz olmaqla, müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsilə 2900 ( iki min doqquz yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 3.2.1-ci bəndinin tələblərini pozaraq kredit müqaviləsi üzrə 30.09.2015-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılan hər ay üçün kredit borcu və faiz borcunda ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınmışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6,61 ABŞ dolları ödəmiş, 2893,39 ABŞ dolları borcu qalmışdır. Kredit müqaviləsinin 2.1 və 2.3-cü bəndlərinə əsasən kreditdən istifadəyə ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş, 21.06.2017-ci il tarixə, 630 gün üçün 54,03 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə, gecikdirilmiş statusu alır və belə statuslu kredit üzrə illik 180 faiz dərəcəsi i lə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə, gecikdirilmiş statusu alır və belə statuslu kredit üzrə illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 21.06.2017-ci il tarixə 630 gün üçün hesablanmış 1798,63 ABŞ dolları cərimə təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə bank arasında 28.03.2014-cü il tarixli ********** saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri, *********************** nömrəli mənzili ipoteka ilə yüklü ed ilmişdir. Eləcədə kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 nümayəndəsi X7 iddianı qismən qəbul etdiyini bildirərək cərimə borclarının məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İşdə iştrak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh X6 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88,106.1,217.3,329.2,331,334.1,372.6, 739-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin, Azərbaycan Respublikası 13,29-cu maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında işdə iştrak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X2 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” QSC-nin vəkili X5 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və işdə iştrak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh X6 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, ape llyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümləd ən iş materiallarında olan 28.03.2014-cü il tarixli ********************* nömrəli kredit xətti müqaviləsindən görünür ki, “xxxx” QSC tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 31.03.2014-cü il tarixli, ********** nömrəli kredit razılaşmasından görünür ki, “xxxx” QSC Cavabdeh1 36 ay müddətinə, aylıq 2 faiz olmaqla 30000 (otuz min) ABŞ dolları kredit vermişdir. 13.03.2015-ci il tarixli, 006R********** nömrəli kredit razılaşmasından görünür ki, “xxxx” QSC Cavabdeh1 24 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 4000 (dörd min) ABŞ dolları kredit vermişdir. 30.09.2014-cü il tarixli, 06KK********** nömrəli kredit razılaşmasından görünür ki, “xxxx” QSC Cavabdeh1 12 ay müddətinə, aylıq 2 faiz olmaqla 2900 (iki min doqquz) AB Ş dolları kredit vermişdir. 31.03.2014-cü il tarixli 06S000016745 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərininə zamin olmuşdur. 28.03.2014-cü il tarixli, ********** nömrəli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, 2 2 **************************** nömrəli evin 1-ci mərtəbəsində 52 m ümumi, 34,3 m yaşayış, 17,7 m2 yardımçı sahədən ibarət 2 otaqlı, 10 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən ipoteka predmeti 27450,50 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, *** *********************** nömrəli mənzili “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 03.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.03.2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə “xxxx” QSC-yə 21.06.2017-ci il tarixli olan borcu 2711,02 ABŞ dolları əsas, 917,83 ABŞ dolları faiz, 1415,1 ABŞ dolları cərimə olmaqla, cəmi 5043,95 ABŞ dolları təşkil edir. 03.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.03.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsi üzrə “xxxx” QSC-yə 21.06.2017-ci il tarixə olan borcu 18898,85 ABŞ dolları əsas, 6485,91 ABŞ dolları faiz, 10061,08 ABŞ dolları cərimə olmaqla, cəmi 35445,84 ABŞ dolları təşkil edir. 03.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.09.2014-cü il tarixli, 06KK********** saylı kredit müqaviləsi üzrə “xxxx” QSC-yə 21.06.2017-ci il tarixə olan borcu 2893,39 ABŞ dolları əsas, 54,03 ABŞ dolları faiz, 1798,63 ABŞ dolları cərimə olmaqla, cəmi 4746,05 ABŞ dolları təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 02/19 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, *************************** nömrəli mənzilinin bazar qiyməti əlavə tikintilər nəzərə alınmadan təxminən 40000 (qırx min) manat təşkil edir. Ərizələrdən və qəbzlərdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmış və qeydiyyat üçün ümumilikdə 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödənilmişdir. Apellyasiya instansiysı məhkəməsi qeyd etmişdir ki, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin təminatı olaraq iş materiallarında olan və yuxarıda adı çəkilmiş 28 mart 2014-cü il tarixli, ********** saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, ******************************** nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. iddaçmın tələbi tələbin girov predmetinə yönəldilməsi və açıq hərracdan satılması hissəsində təmin edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -271.1-ci maddəsində əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur. -317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319-cü maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. – -319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ildə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya arılmalıdır. -295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin liş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra dikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə görə isə, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. - 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 59.3. maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. maddəsi, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. maddəsi, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına. ailə üzv ləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma iikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik nüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata ış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” QSC ilə abdeh Cavabdeh1 arasında 28.03.2014-cü il tarixdə kredit xətti müqaviləsi həmin müqaviləyə uyğun olaraq 31.03.2014-cü il, 13.03.2015-ci il və 30.09.2014-cü il xlərdə kredit razılaşmaları bağlanmış və nəticədə tərəflər arasında kredit hüquq nasibətləri yaranmışdır. Kreditor kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, lakin rcalan öhdəliklərini tam və vaxtında icra etməmiş, nəti cədə 31.03.2014-cü il tarixli kredit ulaşması üzrə 18898, 85 ABŞ dolları əsas, 6485,91 ABŞ dolları faiz, 30.09.2014-cü il tarixli sdit razılaşması üzrə 2893,39 ABŞ dolları əsas, 54,03 ABŞ dolları faiz, 13.03.2015-ci il rixli kredit razılaşması üzrə 2711,02 əsas, 917,83 ABŞ dolları faiz borcu yaranmışdır. Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini öhdəliklərin icrasım təmini üsulu kimi banka ipotekaya qoyarkən onun arvadı olan kassator İ8 əmlakın ipotekaya qoyulmasına notarial qaydada yazılı razılıq vermişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər ptnamənin ləğvi üçün əsas deyil. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən dunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir.Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ndə yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdiril mədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar