Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4425/2020 12.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2 (prosessual hüquqi varisləri: X6, X11, X15 və X25), Cavabdeh1, Cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX İdarəsi, X7, X8 və X16 İddia tələbi: alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və texniki pasportların etibarsız hesab edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınması Açar sözlər: müqavilənin etibarsızlığı, paylı mülkiyyətin satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qa bil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-700/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3na qarşı iddiа ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə mürаciət edərək mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Aİ-10597 860 saylı alqı-satqı müqaviləsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX İdarəsi tərəfindən mərhum Cavabdeh2 adına verilmiş Reyestr nömrəsi **********2910301 olan fərdi yaşayış evinə texniki pasportun, mərhum Cavabdeh2 adına xx xxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın, Cavabdeh1 adına verilmiş RX seriyalı №1038938 nömrəli çıxarışın, X3 adına xx xxx 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, İddiaçı miras əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olarkən Cavabdeh2 öldüyü üçün xx xxxxx 2019-cu il tarixli qərardadla X6, X11, X15 və X25 mərhum Cavabdeh2 prosessual hüquq varisləri kimi tanınmışlar. Balakən Rayon Məhkəməsinin (bundan s onra – birinci instansiya məhkəməsi) 2(019)-18/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı ilə (hakim H.Səlimov) iddia tələbinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX İdarəsi tərəfindən mərhum Cavabdeh2 adına verilmiş reyestr nömrəsi **********29-10301 olan fərdi yaşayış evinə texniki pasportun etibarsız hesab edilməsinə aid hissədə xitam verilmişdir. Məhkəmənin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilərək, mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X26 tərəfindən X3 adına verilmiş RX seriyalı ******* №-li, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab olunması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-2281/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev) Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X26 tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların etibarsız hesab olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsi və birinci instansiya məhkəməsi qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-8046/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi) Q.Allahverdiyev və Ə.Şadiyev) iddiaçının kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi l əğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsinin 2(107)-700/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Cavabdeh1 аpelyаsiyа şikаyəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya və işə yenidən baxan apelyasiya instansiyası məhkəmələri müəyyən etmişlər ki, Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində yerləşən ümumi sahəsi 122.20 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X3 adına, evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi isə ümumi-birgə mülkiyyət hüququ ilə X12, X9, X7 və X10 adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli re yestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. X12 xx xxxxxx 2012-ci il tarixdə ölmüşdür. Cavabdeh3 tərəfindən sözügedən miras əmlaka xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş, orada xx.xx.2012-ci il tarixdə ölmüş X3 vərəsələri X9, X7 və Cavabdeh2 qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X2, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X1, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh2, habelə torpaq sahəsinin 3/12 hissəsi X10 adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəq ində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tаrixdə Cavabdeh2 adına RX seriyаlı ******* №-li Çıxаrış verilmişdir. xx xxxx 2017-ci il tarixdə Cavabdeh3 Cavabdeh2 ilə Cavabdeh1 arasında AN-İ ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 0.25 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 0.0208 ha hissəsini Cavabdeh1 satmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2(019)-199/2018 saylı qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, miras qalmış əmlakın X4, X9, X7 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi qət edilmişdir. Məhkəmələr, həmçinin müəyyən etmişlər ki, Təyyub Seyidov fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2016-cı il tarixli sərəncamı ilə qardaşı Cavabdeh2 onun üzərində qəyyum təyin edilmiş və ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payın kənar şəxsə satılmasına razılıq verilməsi barədə Təyyub Seyidovun adından tərtib olunmuş ərizə onun qəyyumu kimi Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin sonradan Cavabdeh2 özünün narkoloji dispanserdə qeydiyyatda olması müəyyən olunduğundan Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2017-ci il tarixli sərəncamı ilə Cavabdeh2 qəyyum vəzifəsindən azad edilmiş, hazırkı iş üzrə iddiaçı fəaliyyət qabiliyyəti olmayan qardaşı T əyyub Seyidova qəyyum təyin edilmişdir. İddiaçı işin qeyd edilən hallarına və Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsinə; mübahisəli torpaq sahəsinin paylı mülkiyyətin digər iştirakçısı, hazırda qəyyumu olduğu X5 təklif olunmamasına əsaslanaraq bu şəhadətnaməyə əsasən verilmiş sənədlərin və həmin sənədlər arasında bağlanmış alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 215.4, 215.5, 215.6, 218.1, 224.2, 218.2, 218.3, 218.4, 567, 337.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanana qədər bu müqavilənin bağlanması mümkünlüyünü istisna edən hallar mövcud olmuş, həmin hallar nəzərə alınmadan müqavilənin bağlanması isə onun qanuniliyi və etibarlılığı üçün təhlükə yaratmışdır. Belə ki, əvvəla, mərhum Abducəlil Seyidovun vərəsələri müəyyən edilərkən onun oğlu, hazırkı iş üzrə iddiaçının vərəsəlik hüququ pozulmuş, digər vərəsələr (Cavabdeh2 və Rahilə Seyidova (üçüncü vərəsə Təyyub Seyidov fəaliyyət qabiliyyəti olmayandır) bilə-bilə gizli surətdə onu vərəsəlikdən kənarlaşdıraraq notariat orqanından öz adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışlar (Həmin şəhadətnamə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və qətnamə qanuni qüvvəyə m inmişdir). Cavabdeh2 ümumi mülkiyyətdə olan torpaq sahəsindəki öz miras payını satarkən həmin mülkiyyətin digər payçılarına münasibətdə Mülki Məcəllənin 218.1 və 218.2-ci maddələrinin tələblərini pozmuş, bu zaman həm də özünün qəyyum statusundan sui istifadə etmişdir. Bundan əlavə, Cavabdeh2 ümumi mülkiyyətdə olan torpaq sahəsindəki miras payını naturada ayırmadığı halda digər payçılarla razılaşdırmadan sərhədlərini öz istəyi ilə müəyyən etdiyi miras torpaq payını (mübahisəli torpaq sahəsini) kənar şəxsə satmış, bununla həmçinin Mülki Məcəllənin 215.4-215.6-cı maddələrinin tələblərini pozmuşdur. İddiaçı da vərəsələr sırasına daxil ediləndən sonra mərhum Abducəlil Seyidovun vərəsələrinin sayı 4 nəfər olmuş və bu zaman mərhumun ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payından (0,0625 ha) hər vərəsəyə çatası mirasın ölçüsü 0,0156 ha təşkil etmişdir. Buna qədər isə 3 nəfər vərəsədən hər birinə miras olaraq 0,0208 ha torpaq sahəsi çatmış, Cavabdeh2 da həmin ölçüdə öz torpaq payını Cavabdeh1 satmışdır. Göründüyü kimi, Cavabdeh1 vərəsə Cavabdeh2 aid olmayan 0,0052 ha artıq torpaq sahəsi satılmışdır ki, həmin torpaq sahəsi də digər vərəsələrə, o cümlədən iddiaçıya məxsusdur. İddiaçı isə atadan miras qalmış əmlakın (o cümlədən torpaq sahəsinin) hər hansı hissəsinin kənar şəxsə (Cavabdeh1) satılması ilə razılaşmır. Qeyd edilən qanun pozuntularının mövcudluğu şəraitində mübahisəli torpaq sahəsinin Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsini qanuni və etibarlı əqd kimi qiymətləndirmək qeyrimümkündür. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Cavabdeh1 mübahisəli to rpaq sahəsini qaytarmağa etiraz etmədiyini, lakin aldığı torpaq sahəsinə görə Cavabdeh2 4.500 manat pul ödədiyini, alqı-satqının və mülkiyyət hüququnun rəsmiləşdirilməsi, plan-ölçü sənədinin tərtib olunması işlərinə isə təxminən 500 manat xərc çəkdiyini bildirərək həmin xərclərin ona ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası bu hissədə Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadla qeyd etmişdir ki, Cavabdeh1 etibarsız hesab edilən əqd üzrə çəkdiyi xərcləri tələb etməkdə haqlıdır. Lakin, onun mübahisəli torpaq sahəsini aldığı və alğı-satqı müqaviləsinə görə 4.500 manat pul ödədiyi Cavabdeh2 vəfat etmişdir. Belə olduğu halda mərhum Abducəlil Seyidovdan miras qalmış torpaq sahəsinin (0,0625 ha) oğlu Cavabdeh2 çatan hissəsi (0,0156 ha) sonuncunun vərəsələrinə (həyat yoldaşı və üç övladı na) keçməlidir. İşdən göründüyü kimi, mərhum Cavabdeh2 vərəsələri (X6, X11, X15, X25) onun tərəfindən miras torpaq sahəsinin Cavabdeh1 satılması və sonuncuda qalması ilə razıdırlar. Yaranmış vəziyyətdə Cavabdeh1 mərhum Cavabdeh2 vərəsələrindən ya Cavabdeh2 mübahisəli torpaq sahəsinə görə ödədiyi pulu, ya da onlara Cavabdeh2 miras qalmış torpaq sahəsini (0,0156 ha) tələb edə bilər. Lakin hazırkı icraat çərçivəsində iddia tələblərindən kənara çıxıb bu məsələni həll etmək mümkün deyildir. Eləcə də, apelyasiya icraatında yeni iddiaçının tanınması və yeni cavabdehlərin cəlb edilməsi yolverilməzdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 (vəkil X13)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, mərhum Cavabdeh2 hüquqi varisləri işə cəlb edilməmiş, ölmüş şəxsə qarşı iddiaya baxmışdır, eyni zamanda kassatorun vicdanlı alıcı olmasına əhəmiyyət verilməmişdir. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə cavabdehlər, eləcə də Cavabdeh2 prosessual hüquq varisləri və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Kassator məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən işə baxılmasının təxirə salınmasını xahiş etsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX idarəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştir akı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyin dən həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mərhum Cavabdeh2 hüquqi varislərinin işə cəlb edilməməsi və bununla da prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən həmin cavabdehin ölümü ilə əla qədar onun prosessual hüquqi varisləri müəyyən edilənədək işin icraatını dayandırmış, xx xxxxx 2019-cu il tarixli qərardadla X6, X11, X15 və X19 mərhum Cavabdeh2 prosessual hüquq varisləri kimi tanıyaraq, iş üzrə icraatı təzələyib işə baxılmasını davam etdirmişdir. Kassasiya şikayətinin digər dəlilləri iddiaya etirazın dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı Cavabdeh1 ilə qonşu olduqlarını, dəfələrlə ona atalarından miras qalmış torpaq sahəsinin satılmasına razı olmadığını söylədiyini və onun belə bir fikrinin olmadığına söz verdiyini bildirmişdir. Sonuncu isə həmin izahatın həqiqiliyinə etiraz etməmiş, torpaq sahəsinin alqı-satqısı ilə bağlı vərəsələr arasın da mübahisə barədə məlumatsız olduğunu təsdiq etməmişdir. Digər tərəfdən Cavabdeh1 mübahisəli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsini əldə edərkən, onun ümumi birgə əmlak olduğunu və həmin torpaq sahəsi üzərində miras payların naturada ayrılmadığını bilmişdir. Apelyasiya baxışı zamanı verdiyi izahatında Cavabdeh1 mübahisəli torpaq sahəsini qaytarmağa etiraz etmədiyini, lakin aldığı torpaq sahəsinə görə Cavabdeh2 4.500 manat pul ödədiyini, alqı-satqının və mülkiyyət hüququnun rəsmiləşdirilməsi, plan-ölçü sənədinin tərtib olunması işlərinə isə təxminən 500 manat xərc çəkdiyini bildirərək həmin xərclərin ona ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnam əsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-700/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4425/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4425/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver