Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4427/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(025)464/2019, hakim A.B.Əliyev) İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, cavabdehlərdən 37277 manat məbləğində borcun və vəkilə ödənilmiş 500 manat məbləğin müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2878/2019, hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov, V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehlərdən 37277 manat məbləğində borcun və vəkilə ödənilmiş 500 manat məbləğin müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə XXX İlyaz oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 37277 manat məbləğində borcun və vəkilə ödənilmiş 500 manat məbləğin müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara tam, hərtərəfli və düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəlinən nəticə sübutlara deyil, ehtimallara əsaslanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorlar məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı hissə-hissə olmaqla, cəmi ******* Rusiya rublu məbləğində pul vəsaitini cavabdehlərə borc pul verdiyinə, bundan sonra xx xxxxxxxx 2017-ci il tarixdə həmin borca dair sadə yazılı müqavilə tərtib edilərək şahidlərin iştirakı ilə imzalandığına, tələb edilən tarixdən bir ay müddətində cavabdehlər ondan aldıqları pulu Azərbaycan manatına olan məzənnəsi ilə (37277 manat) qaytarmalı olduqları barədə razılaşma olduğuna, lakin cavabdehlərin öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq həmin borcu qaytarmadıqlarına istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər, həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehlərin borclu kimi öhdəliklərin in əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2017-ci il tarixdə tərtib edilmiş müqavilənin məzmunundan görünür ki, cavabdehlər iddiaçıdan 37277 Azərbaycan manatı hesablayaraq 1.065.000 rus rublunu şahidlərin iştirakı ilə nəğd şəkildə borc almış, birgə borclular olaraq nəğd surətdə aldıqları həmin pulu müddəti müəyyən edilmədən, borc verənin tələb etdiyi vaxtdan bir ay müddətində ona qaytaracaqlarını öhdəlik götürmüşlər. Müqavilədə borc verənin borc məbləğini istənilən vaxt tələb etmək hüququ müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442 və 448.1-ci maddələrinə əsasən 37277 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda, iddiaçı hüquqi yardıma görə 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hessab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4427/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4427/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver